beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dünya uğurlarına aldanmaq

Bəzi zəlalətə düşənlər Allahın onlara vəziyyətlərini pisləşdirməyərək bu dünyada rəhmət göstərməsi ilə aldanırlar. Onlar zənn edirlər ki, bu Allahın onlara məhəbbəti barədə dəlalətdir və axirətdə Allah onlara daha çox bəxş edəcək. Həqiqətən bu zalalətdir.

Imam Əhməd deyib: “Yəhya bin Qeylan bizə danışırdı ki, Ruşdin bin Sad o da Harmali bin İmran ət-Ticanidən o da Ukb bin Muslimdən o da Ukb bin Əmirdən gətirib ki, Peyğəmbər (sav) deyib: “Əgər görsən ki, Uca və Böyük Allah qulun asiliyinə baxmayaraq arzu olunan dünya nemətləri ilə onu ruziləndirir onda bu tovlamaqdır”. Sonra o Uca və Böyük Allahın sözlərini oxudu: “Onlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman hər şeyin qapılarını onların üzünə açdıq. Özlərinə verilən şeylərə sevindikləri vaxt isə onları qəflətən yaxaladıq və onlar naümid qaldılar”. (əl-Ənam, 44).
Sələflərdən biri demişdir: “Görsən ki, Allaha asi olduqda səni dayanmadan rəhmətlərlə ruziləndirir onda çəkin, çünki O səni istiqrac edir”.(yəni tədricən həlaka sürükləyir)

Uca Allah deyib: “Əgər insanların kafirlik zəminində birləşmiş vahid bir ümmətə çevrilmək təhlükəsi olmasaydı, Mərhəmətli Allahı inkar edənlərin evlərinin tavanlarını və çıxdıqları nərdivanları da gümüşdən edərdik; evlərinin qapılarını və söykəndikləri taxtları da. Üstəlik zinət də verərdik. Bütün bunlar sadəcə dünya həyatının keçici zövqüdür” (əz-Zuxruf, 33-35).
Allah Sübhanə Təala belə düşünənləri təkzib etdi: “İnsana gəlincə, Rəbbi onu sınayıb ehtiram göstərəndə və ona nemət verəndə: "Rəbbim mənə ehtiram göstərdi!"– deyər. Amma onu sınamaq üçün ruzisini azaldanda: "Rəbbim məni alçaltdı!"– deyər.” (əl-Fəcr, 15-16). Bu o deməkdir ki: “Nemət və var dövlət bəxş etdiyim hər kəsə həqiqətdə ehtiram göstərməmişəm və imtahan və bəla gələn hər kəs həqiqətdə alçaldılmayıb”.

Ət-Tirmizinin “Sünanə”sində Peyğəmbərin (sav) sözləri rəvayət edilir: “Həqiqətən Allah dünya nemətlərini həm sevdiklərinə, həm də sevmədiklərinə bəxş edir, lakin imanı yalnız sevdiklərinə verir”.


