beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İslamla qısa tanışlıq

Bu, İslamla qısa tanışlıq adlı kitabçanın mətnidir. Mətndə İslamın və İmanın əsasları haqda məlumat verilir. O İslamdan bixəbərlərə və İslamla yeni tanışlıq edənlərə daha çox dəyərlidir.

Rəhimli və Mərhəmətli Allahın adı ilə.
Öz rəhməti və fəziləti ilə qullarından istədiyi kə-si İslam dininə hidayət edən və ondan üz döndə-rənləri isə öz hikməti ilə haqq yoldan azdıran Allaha həmd və sənalar olsun.
Aləmlərə rəhmət və peyğəmbərlərin sonuncusu olaraq göndərilən Abdullahın oğlu Məhəmmədə Allahın salavatı və salamı olsun.
Allah təala onu cəmi insanlara müjdəçi, öyüd- nəsihət verən, parlayan bir işıq və Allahın yoluna təşviqatçı kimi göndərmişdir.
Allah təala buyurur: ﴾Kim İslamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qə-bul olunmaz və o şəxs axirətdə zərər çəkənlər-dən olar.﴿ (Ali İmran surəsi:85)
Allah təala bəyan etmişdir ki, İslamdan başqa hər bir din batil, rədd olunan, həmin adam isə hə-laka varan və xəsarət çəkəndir.
Məlum olduğu kimi əsrimizdə yaşayanların çox hissəsini qeyri müsəlmanlar və yolunu azmışlar; yəni: yahudilər, xaçpərəstlər, atəşpərəstlər, büt-pərəstlər, kommunistlər və Allaha şərik qoşan başqa tayfalar təşkil edir.
Allahın xeyrə yönəltdiyi, müsəlman etdiyi, baca-rıq və aydınlaşdırmaq qabiliyyəti verdiyi adama daha layiq olardı ki, insanları qənaətləndirmək və Allahın qarşısında üzürxahlıq üçün, insanları İsla-ma çağırsın və bu dini onlara çatdırsın ki, bəlkə hidayət olunarlar.
Hər bir çağırışın önəmli hissəsi bu çağırılanın tə-səvvür edilməsidir ki, bu kitabça da bunun ən gö-zəl vasitəsidir, Allahdan istəyirəm ki, bu kitabça-nı faydalı etsin və onunla qapanmış qəlbləri, eşitməyən qulaqları, görməyən gözləri açsın.
Biz müsəlmanların, bu dini yenicə qəbul edən qardaşları vardır ki, onların İslam haqqında anlayişları azdır. Bu kitabça öz kiçik həcminə baxmayaraq onların dini anlayışlarını artırmağa bir vasitə olar və Allahın izni ilə onlar, öz İslam həyatlarını gözəl, qədəmləri sabit yaşayarlar. Onlar da bu haqq yolun çağırışçısı olaraq hər kəsə bu dini çatdırarlar. Hər bir lütf Allahın əlindədir onu istədiyinə verər.
Aləmlərin rəbbi olan Allaha həmd və sənalar olsun.

Elmi araşdırmalar mərkəzi.
"İslam"la qısa tanışlıq.

Aləmlərin rəbbi Allaha həmd və sənalar, onun elçisi Məhəmməd peyğəmbərə, onun ailəsinə və səhabələrinə (silahdaşlarına) Allahın salavatı və salamı olsun.
İslam dini: “Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur və Məhəmməd Allahın elçisidir” kəlməsini dillə deyib, qəlblə təsdiq edib və əməldə tətbiq etməkdir. Bu, imanın altı əsasına, İslamın isə beş əsasına əməl etməyi və bunlarda ehsanlı olmağı əhatə edir.
İslam dini ilahi risalələrin sonuncusudur. Allah onu peyğəmbərlərin sonuncusu Abdullahın oğlu Məhəmmədə ona və ailəsinə Allahın salavatı və salamı olsun nazil etmişdir və o yeganə haqq dindir ki, Allah ondan başqa heç bir dini qəbul etmir .
Allah bu dini rahat, müyəssər, heç bir məşəqqət və çətinlik olmayan bir din etmişdir. Bu dini qəbul edənə bacarmadığını vacib və taqəti çatmayan bir işi məcbur etməmişdir .
Bu din: Əsası tövhid , şüarı doğruluq, təməli adillik, dayağı haqq, şəfqəti bağışlamaq, insanları din və dünya xeyrinə yönəltmək, din və məişət-lərinə zıyan gətirən pis işdən çəkindirməkdir.
Allah bu dinlə əqidələri, əxlaqları, dünya və axi-rət həyatını islah, parçalanmış qəlbləri və müxtə-lif istəkləri birləşdirərək onları batil zülmətindən xilas etmiş, haqqa və doğru yola yönəltmişdir. O, öz əhkamlarında və xəbərlərində tam doğru və mükəmməl, məlumatları doğru və haqq, hökmü xeyir və adil, ən doğru əqidə, mükəmməl əməl, gözəl əxlaq və yüksək ədəbə malik olan bir dindir.

