beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allahdan başqa heç kim bilməz

Həzrəti Əli (r.a.) İslam ordusu ilə bərabər Ənbardan Nəhrəvandakı sakitliyi,dincliyi, pozan üsyankarlara qarşı səfərə çıxmaq ərəfəsində idi.

Bu əsnada bir münəccim (ulduzları öyrənməklə məşğul olan adam) gəldi və dedi:

-Ey müsəlmanların əmiri,yola indi çıxma.Axşam qaranlıq düşəndən üç saat sonra çıx.

Həzrəti Əli (r.a.) soruşdu:

-Nə üçün?

-Əgər indi yol çıxsan.sənin və ordunun başına böyük fəlakət gələcək.Yox , əgər mənim dediyim vaxtda çıxsan,qələbə qazanacaqsan.

Bu sözlərdən sonra Həzrəti Əli (r.a.) dedi:

-Peyğəmbər Əfəndimizin( s.ə.s.) münəccimi yox idi ki? Ondan sonra bizim də olmayacaq.Bu madyanın qarnından nə olduğunu bilirsən?

-Təxminən bilirəm

-Sənin bu sözünü kim təsdiq edəcək? Quran bunu inkar edir.Qiyamətin nə vaxt olacağını Allah bilir.Yağışı o yağdırır.Bətnlərdə olanı o bilir.Heç kim sabah nə əldə edəcəyini bilə bilməz.Heç kim harada öləcəyini bilmir.Hər şeyi bilən və hər şeydən xəbərdar olan tək Allahdır.Həzrəti Məhəmməd (s.ə.s) sənin kimi qeybi bildiyini iddia etməzdi.Sən inandırmaq istəyrisən ki,səfərə çıxan adamın başına fəlakət gələcəyini əvvəlcədən hiss edirsən.

Münəccim cavab verdi:

-Bəli.

-Sənə kim inanar? Sənə inanan insanın Allaha deyil,sənə etibar etməsi lazımdır.Sən iddia edirsən ki,səfərə çıxan adamın zərərə düşəcəyi saatı təyin edə bilirsən?Bu sözünə inanan Allaha ortaq qoşan müşriklər kimi olmayacağından əmin deyiləm.Allahım,xeyiri və şəri yarandan sənsən.Sənin dediklərin əksinə biz sənin uğursuz dediyin bu saatda yola çıxırıq,-deyərək orduya tərəf döndü:

-Ey insanlar!Ulduz elmini öyrənməyin.Ancaq quruda və dənizdə gecənin qaranlığında yolunuzu tapmaq üçün lazım olan ulduzları öyrənin.Münəccimlər kafir kimidir.Kafirlər isə cəhənnəmlikdir,-dedi.

Sonra yenidən Münəccimə tərəf döndü:

-Əgər ulduzlara baxıb ulduzlarla insanları aldatdığını eşitsəm,ömrünün axırına qədər səni həbs edər,qənimətdən sənin payına düşəni kəsərəm,-dedi.

Sonra münəccimin "yola çıxma" dediyi saatda səfər çıxdı və qəlib Nəhravana çatdı.Döyüşdülər və üsyançıları məğlub etdilər.Döyüşdən sonra Həzrəti Əli (r.a.) əsgərlərə dedi:

-Əgər münəccimin dediyi saatda hərəkət edib qələbə qazansaydıq deyəcəkdilər ki,münəccimin dediyi saatda yola çıxdılar və qələbə qazandılar.Peyğəmbər Əfəndimizn (s.ə.s.) münəccimi yox idi.Onun olmayıbsa ,bizim də ola bilməz.Allah Kisra və Qayserin ölkələrini və digər ölkələri fəth etməyi nəsib etdi.Ey İnsanlar, Allaha inanın və təkcə ona güvənin ki,başqasına möhtac olmayasınız.


Tarix: 12.04.2013 / 19:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 184 Bölmə: Maraqlı melumatlar