beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azdırıcı bidətlərdən çəkinmək

Ey Müsəlmanlar! Allahdan haqqı ilə qorxun və Ona itaət edin. Çünki Allahdan haqqı ilə qorxmaqla (təkva ilə) işlər düzəlir və insan fərəhlənir. Allah təkva sahibinin sonunu dünya və axirətdə gözəl edər. Allah Təala belə buyurur: "(Ən gözəl) aqibət ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlərindir!" (əl Kasas, 83)
Allahın qulları! Allahın qullarına bağışladığı nemətləin ən böyüyü, haqq ilə batili, halal ilə haramı, xeyir ilə şərri, hidayət yolları ilə azğınlıq yollarını bir birindən ayıran İslam Dinidir. Allah Təala belə buyurur: "Heç (küfrlə) ölü olub diriltdiyimiz, sonra insanlar arasında gəzmək üçün özünə bir nur (islam dini) verdiyimiz kəs zülmət içində qalıb oradan çıxa bilməyən kimsə kimi ola bilərmi?" (əl Ənam, 122)

İslam Dinini yıxan ən böyük təsirlərdən biri, azdırıcı bidətlərin ortaya çıxmasıdır. Bu bidətlərin sahibləri özlərinin doğru yolda olduğuna inanırlar. Ancaq onlar azğınlıqdadırlar. Azdırıcı bidətlərin səbəbi cahillikdir. Allah Təala belə buyurur: "Əgər Biz (istədikləri kimi) mələkləri onlara göndərsəydik, ölülər onlara danışsaydı və hər şeyi dəstə-dəstə toplayıb onların qarşısına qoysaydıq belə, Allah istəmədikcə, onlar iman gətirməzdilər. Lakin onların əksəriyyəti (bunu) bilməz." (əl Ənam, 111) "Əgər yer üzündə olanların çoxuna itaət etsən, onlar səni Allahın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar və ancaq yalan danışarlar!" (əl Ənam, 116)
Azdırıcı bidətlərin bir səbəbi də, nəfsi arzulardır. Allah Təala belə buyurur: "Allahdan bir dəlil (hidayət) olmayınca öz nəfsinə uyandan (Rəbbinə şərik qoşandan, küfr edəndən) haqq yolu daha çox azmış kim ola bilər?!" (əl Kasas, 50) "Onlar nə mö’cüzə görsələr, ona inanmazlar. Onlar haqq yolu görsələr, onu qəbul etməz, azğınlıq yolunu görsələr, onu özlərinə yol seçərlər. Bunun səbəbi isə onların ayələrimizi yalan hesab etmələri və ondan qafil olmalarıdır" (əl Əraf, 146)
Azdırıcı bidətlərin bir səbəbi də haqqı öyrənməkdən və onunla əməl etməkdən üz çevirməkdir. Allah Təala belə buyurur: "Məndən sizə doğru yolu göstərən bir rəhbər (kitab, yaxud peyğəmbər) gəldiyi zaman hər kəs Mənim haqq yolumu tutub getsə, nə (dünyada) yolunu azar, nə də (axirətdə) bədbəxt olar! Hər kəs Mənim öyüd-nəsihətimdən (Qur’andan) üz döndərsə, güzəranı daralar (yaxud qəbir evində şiddətli əzaba düçar olar) və Biz qiyamət günü onu məhşərə kor olaraq gətirərik!'" (Taha, 123-124) və belə buyurur: "Rəbbinin ayələri ilə öyüd-nəsihət verildikdən sonra onlardan üz döndərən kəsdən daha zalım kim ola bilər?!" (əs Səcdə, 22)
Azdırıcı bidətlərin bir səbəbi də, insanın özünü və öz fikirlərini bəyənməsidir. Allah Təala belə buyurur: "Pis əməli (Şeytan tərəfindən) özünə yaxşı göstərilib onu yaxşı görən (Allahın doğru yola yönəltdiyi kimsəyə bənzəyirmi?!)" (əl Fatir, 8) Peyğəmbər (s.ə.s) bir hədisdə belə buyurur: "İtaət edilən bir paxıllıq, tabe olunan bir həva/həvəs, (dindən) üstün tutulan bir dünyalıq və fikir sahibinin öz fikrini bəyəndiyini görüncə (başqaları ilə deyil) özünlə maraqlan"
Azdırıcı bidətlərin bir digər səbəbi də, elm əhlindən uzaq olmaq və dini mövzuları onlardan soruşmamaqdır. Allah Təala belə buyurur: "Əgər bilmirsinizsə, zikr (kitab, elm) əhlindən soruşun!" (ən Nəhl, 43)
Bu səbəblər bir araya gəlincə – Allah Təalanın qurtarıcı bir tövbə nəsib etməsi xaric- bədbaxtlıq səbəbləri yaxşıca yerləşmiş və həlak baş vermiş deməkdir. Bidətlər səhabələrin (Allah onlardan razı olsun) dönəminin sonlarına doğru ortaya çıxmış və onlar bilgi və idarə gücü ilə bu bidətlərə qarşı çıxmışlar. Nəticədə bu bidətlər geriyə çevrilmiş və qaranlığı ortadan qalxmışdır. Onlar İslam Ümmətini bu bidətlərə qarşı xəbərdar etmişlər.
