beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mələklər

Mələklər nurdan yaradılmış varlıqlardır. Onlar yeməzlər,içməzlər,onlarda kişilik və qadınlıq yoxdur.
Mələklər ALLAHIN sevimli qullarıdır.Onlar ALLAHIN bütün əmrlərini sözsüz yerinə yetirirlər və günah işləmirlər.
Mələklər nurdan yaradılmış lətif bir varlıqlar olduqları üçün ,biz onları görə bilmirik. Ancaq mələklərin var olduğuna inanırıq,çünki mələklərin var olduğunu ALLAH-Təala Qurani-Kərimdə xəbər vermiş, Peyğəmbər Əfəndimiz də mələkləri görmüş və bizə bildirmişdir.
Mələklər: yerdə, göydə, ətrafımızda və heər yerdə olurlar. Saylarını ancaq ALLAH bilir.
Böyük mələklər və onların vəzifələri:
1) Cəbrayıl: Mələklərin ən böyüyüdür. Onun vəzifəsi ALLAHLA peyğəmbərlər arasında elçilik etmək, ALLAHIN kitablarını peyğəmbərlərə gətirməkdən ibarətdir. Kitabımız Qurani-Kərimidə Peyğəmbərimizə gətirən Cəbrayıldır.
2) Mikayıl: Onun vəzifəsi təbiət hadisələrinin idarə olunması ilə əlaqədardır. (Yağış yağması,külək əsməsi,əkinlərin bitməsi və s.)
3) İsrafil: Onun vəzifəsi qiyamətin qopması və insanların öldükdən sonra yenidən dirildilməsi ilə əlaqədardır.
4) Əzrayıl: Onun vəzifəsi ömrü sona çatan insanların canını almaqdan ibarətdir.
Bu 4 böyük mələkdən başqa, digər mələklərdən bəziləri aşağıdakılardır:
Kiramən Katibin: bunlar 2 mələkdir.Biri insanlarən sağında,digəri isə solunda olur.Sağındakı insanın etdiyi yaxşı işləri,solundaki isə pis işləri yazır.Beləliklə hər insana aid yaxşılıqların və pis işlərin yazildığı “Əməl dəftəri” meydana gəlir.
Münkir və Nəkir: Bunların vəzifəsi öldükdən sonra qəbirdə insanları sorğu-suala çəkməkdən ibarətdir.
Ridvan: Cənnətdəki mələklərin başçısıdır.
Malik: Cəhənnəmdə işləyən mələklərin başçısıdır.
Bunlardan başqa bizi pis hərəkətlərdən qoruyan,yaxşı işlər görməyə istiqamətləndirən mələklər də vardır. Dünyada yaxşılıq və gözəlliyin misalı mələk,yaramazlıq və çirkinliyin nümunəsi isə şeytandır. Mələk insanı yaxşılığa,şeytan isə pisliyə çağırır.
Məsələn,qarnı ac və köməyə möhtac olan bir yoxsulla qaşıilaşdığımız zaman ,ona yazığımız gəlir və sanki bir səs də bizə: “Bu kasıb adama kömək et” deyə səslenir. Bu mələk səsidir.
Bu vaxt sanki başqa bir səs də qulağımıza: “Ona kömək eləsən pulun azlar, nəyinə lazımdır axı!”-deyə səni fikrindən daşındırmağa çalışır,bax bu isə şeytanın səsidir.
Peyğəmbərimiz (s.ə.s) belə buyurur:
“Həm şeytan, həm də mələk insanın qəlbinə bəzi şeylər gətirirlər.Şeytanın işi pis işlər görməyə çağırmaq,insanı haqq yoldan uzaqlaşdırmaqdır. Mələyin işi isə haqqa,yaxşı işlərə çaığrmaq və pis işlər görməkdən çəkindirməkdir.
Kim ki, ürəyində onu yaxşılığa çağıran bir səs eşidərsə, bilsin ki, bu mələyin səsidir. Dərhal həmin səsə qulaq assın və ALLAHA şükr etsin.
Kim ki, ürəyində onu pis işlər görməyə çağıran bir səs eşidərsş ,bilsin ki, bu şeytanın səsidir. Dərhal ondan uzaqlaşsın və ALLAHA pənah aparsın.(bu sözü desin: Əuzu billəhi minəş şeytanir racim)


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 125 Bölmə: Maraqlı melumatlar