İslam dəvəti, adı çəkiləcək bəndlərin təhqiqinə çalışır.
1- İnsanlara onları yaradanı və ruzi verəni gözəl adları və əzəmətli sifətləri ilə, bun-larda onun heç bir bənzəri və oxşarı olma-dığını, heç bir şəriki olmayan hikmətli əməllərinı, onun ortağı olmayan haqqını çatdırmaq və tanıtdırmaqdır.
2- İnsanları Allahın quranda və peyğəmbə-rinin ona və ailəsinə Allahın salavatı və salamı olsun sünnətində onların dünya və axirət səadə-ti üçün qoyduğu qadağa və əmrləri yerinə yetirməklə, heç bir şəriki olmayan Allaha ibadət etməyə çağırmaqdır.
3- İnsanlara ölümdən sonrakı əhvallarını və talelərini, qəbirdə üzləşəcəkləri, sonra qi-yamət günü yenidən dirilib əməllərinə gö-rə sorğu–sual olacaqlarını, sonra xeyirdir-sə xeyirlə (cənnətlə), şərdirsə şərlə (cə-hənnəmlə) cəzalandırılacaqlarını xatirlat-maqdır.
İslamın əsaslarının müxtəsər anlayışı.
Birinci: İmanın əsasları.

Birinci əsas: Allaha iman.
Allaha iman üç bənddən ibarətdir.
a – Allah təalanın rübubiyyətinə iman; yəni: Hər şeyi yaradan, idarə edən, dolandıran və bütün xəlqinin işlərində tam hakim olduğuna iman gətirməkdir.
b – Allah təalanın uluhiyyətinə iman; yəni: Haqq olan ilah odur və ondan başqa hər bir məbud batildir.
c – Allah təalanın ad və sifətlərinə iman; yəni: Quranda və peyğəmbərin ona və ailəsinə Allahın salavatı və salamı olsun sünnətində varid olan gözəl ad, kamil və əzəmətli sifətlərə iman.

İkinci əsas: Mələklərə iman.
Mələklər, Allahın ehtiram edilən qullarıdırlar, Allah onları yaradıb, onlar da Onun hüzuruna gəlir, Onun taətində olur və onların hər biri müxtəlif əməllərlə mükəlləf edilmişlər, onlardan:
Cəbrayıl: Vəhy həvalə edilən mələkdir, Allahın istədiyi hər bir peyğəmbərə və elçiyə Onun vəhyi-ni nazil edir.
Mikayıl: Yağış və bitkilər həvalə edilən mələk-dir.
İsrafil: Qiyamət günü insanları öldürmək və diriltmək üçün suru çalmaq həvalə edilən mə-ləkdir.
Ölüm mələyi: Ölüm ayağında can almaq həvalə olunan mələkdir.

