beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MƏNƏVİ XƏZİNƏMİZ

Kainat kitabının tərcüməçisi Qurandır. Qurandakı həqiqətləri də təbiət kitabı açıqlayar. Fizika, tibb, astronomiya kimi elmlər, İslam şəriətini anladır.
Çiçəklərin dili başqa, heyvanların dili başqa, dənizlərin, ulduzların dili başqadır… Hamısının tərcüməçisi isə Qurani Kərimdir…
Kainatda maddi xəzinələr kimi mənəvi xəzinələr də var. İbrahim əleyhissalamı yandırmayan atəş ilə əlaqədar şərhlərdə "Allah sizin üçün bir maddə yaratmışdır; o maddəni atəş yandırmır. Bu maddəni tapın, çıxarın və bədəninizə sürtün" deyə maddi bir xəzinənin yolu göstərilərkən, ibadətlər kimi mənəvi xəzinələri də Quran bildirir. Harama əl uzatmayan insan pulunun bərəkətini görər. İşləyən qazanar, zəngin olar. Zəkat verən özünü fəlakətlərdən qoruyar...

Ulduzlar, planetlər fəzada heç nəyə söykənmədən dirəksiz dayanarlar. Astronomiya elmi olaraq bunları çox gözəl açıqlayır. Elmdən mənəviyyata keçdik, Allahın qüdrət sifətini anladıq.
Quran, gizli həqiqətlərin altında inkişaf edən həqiqətlərin açarıdır. İnsan ölən birini görərkən "itirdik" deyir. Əslində itən bir şey yoxdur. İnsanın bədəni ölür, ruh əbədidir. Toxumu torpağa basdırdıq. Zamanı gələrkən cücərib yaşıllaşacaq. Qış gələrkən təbiət, kəfənini geyər və ölər, bahar gələrkən hər şey əskiksiz və səhvsiz yenidən dirilər.
Təbiətdən həşir-nəşir həqiqətini anladıq…

Quran dünyanı və axirəti anladan bir kitabdır.
Axirət bu dünyadadır! Necə? Çünki ruhumuz var. Ruh, axirətin azuqəsidir. Ölərkən bədənimiz öləcək, ruhumuz ölməyəcək. Bədənlə ruh necə bir yerdədirsə, dünya ilə axirət də eləcə bir yerdədir. İnsan hər zaman belə düşünür: "Çox gözəl bir evim olsa... Çox gözəl bir bağçam olsa... Çox da gözəl bir yoldaşım olsa…" Qardaşım, sən axirəti istəyirsən, onlar dünyada deyil ki... Onları istəmək, axirəti hiss etməkdir. Quran, axirətin varlığını bizə dünyadaykən hiss etdirir, bildirir. Allah cənnəti Quranda müjdələyir. "Bu dünya pərdəsinin arxasında cənnət var"- deyir. Qurana tabe olanın dünyası və axirəti cənnət olar.
Quran, Allahın kəlamıdır. Quran oxuyan Allahın sözünü təkrar edir. Allah bizə bunu Quranla nəsib edir. Quran Allahın məqamından gələrək bizim evlərə qonaq olur.

Lampa çöl dünyamızı aydınladır, Quran nuru daxili dünyamızı, haqqla batili göstərər.
Quran insanların tərbiyəçisidir. Bizi Quran tərbiyə edib ki, spirtli içki içmirik, qumar oynamırıq, haramlardan uzaq dayanıb halallarla yaşayırıq.
Qurandakı dəlillər sarsılmayan, yanlışı olmayan hökmlərdir. Hikmət, heç bir zaman təməli dəyişməyən hökmlərdir. Hər an üçün faydası var. Quranda bütün insanlıq üçün dəyişməyən, faydalı qanunlar var.
Bir insandan, insanlıq adına nə gözlənilir, bütün o gözlənilənlər Qurandadır.
Hər ağıldan bir fikir keçir dedikləri doğrudur, amma onların hansının doğru olduğunu da Quran göstərir.
Quran, insanın mənəvi ehtiyaclarını qarşılayacaq bir sığınacaqdır.
Quranın ən böyük xüsusiyyəti ona tabe olanların həyatını pislikdən yaxşılığa doğru aparmasıdır.
Quran, insanların həyatını tamamilə dəyişdirmiş və dəyişdirməyə davam edir. Millətlərin, dövlətlərin həyatı Quranla dəyişmişdir. Quran elə bir bağçadır ki, hər kəs əlinin çatdığı qədər meyvə yığa bilər...


Tarix: 05.01.2013 / 16:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 537 Bölmə: Maraqlı melumatlar