Sələflərdən biri deyib: “Mümkündür ki, Allah insanı istiqrac etmək üçün nemətlər bəxş edir o isə bu barədə heç bilmir və mümkündür ki, Allah onun günahlarını örtür ki, onu yoldan çıxarsın o isə bu barədə heç bilmir və mümkündür ki, insanların tərifi sadəcə aldanmaqdır o isə bu barədə heç bilmir”.
Insanlar arasında ən aldanılmışlar – dünya həyatı, onun görünən nemətlərilə aldananlardılar və onu axirət həyatından üstün tuturlar. Onlar bu dünya ilə qənaətlənərək axirət həyatından imtina edirlər, onların bəziləri isə hətta deyirlər: “Dünya həyatı artıq əlimizdədir axirət həyatı isə nisyədir və əldə olan nisyədən daha yaxşıdır”. Onlar deyirlər: “Əldəki arıquşu göydəki durnadan yaxşıdır“. Bəziləri həmçinin deyirlər: “Dünya ləzzətləri şübhə qoymur, axirət ləzzətlərində isə şübhə etmək olar və biz tamlıqla əmin olduğumuzu şübhəyə görə tərk etməyəcəyik”,
Həqiqətən bu şeytanın əzəmətli aldatmalarından və azdırmasındandır. Lal heyvanlar belə insanlardan şüurludurlar, çünki mal döyülsə belə yemin ona ziyan vurmasından qorxarsa onu yeməz. Bu insanlar isə həlakı gətirəni götürürlər.
Əgər yuxarıda qeyd olunan insanlar Allaha və Onun Rəsuluna, Onunla görüşə və etdiyinin əvəzini alacağına iman gətiriblərsə, onda onlar ən bədbəxt insanlardandılar, çünki onlar şüurlu şəkildə seçimlərini edirlər. Əgər onlar Allaha və Rəsuluna iman gətirməyiblərsə onda vay olsun onların halına!
O ki, qaldı “nağd olan nisyədən yaxşıdır” sözlərinə əgər dərhal alınan müəyyən zaman keçəndən sonra ala biləcəyinə bərabər olsa bu düzdür. Lakin, onlar bərabər deyilsə və bir müddət keçdikdən sonra mümkün olacaq alacağın daha böyük və daha yaxşıdırsa onda ona üstünlük vermək lazımdır. Xüsusən ona görə ki, bütün dünya həyatı əvvəldən sona kimi axirət həyatındakı bir nəfəsə bərabərdir.
Imam Əhmədin “Müsnəd”ində və ət-Tirmizinin “Sünanə”sində əl-Mustaurid bin Şaddadadan rəvayət edilir ki, Allahın Rəsulu (sav) deyib: “Dünya həyatı axirət həyatının nisbətində dənizə batırılıb çıxarılan barmağın üstündə qalan suya bənzəyir. Qoy baxsın orda qalana!”
Belə nemətlərə nisyə neymətlər qarşısında üstünlik vermək böyük zəlalətdir və qorxulu cahalətdir. Bütün dünya nemətləri birlikdə axirət həyatı qarşısında o qədər cüzidir ki, onda bir insan həyatının əbədilik qarşısında nə qiyməti var? Aqil insan nəyə üstünlik verməlidir - Qısa zaman çərçivəsində, keçici nemətlərə üstünlik verib, əbədi axirət nemətlərindən məhrum olmalıdır yoxsa tezliklə bitəcək, az saylı, nifrətə layiq ləzzətlərdən imtina edib, nə qiymətləndirilməsi, nə də təsvir edilməsi mümkün olmayan saysız və sonsuz nemətlərdən yapışmalıdır?
Ona tam məlum olanı şübhəyə görə tərk etməsini istəmədiyini elan edənə demək olar ki: “Sən ya Allahın vədi və xəbərdarlığına və Rəsullarının doğruluğuna şübhə edirsən, ya da onların düzgünlüyünə əminsən. Sən buna əminsənsə onda tezliklə qurtarıb yox olacaq cüzi nemətlərdən əmin olduğun və şübhə etmədiyin, eləcə də heç vaxt bitməyəcək nemətlərə görə imtina edirsən.
Lakin sən şübhə içindəsənsə, onda Onun mövcudluğuna və Qudrətinə, istəyinə və təkliyinə şəhadət edən, Onun adından çatdıran rəsulların düzgünlüyünü təsdiq edən Uca Allahın ayələrinə müraciət et. Şək-şübhədən azad ol və rəsulların Allahdan şübhə edilməsi mümkün olmayan haqla gəldiyinə və bu kainatın Yaradanının, yerin göyün Rəbbinin rəsulların elminə zidd olandan sonsuz uzaq olduğu sənə aydın olana qədər müzakirələrə giriş və onları müşahidə et. Allaha nə isə başqa şeyi yozan Onu təhqir və inkar edir, Onun hökmranlığını və mülkünü rədd edir.
Təmiz təbiətə malik olan hər kəsə aydın olmalıdır ki, Həqiqi Hökmdar zəif və bilməyən ola bilməz. O nəyisə bilməyə, eşitməyə, görməyə bilməz. O danışmamağı, əmr və qadağaları verməməyi, mükafatlandırmamağı və cəzalandırmamağı bacarmaz. O istədiyini ucaltmamağı və ya zəlil etməməyi bacarmaz. O rəsullarını şahlığının istənilən hissəsinə göndərmək imkanından məhrum edilə bilməz. O təbəələrinin vəziyyətilə maraqlanmamağı, onlara laqeyd qalmağı və onları özlərinə buraxmağı bacarmaz. Bunu Həqiqi, Zahirdə olan Hökmdara necə aid etmək olar?”
Insan damcı olan andan yetkinlik dövrünə kimi olan həyatını düşünsə ona aydın olar ki, onun daima qeydinə qalırdılar, böyüməyə, həyatın bir pilləsindən o birisinə keçməyə kömək edirdilər. Insanı Himayə Edənə onu unutmaq və öz taleyinə buraxmaq yaraşmaz. Ona insanı əmr və qadağalarsız, qarşıdakı fərzlərin izahatını etmədən mükafat və cəzasız buraxmaq yaraşmaz. Qul bu barədə layiqincə düşünsə, onda bütün zahirdə və batində olan tövhid, peyğəmbərlik, həşr habelə Quranın Allahın Kəlamı olması barədə şahidlik verər. Bu məsələnin izahını biz “Ayman əl_Quran” kitabında Uca Allahın “And içirəm həm gördüklərinizə və həm də görmədiklərinizə! Bu, möhtərəm bir Elçinin sözüdür” (əl-Haqqə, 38-40) kəlamını zikr etdikdə gətirdik. Onun: “Qəti inananlar üçün yer üzündə dəlillər vardır. Sizin özünüzdə də dəlillər vardır. Məgər görmürsünüz?” (ər-Zariyat, 20-21) sözlərinin təfsirini etdikdə bunun bir hissəsinə toxunmuşuq. İnsan özü-özlüyündə Xaliqin mövcudluğunun və təkliyinin, Onun rəsullarının gerçəkliyinin və Onun bütün kamil sifətlərə malik olmasının sübutudur.
Beləliklə, Allah qarşısında vəzifəsini icra etməyən və zəlalətdə olan iman və qəti əminliyə malik ola bilər və ya ona malik olmaya bilər və şək şübhədə üzülər.


Tarix: 12.04.2013 / 19:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 369 Bölmə: Maraqlı melumatlar