beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gozel Heyat

Bir gün çox varlı bir ailəyə malik olan ata kasıb insanların yaşayışını balaca oğluna göstərmək məqsədi ilə şəhərdən kənarda, qısa bir səfərə çıxır.
Onlar bir neçə günlərini cox kasıb bir ailənin fermasında keçirirlər və oğlan onların yaşayışını diqqətlə seyr edir.
Bunlar səfərdən qayıdarkən ata oğlundan soruşur: Hə oğlum səfər necə idi?
Çox gözəl idi, ata.
O kasıb ailənin necə çətinliklə yaşadığını gördün? Ata soruşdu.
Hə lap yaxşı gördüm, oğul cavab verdi.
Onda de görüm bu səfərdən sən nə öyrəndin? Ata soruşdu.
Oğul çəkinmədən cavab verdi:
Mən gördüm ki bizim bir itimiz var ancaq onların dörd.
Bizim həyətimizdə hovuz var, ancaq onlar sonu olmayan bir çay qırağında yaşayırlar.
Bizim həyət sadəcə fənərlərlə bəzənib, lakin onlar göydəki ulduzlara malikdirlər.
Biz yaşamaq üçün torpağın yalnız bir hissəsində ev tikmişik, ancaq onlar sahələrə malikdirlər.
Bizim xidmətçilərimiz var ancaq onlar başqalarına xidmət edirlər.
Biz ərzaqlarımızı alırıq ancaq onlar öz qidalarını yetişdirirlər.
Biz bizi qorumaq üçün evimizi hasara almışıq lakin onlar onları qoruyan dostlara malikdirlər.
Oğlanın atası bir söz demədən, sadəcə oğluna təəccüblə baxırdı.
Ata sənə təşəkkür edirəm ki sən mənə bizim necə kasıb olduğumuzu vaxtında sübut etdin.
Çünki, onlar nə qədər çətinliklərlə yaşasalar da, onların həyatı bizimkindən daha gözəl və daha mənalıdır.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 74 Bölmə: Maraqlı melumatlar