Səhabələrin dönəminin sonlarına doğru Xəvariclərin bidəti və Qədəriyyələrin bidəti ortaya çıxmışdır. Sonra bidətlər arxa-arxaya gəlmişdir. Allah hər zaman İslam Ümməri üçün fitnə atəşini söndürən və bidətlərə fürsət verməyən idarəçilər və alimlər çıxarmışdır. İdarəçilər, idarə gücü ilə bidətlərə əngəl olurlar və fitnələri söndürürlər. Alimlər isə, elm gücü ilə sünnələri yayarlar və hökmləri təbliğ edərlər. Bidətlərdən və fitnələrdən çəkindirən Peyğəmbər (s.ə.s)- misal alaraq, fitnə dəvətçilərinə qarşı ümməti çəkindirirlər. Peyğəmbər (s.ə.s) belə buyurur: "Şübhəsiz, məndən əvvəl gələn heç bir peyğəmbər yoxdur ki, ümmərinə onlar üçün xeyirli olduğunu bildiyi şeyi göstərməsi və onları özləri üçün şərr olduğunu bildiyi şeyə qarşı çəkindirməsi üzərinə vəzifə olmasın. Şübhəsiz sizin bu ümmərinizin rahatlığı əvvəlində oldu. Sonuna isə bəla və pislik olacağı bir qism hallar edəcək. Birbirini təqib edən fitnələr gələcək. Mömin: "Bu fitnə həlakımdır" deyəcək. Sonra bu qalxacaq, başqa bir fitnə gələcək. "Həlakım bax bundan, bunda" deyəcək. Elə isə, kim atəşdən uzaq qalmağı və cənnətə girməyi dilərsə, Allaha və axirət gününə inanan olduğu halda ölümü qarşılasın. İnsanlara, onların özü ilə necə müamələ etmələrini dilərsə elə müamələ etsin. Kim bir imama beət edər və ona əlini və ürəyini vərərsə, gücü yettiyincə ona itaət etsin. Onunla (idarə üçün) mübarizə edən başqa biri gəlsə, o digərinə (sonradan çıxanın) boynunu vurun"
Muaz (r.a) belə deyir: "Şübhəsiz ardınızda (sizdən sonra) fitnələr var. O zamanda mal çoxalar və Quran oxuma yayılar. Elə ki, mömin, münafiq, kişi, qadın, kölə, azad, kiçik, böyük hər kəs Onu oxuyar. Bir kimsə haradasa belə deyər: "İnsanlara nə olur Quran oxuduğum halda mənə uymurlar? Onlara, Ondan (Qurandan) başqasını bidət olaraq çıxarıncaya qədər mənə uymayacaqlar" (Dində) bidət olaraq sonradan çıxarılandan çəkinin, çünki (dində) bidət olaraq sonradan çıxarılan azğınlıqdır" Bu hədisi Əbu Davud rəvayət edir.
Əbu Musa əl Əşari (r.a) Rəsulallah (s.ə.s)-inbelə dediyini rəvayət edir: "Müsəlmana söymək fasiqlik və onunla savaşmaq küfürdür" Bu hədisi Buxari və Muslim rəvayət edir.
