beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səbir Neçə Cür Olur?

Səbrin mənası - ağlın və dinin buyurduğu çərçivədə nəfsini həbs etməkdir. Ya da ağlın və dinin əmr etdiklərini tərk etməkdir və buna görə nəfsini həbs etməkdir.

Səbiri üç hissəyə bölmək olar:

1. Vəzifəyə əməl edən zaman səbir etməkdir, yəni itaətə səbir etməkdir. Bu ayədə buyurulan kimi: “O, göylərin, yerin və o ikisinin arasında olanların Rəbbi (sahibi və idarə edəni)dir. Buna görə də Ona ibadət et və Ona ibadətində dözümlü ol!” (“Məryəm” 65).

2. Günahdan, munkərdən uzaq olmaq üçün səbir etmək. Bu, günaha səbir etməkdir. Bu ayədəki kimi: “Dedi: «Məgər sənə demədim ki, mənim yanımda əsla səbir edə bilməzsən?»” (“Kəhf” 72).

3. Bəlaya səbir etmək. Belə ki, Quran buyurur: “«Ey mənim əziz oğlum, namaz qıl və yaxşı işləri (əql və şəriət nöqteyi-nəzərindən bəyənilən işləri görməyi) əmr et və pis işlərdən (hər hansı pis və bəyənilməz işi) qadağan et. (İnsanlar və Xaliq qarşısında olan vəzifələrinə əməl edərkən baş verəcək çətin hadisələrdən) sənə yetişənə döz ki, bunlar vacib əmrlərdən və mühüm işlərdəndir»”. (“Loğman” 17).

Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “Həzrət (s) də səbiri üç hissəyə bölmüşdür: müsibətə səbir etmək, itaətə səbir etmək, günaha səbir etmək. Hər kim müsibətə səbir edərsə, Allah ona 300 dərəcə yazar. Hər bir dərəcə ilə o birisinin arasındakı fasilə yerlə göy arasında olan fasilə qədərdir. Hər kim itaətə səbir edərsə, Allah ona 600 dərəcə yazar. Hər bir dərəcə ilə o birisi arasında olan fasilə yerin dərinliyindən ərşə qədər olan fasilə qədər olar. Hər kim müsibətə səbir edərsə, Allah ona 900 dərəcə yazar və bir dərəcə ilə o birisinin arasındakı fasilə yerin dərinliyindən ərşin axırına qədər olan fasil qədər olar”.

Səbir etmək haqqında çox sayda hədislər mövcuddur. Əhli-beyt (ə) öz ardıcıllarını dünyada səbir etməyə təşviq edərdilər. Səbirin dəyəri o qədər böyükdür ki, İmam Sadiq (ə) buyurur: “Səbir - imanın başıdır”.

Həzrət (ə) səbirli insan haqqında belə buyurur: “Həqiqətən azadə - hər bir halda azaddır. Əgər bir müsibət baş verərsə, onun qarşısında səbir edər. Əgər bəlalar ona hücum edərsə, onu sındırmaz. Əsir olsa da, rifah əvəzinə ona çətinlik gələrsə, Həzrət Yusif (ə) kimi olar. Onu qul etdilər və əsir etdilər, azadi olmasını ləkələmədi. Quyunun qaranlığı və qorxusu ona ziyan vurmadı. Allah ona minnət qoydu və onu bəndəsi etdi. Allah onu rəsulu etdi və onun vasitəsilə ümmətinə rəhm etdi. Səbirin ardınca xeyir gələr, ürəyinizi səbirə verin ki, əcr qazanasıız”.

İmam Baqirdən (ə) gələn hədisdə oxuyuruq: “Behişt - xoşagəlməyən hadisələr və səbir arasındadır. Hər kim dünyada xoşgəlməz hadisələrə səbir edərsə, behiştə gedər. Cəhənnəm isə ləzzət və şəhvət arasındadır. Hər kim şəhvət və ləzzət dalınca gedərsə, cəhənnəmə gələr”.

Bu hədislərdən belə nəticəyə gəlmək olur ki, hər kim vəzifələrinə əməl edər və haramları tərk edərsə, dünya rahatlığını axirət çətinliyindən üstün hesab edərsə, behiştdən uzaq olar. Cəhənnəmə yaxınlaşar.

İmam Sadiq (ə) buyurur: “Biz səbirliyik və bizim davamçılarımızın səbri bizdən çoxdur”. Dedilər: “Necə davamçılarının səbri sizdən çoxdur?” Buyurdu: “Ona görə ki, biz bilərək səbir edirik və davamçılarımız bilmədiklərinə səbir edərlər”.

Biz Əhli-beyt (ə) davamçılarının vəzifəsi budur ki, səbirli olaq. Həm itaətimizə qarşı, həm müsibətlərə qarşı, həm də din rəhbərimizin bizə əmr etdikləriə qarşı. Çünki Allah səbir edənləri sevər.

Allah Təala buyurur: “Allah səbirlilərlədir.” (“Ənfal” 46).

Uca Allah bizi səbirlilərdən qərar versin!


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 109 Bölmə: Maraqlı melumatlar