Üçüncü əsas: Kitablara iman.
Allah təala peyğəmbərlərinə özündə hidayət, xe-yir və yaxşılığı əhatə edən kitablar nazil etmişdir. Bu kitablardan:
a – Allah təalanın Musa peyğəmbərə ona Allahın salavatı və salamı olsun nazil etdiyi, israil övladlarının ən böyük kitablarından olan Tövrat.
b - Allah təalanın İsa peyğəmbərə ona Allahın salavatı və salamı olsun nazil etdiyi İncil.
c - Allah təalanın Davud peyğəmbərə ona Allahın salavatı və salamı olsun göndərdiyi Zəbur.
d - İbrahimin ona Allahın salavatı və salamı olsun Səhifələri.
e - Allah təalanın peyğəmbərlərin sonuncusu Məhəmmədə ona və ailəsinə Allahın salavati və salamı olsun nazil etdiyi Qurani Kərim. Allah təala bu kitabla özündən əvvəlki kitabların səlahiyyətini ləğv et-miş və onun qorunmasını öz üzərinə götürmüş-dür. Ona görə ki, bu kitab ta qiyamət gününə qə-dər bütün yaradılanlar üzərində əsaslı dəlil olaraq qalacaqdır.

Dördüncü əsas: Peyğəmbərlərə iman.
Allah təala öz yaratdıqlarına birincisi Nuh, so-nuncusu Məhəmməd onlara Allahın salavatı və salamı olsun olamaqla elçilər gondərmişdir. Bütün peyğəmbər-lər Məryəm oğlu İsa və Üzeyir peyğəmbər onlara Allahın salavatı və salamı olsun daxil olmaqla hamısı yaradılmış bəşər övladlarıdır, onların Allahın rübubiyyətində heç bir xüsusiyyətləri yoxdur, onlar da Allahın qullarıdırlar. Sadəcə olaraq Allah onları elçiliklə şərəfləndirmişdir. Allah bütün ri-salələri Məhəmməd peyğəmbərin ona və ailəsinə Allahın salavatı və salamı olsun risaləsi ilə xətm etmiş və onu bütün insanlara göndərmişdir. Ondan sonra heç bir peyğəmbər yoxdur.

Beşinci əsas: Axirət gününə iman.
Axirət günü: Allah insanları ya əbədi rahatlıq, cənnət neməti, ya da şiddətli cəhənnəm əzabında qalmaq üçün qəbirlərindən dirildib çıxardaraq cəm edəcəyi qiyamət günüdür.
Axirət gününə iman, öldükdən sonra baş verəcək hər şeyə: Qəbir imtahanı, rahatlığı və əzabı, ondan sonra yenidən dirilmək, haqq-hesab, sonra isə ya cənnət ya da cəhənnəm olacağına inanmaqdır.

Altıncı əsas: Qədərə iman.
Qədərə iman: Allahın bütün hər şeyi öncədən təyin etməsinə, məxluqatları əzəli elmi və hikməti ilə yaratmasına, bütün bunların Allaha əzəli elmi ilə məlum olmasına və lövhi-məhfuzda yazma-sına inanmaqdır. Allah bunların hamısını istəmiş və yaratmışdır. Onun istəyi və yaratması olmadan heç bir məxluq mövcud ola bilməz.

İkinci: İslamın əsasları.
İslam beş əsas üzərində qurulmuşdur. İnsan bunlara iman gətirib, onlara əməl etməyincə həqi-qi müsəlman olmaz. Bu beş əsas aşağdakılardır:

Birinci əsas: "Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur və Məhəmməd onun elçisidir" kəliməsinə şəhadət vermək. Bu şəhadət İslamın açarı və üzərində qurulan əsasıdır.
"Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur" kəliməsinin mənası; Haqq olan ilah Odur və Ondan başqa hər bir ilah batildir. İlah dedikdə hər bir ibadət olunan nəzərdə tutulur.
"Məhəmməd Allahın elçisidir" kəliməsinin mənası: Verdiyi xəbərləri təsdiqləmək, əmrlərinə
itaət etmək, çəkindirdiyindən və qadağan etdiyindən çəkinmək və yalniz onun şəriəti ilə Allaha ibadət etmək deməkdir.