Ey Müsəlmanlar! Bəzi insanlar nemətlərə qarşı diqqətsizlik göstərir və davranışları ilə onlara qarşı mücadilə edərlər. Həm özlərinə və həm də başqalarına zərər verirlər. Allah Təala belə buyurur: "Allahın ne’mətinimi danırlar?" (əl Ənkəbut, 67)
Arxayınlıq, Allah Təalanın böyük nemətidir. Onunla din və dünya faydaları olur. Bu nemətin haqqı, onu verən Allaha şükr etmək və ibadət etməkdir. Allah Təala belə buyurur: "Bu evin Rəbbinə (Kə’bənin sahibi Allaha) ibadət etsinlər! O Allah ki, onları aclıqdan qurtarıb yemək verdi və onlara qorxudan (fil sahiblərinin təhlükəsindən) sonra əmin-amanlıq bəxş etdi. " (Qureyş, 3-4) və belə buyurur: "Yadınıza salın ki, o zaman Rəbiniz bunu bildirmişdi: 'Əgər (Mənə) şükür etsəniz, sizə (olan ne’mətimi) artıracağam. Yox, əgər nankorluq etsəniz, (unutmayın ki) Mənim əzabım, həqiqətən şiddətlidir!'" (İbrahim, 7)
Ubeydullah b. Muhsan əl Ənsari (r.a) Rəsulallah (s.ə.s)-in belə buyurduğunu rəvayət edir: "Sizdən kim evində və ailəsinin yanında əmniyyətdə olarsa bədəni sağlam olar və yanında bir günlük yeyəcəyi olarsa sanki dünya bütün onun olmuşdur" Bu hədisi Tirmizi rəvayət edir. Talha b. Ubeydullah (r.a) isə Peyğəmbər (s.ə.s)-in hilalı gördüyündə belə buyurduğunu bildirir: "Allahım! Onu bizə əmniyyət və iman, salamat və İslam ilə xeyir hilalı et! (Ey hilal!) Mənim Rəbbim də, sənin Rəbbin də Allahdır" Bu hədisi, Tirmizi rəvayət edir.
Diqqət edin! Müsəlmanların camaatına və idarəçilərinə qarşı çıxanlar Allahdan qorxsunlar! Böyük bir pozğunçuluğa səbəb olan və İslami pis göstərən bir terror hadisələri barəsində yaxşı düşünsünlər. İslam dini belə hadislərdən uzaqdır. Bu hadisələr, ya əmniyyəti pozan insanın özünü öldürməsidir ki, Allah Təala belə buyurur: "Ey iman gətirənlər! Qarşılıqlı razılıqla edilən alış-veriş müstəsna olmaqla, bir-birinizin mallarını haqsız bəhanələrlə (haqsız yerə) yeməyin və özünüzü öldürməyin!" (ən Nisa, 29) Ya da, müsəlman bir vətəndaş və ya mukim, özlərinin rahatlığı üçün gecələri yatmayan müsəlman bir əmniyyət mənsubunu öldürməsidir. Allah Təala belə buyurur: "Hər kəs bir mö’min şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lə’nət edər, (axirətdə) onun üçün böyük əzab hazırlar!" (ən Nisa, 93) Ya da, İslamın canını və malını qoruma altına aldığı, ona zülmedilməsini və haqsızlıq edilməsini haram etdiyi, müsəlman olmayan, fəqət ona əmniyyət verilən kimsəni öldürməsidir. Ya şəxki mülkləri, ya da malını boşuna götürməkdir. Ya da əmniyyət içində olan insanları qorxutmaq və toplumda qorxu yaymaqdır. Bütün bunların bir qismi digərindən daha pisdir və hamsı böyük günahlardır. Üzərində düşünən bir kimsənin onlardan nifrət etməsi və bu fikri azğınlıqdan uzaq durması üçün biri belə yetər.
