beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

YALANÇI AND VƏ VERƏRKƏN MİNNƏT QOYMAQ

Allah taala buyurur: “Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın”. (əl-Bəqərə, 264)

Əbu Hureyrədən (Allah ondan razı olsun!) rəvayət olunan hədisdə peyğəmbər (s) buyurur: “Allah Qiyamət günü üç şəxsə baxmaz, onları təmizə çəxarmaz. Onlar üçün ağrılı-acılı əzab var. Birinci, yol üzərində su quyusu olar, amma yoldan keçənləri ondan içməyə qoymaz. Ikincisi, imama dünya neməti üçün beyət edənlərdir. Ona bəxşiş verərkən razı qalar, verməyəndə isə nifrət edər. Üçüncüsü, öz malını satmaq istəyən satıcıdır ki, “Ondan başqa ilah olmayan Allaha and olsun ki, bunu fəlan qiymətə almışam” deyər, bununla da alıcının inanmasına nail olar”. Daha sonra bu ayəni oxudu: “Allah ilə olan əhdlərini və andlarını ucuz bir qiymətə satan şəxslərə axirət ne’mətlərindən heç bir pay yoxdur. Allah qiyamət günündə onları dindirməz, onlara nəzər salmaz və onları (günahlarından) pak etməz (təmizə çıxarmaz). Onları şiddətli bir əzab gözləyir”. (Əli İmran, 77) (Buxari 3/75 Müslim 1/103 Bax; “əl-Lulu val Mərcan” 1/20)
Əbu Zər (Allah ondan razı olsun!) peyğəmbərin (s) belə buyurduğunu rəvayət edir: “Allah Qiyamət günü üç şəxsi danışdırmaz, onlara baxmaz və onları təmizə çıxarmaz. Onlar üçün ağrılı-acılı əzab var”. Rəsulullah (s) bunu üç dəfə təkrar etdi. Əbu Zər dedi: “Onlar ziyana və uğursuzluğa uğradılar. Kimlərdir onlar, ya rəsulullah?” rəsulullah (s) buyurdu: “Təkəbbürlüklə paltarını uzadanlar, minnət qoyanlar və malını yalandan and içərək satanlar”. (Müslim 1/102)
Əbu Hureyrədən (Allah ondan razı olsun!) rəvayət olunan digər bir hədisdə peyğəmbər (s) buyurur: “And içmək satışı artırar, amma bərəkəti məhv edər”. (Buxari 3/12 Müslim 3/1228 Bax; “əl-Lulu val Mərcan” 2/156)


Tarix: 15.04.2013 / 19:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 112 Bölmə: Maraqlı melumatlar