Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Küsuf, xüsuf və istisqa namazları...

Küsuf (günəş və ya ay tutulması) namazı:
Günəş və ya ay tutulanda “Camaat namazına gəlin” deyib car çəkmək müstəhəbdir.
Abdullah ibn Amr deyir ki, «Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vaxtında günəş tutulanda “Camaat namazı” – deyib car çəkdilər»[1].

Camaat məscidə toplaşdıqdan sonra imam onlara aşağıdakı hədisdə deyilən qaydada iki rükət namaz qıldırmalıdır. Aişə deyir ki, «Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sağlığında günəş tutuldu. O məscidə getdi və camaat onun arxasında cərgə-cərgə düzüldülər. O təkbir edib uzun-uzadı Quran oxudu. Sonra təkbir edib uzun-uzadı rüku etdi və sonra “Səmiəllahu limən həmidəh” – deyib rükudan qalxdı, amma səcdəyə getmədi. Sonra yenə uzun-uzadı Quran oxudu. Amma bu birinci oxuduğundan az oldu. Sonra təkbir edib uzun-uzadı bir rüku etdi. Amma bu rüku əvvəlkindən az oldu. Sonra “Səmiəllahu limən həmidəh, Rabbənə və ləkəl həmd” – deyib rükudan qalxdı və sonra səcdə etdi. Sonra ikinci rükətdə də eynisini etdi. Beləliklə o dörd rükəti, dörd səcdəylə tamamladı. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) namazını bitirmədən öncə günəş də görsəndi»[2].

Küsuf namazından sonra xütbə vermək:
Salam verib namazı bitirdikdən sonra imamın camaata vəz etməsi müstəhəbdir. Vəz xatırlama, ibrət alma və yaxşı əməllərə təşviq mövzusunda olmalıdır. Aişə deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) günəş tutulan gün namaz qıldı... (demək o Peyğəmbərin bu zaman necə namaz qılmasını vəsf edir və sonra deyir:) salam verib namazı bitirdi və artıq günəş çıxmışdı. Sonra insanlara vəz etdi, günəş və ay tutulmasının Allahın bir əmri olduğunu, bunların kiminsə dünyaya gəlməsi və ya ölməsiylə əlaqədar olmadığını qeyd etdi. Belə halda namaza sarılmağı tövsiyə etdi[3].
Əsma deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) günəş tutulan zaman kələləri azad etməyi əmr etmişdir»[4].
Əbu Musa deyir ki, bir gün günəş tutulmuşdu. Bunu görən Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vahimə içərisində qalxdı və qiyamətin başlamasından qorxdu. Sonra məscidə gəlib ən uzun qiyam, rüku və səcdə ilə namaz qıldı. Halbuki mən heç vaxt onun belə uzun namaz qıldığını görməmişdim. Namazdan sonra isə dedi: «Allahın göndərdiyi bu əlamətlər kiminsə dünyaya gəlməsi və ya ölməsinə görə baş vermir. Sadəcə olaraq Allah bununla bəndələrini qorxudur. Əgər siz belə bir hala rastlasanız o zaman Allahı zikr etməyə, Ona dua edib, bağışlanma diləməyə tələsin»[5].
Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun), «tələsin...» və s. bu kimi əmr formasında işlətdiyi sözləri həmin əməlin vacib olmasına dəlalət edir. Beləliklə küsuf namazının hökmü “fərzul kifayə”dir. Demək Əbu Əvanə “Səhih” əsərində (2/ 398) deyir: «Küsuf namazının vacib olmasının bəyanı haqqında fəsil». Sonra küsuf namazını əmr edən hədislərin bəzilərini qeyd edir. Onu bu üslubu isə İbn Xuzeymənin “Səhih” əsərindəki üslubuna bənzəyir. Belə ki, o “Səhih” kitabında (2/ 38) deyir:
«Günəş və ay tutulması zamanı namaz qılmağın əmr olunması haqqında fəsil...». Sonra o bu fəsilə küsuf namazını əmr edən bir neçə hədis qeyd edir.
Hafiz İbn Həcər əl-Əsqəlani “Əl-Fəth” əsərində (2/ 527) deyir: «Cümhur (əksər) alimlərin rəyinə əsasən küsuf namazı təkidlə buyurulmuş sünnədir. Əbu Əvanə isə “Səhih” əsərində bu namazın vacib olmasını açıq-aşkar demişdir. Mən ondan başqa heç kəsin belə dediyini bilmirəm. Yalnız imam Malik küsuf namazına cümə namazı kimi dəyər vermişdir. Əz-Zeyn ibn əl-Munir, Əbu Hənifənin bu namazı vacib görməsini nəql edir. Həmçinin Hənəfi məzhəbinin bəzi müəllifləri də bu namazın vacib olmasını nəql etmişlər»[6].

İstisqa (yağış diləmək) namazı:
Əgər yağış kəsilsə və ətraf mühit quraqlıq keçirsə yağış namazı qılmaq üçün namazgaha toplaşmaq müstəhəbdir. Demək imam camaata iki rükət namaz qıldırır və namazda çoxlu dua edir, Allahdan bağışlanma diləyir. Əyninin paltarını tərs çevirir, sağını sola geyinir. Abbad ibn Təmim əmisi Abdullah ibn Zeyddən rəvayət edib deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yağış diləmək üçün namazgaha çıxdı. Qibləyə tərəf yönəlib iki rükət namaz qıldı və paltarını tərs çevirdi». Süfyan deyir ki, Məsudi Əbu Bəkrin belə dediyini deyirdi: Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) paltarının sağını sola etmişdi[7].
Həmin rəvayətçi digər rəvayətdə isə belə demişdir: «Mən Peyğəmbəri (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yağış diləyərkən görmüşəm. O arxasını camaata, üzünü isə qibləyə tərəf çevirib dua etdi. Sonra paltarını tərs çevirib bizə iki rükət namaz qıldırdı və qiraətini səslə etdi»[8].


[1] Buxari: 2/ 533/ ? 1045. Müslim: 2/ 627/ ? 910. Nəsai: 3/ 136.
[2] Buxari: 2/ 533/ ? 1046. Müslim: 2/ 619/ ? 901. Əbu Davud: 4/ 46/ ? 1168. Nəsai: 3/ 130.
[3] Buxari: 2/ 533/ ? 1046. Müslim: 2/ 619/ ? 901. Əbu Davud: 4/ 46/ ? 1168. Nəsai: 3/ 130.
[4] Hədis səhihdir. Müxtəsər səhih əl-Buxari: q2, 118. Buxari: 2/ 543/ ? 1045.
[5] Buxari: 2/ 545/ ? 1059. Müslim: 2/ 628/ ? 912. Nəsai: 3/ 153.
[6] Təmamul Minnə: səh. 261. Qısa ixtisarla.
[7] Buxari: 2/ 515/ ? 1027. Rəvayətin bu mətni onundur. Müslim: 2/ 611/ ? 894. Əbu Davud: 4/ 24/ ? 1149. Tirmizi: 2/ 34/ ? 553. Nəsai: 3/ 155. Oxşar rəvayətlə.
[8] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: ? 1029. Buxari: 2/ 514/ ? 1025. Rəvayətin bu mətni onundur. Müslim: 2/ 611/ ? 894. Onun rəvayətində isə qiraətin səslə oxunulması qeyd olunmur. Əbu Davud: 4/ 26/ ? 1150.


Tarix: 01.05.2013 / 18:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 189 Bölmə: Maraqlı melumatlar
loading...