Onları əmniyyət güclərinə təslim olmağa dəvət edirik. Doğru yol budur və bundan başqa da bir yol yoxdur. Bu pozğunçuluğa son qoyub Allaha tövbə etməyə çağırırıq. Çünki kim tövbə edərsə, Allah onun tövbəsini qəbul edər və onu bağışlar. Allah Təala belə buyurur: "Allaha və Peyğəmbərinə qarşı vuruşanların, yer üzündə fitnə-fəsad salmağa çalışanların cəzası ancaq öldürülmək, çarmıxa çəkilmək, ya da əl-ayaqlarının çarpazvari (sağ əllərilə sol ayaqlarını) kəsilməsi, yaxud da yaşadıqları yerdən sürgün olunmalıdırlar. Bu (cəza) onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir. Sizin əlinizə keçməmişdən əvvəl tövbə edənlər müstəsnadır. Bilin ki, Allah bağışlayandır, rəhm edəndir! " (əl Maidə, 33-34)
Allah bizləri və bütün müsəlmanları fitnələrin azdırıcı təsirlərindən qorusun. İnsanlardan və cinlərdən şeytanların onlara necə təsir göstərərək pozğunçuluğu islah, şərri xeyir və batili haqq göstəridiyinə və sonra onları – Allah qorusun – cəhənnəm əhlinin əməllərini işləməyə sövq etdiyinə hələ də çaşmaqdayıq. Allah Təala belə uyurur: "Allahın fitnəyə (azğınlığa) düşməsini istədiyi şəxs üçün Allaha qarşı sənin əlindən heç bir şey gəlməz. Onlar elə kəslərdir ki, Allah onların ürəklərini təmizləmək istəməmişdir. Onları dünyada rüsvayçılıq, axirətdə isə böyük (dəhşətli) bir əzab gözləyir" (əl Maidə, 41)
Allahın qulları! Azğınlıq arzularının müsəlmanın dininə zərər verməsi və haramların qəlbdə üst üstə yığılaraq iman nurunu söndürməsi kimi, azdırıcı bidətlər də müsəlmanın dininə zərər verir. Allah Təala belə buyurur: "Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Ğəyy dərəsinə düşəcəklər" (Məryəm, 59)
Bədən üçün zəhərlə nə isə, qəlb üçün də haram ləzzətlər odur. Bu səbəblə ey müsəlman; şeytanın giriş qapılarından çəkinç. Bunlar, şübhə qapıları və şəhvət qapılarıdır. Nəfsi arzulara qarşı səbrə və şübhələrə qarşı qəti inanca sarıl. Allah Təala belə buyurur: "(Çətinliklərə) səbr etdikləri və ayələrimizə ürəkdən inandıqları üçün Biz onlardan (İsrail oğullarından) əmrimizlə (insanlara) haqq yolu göstərən rəhbərlər tə’yin etmişdik." (əs Səcdə, 24) və belə buyurur: "Həqiqətən, (gözəl) aqibət müttəqilərindir" (Hud, 49)
Ey müsəlman! Müsəlmanların camaatına və imamlarına bağlı qal. Çünki Allahın əli, camaatın üzərindədir. Qurd ancaq sürüdən uzaq qalan qoyunu yeyər. Şeytan isə insanın qurdurur. İrbad bin Sariyə (r.a) belə deyir: "Rəsulallah (s.ə.s) bizlərə qəlbləri titrədən və gözləri yaşardan bir xütbə verdi. Dedik ki : "Ey Allahın Rəsulu! Sanki bu vida edən bir kimsənin xütbəsi kimidir. Bizə vəsiyyət et" Belə buyurdu: "Allahdan haqqı ilə qorxmanızı, üzərinizə Həbəşli bir qul da əmir olsa eşidib itaət etmənizi vəsiyyət edirəm. Sizdən, məndən sonra yaşayacaq olanlar şiddətli anlaşılmazlıqlar görəcək. Sünəntimə və hidayətə çatmış Raşidi Xəlifələrin yoluna sarılın. Onlardan azı dişlərinizlə (yəni sıx-sıx) tutun" Sonradan uydurulan işlərdən çəkinin. Çünki hər sonradan uydurula iş bidət və bidət zəlalətdir." Bu hədisi Tirmizi və Əbu Davud rəvayət edir.
Allahın qulları! "Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua verirlər). Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın! (Allahümmə səlli əla Muhəmmədin və ali Muhəmməd; əssəlamu əleykə əyyuhənnəbi və rəhmətullahi və bərəkətuhu-deyin!)" (əl Əhzab, 56)


Tarix: 18.04.2013 / 13:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 450 Bölmə: Maraqlı melumatlar