İkinci əsas: Namaz qilmaq.
O, gün ərzində beş vaxtda yerinə yetirilən beş namazdır. Allahın onu, qulların üzərində olan haqqını yerinə yetirmək, verdiyi nemətlərə şükr etmək, müsəlmanı pis və çirkin əməllərdən çəkin-dirmək üçün fərz buyurmuşdur. Namaz müsəl-manla rəbbi arasında bağlılıqdır ki, onun əsna-sında rəbbini çağırır və ona dua edir. Namaz qılmaqla insan dini xeyrə, imanın islahına və Allahın geci-tezi verəcəyi savaba nail olur . İnsan namaz vasitəsi ilə, onu dünya və axirətdə sevindirəcək nəfsi və bədəni rahatlığı əldə edir.



Üçüncü əsas: Zəkat vermək.
Zəkat: İldə bir dəfə üzərinə vacib olmuş ada-mın, kasıblara və zəkat götürməsi caiz olan ada-mlara verilən sədəqədir. Kasıbın malı nisaba (zə-kat həddinə) çatmasa zəkat onun üzərinə vacib ol-maz. Dinlərinin tamamlanması, əxlaq və əhval-larının artması, özlərindən və mallarından müsi-bəti dəf etməsi, pisliklərdən təmizlənməsi, onlara möhtac olanlara kömək etməsi və ümumi mən-fəətləri qorumaq üçün varlı adamların üzərinə vacib edilmişdir. Buna baxmayaraq bu Allahın onlara verdiyi malın və ruzinin müqabilində çox az miqdardır.

Dördüncü əsas: Oruc tutmaq.
O, qəməri aylarının doqquzuncusu mübarək Ra-mazan ayında müsəlmanların fəcrin doğmasından ta günəşin batmasına qədər yemək, içmək, cima etmək və bu kimi şəhvətlərdən çəkinməsidir. Bunun müqabilində isə Allah onlara Öz rəhmətin-dən və lütfündən verdiyi din və imanlarının ta-mamlanması, günahlarının bağışlanması, dərəcə-lərinin qaldırılması və başqa bu kimi Allahın oruc tutana dünya və axirətdə verdiyi çoxlu xeyir-dir.

Beşinci əsas: Həcc etmək.
O, İslam dinində məlum olan müəyyən bir vaxtda xüsusi ibadəti yerinə yetirmək üçün Allah-ın evi Kəbəni ziyarət etməkdir. Allah onu imkanı olan müsəlmana həyatında bir dəfə vacib etmiş-dir. O gün, dünyanın hər yerindən müsəlmanlar yer üzünün ən xeyirli yerində cəm olur, bir Allaha ibadət edir, eyni libas geyinir, rəhbər və sıravi, varlı və kasıb, ağ və qara insan arasında heç bir fərq olmadan müəyyən mərasimləri yerinə yetirirlər. Bu mərasimlərin ən əzəmətlisi Arafada dayanmaq, müsəlmanların qibləsi olan şərəfli Kəbəni təvaf etmək, Səfa və Mərva dağları arasinda səy etməkdir. Bu ibadətdə sayı-hesabı bilinməyən çoxlu din və dünya mənfəətləri vardır.
Üçüncü: Ehsan.
O, islam və imanla ibadəti elə etməkdir ki, sanki Allahı görürsən, sən onu görməsəndə O səni görür, yəni; Sən Onu şüuruna gətirirsən və bu əməl peyğəmbərin sünnətinə uyğun olmalıdır.

İslam dini adı çəkilən bütün məsələləri əhatə edir. Məlum olduğu kimi İslam dini öz əhlinin həyatını fərdi və ya camaat şəklində tənzimləyə-rək onlar üçün dünya və axirət səadətini təmin et-mişdir. Onlara evlənməyi mübah edərək ona rəğ-bətləndirmiş, zina, uşaqbazlıq və başqa pis işləri haram etmiş, qohumluq əlaqələrini kəsməməyi, kasıb və fağırlara şəfqət göstərmək və kömək et-məyi vacib etmiş, yaxşı əxlaqa rəğbətləndirmiş və vacib etmiş, pis və alçaq əxlaqdan çəkindirmiş, ticarət və ya icarə yolu ilə əldə olunan gözəl qa-zancı mübah etmişdir. Haram, riba , aldatmaq və yalan üzərində qurulmuş hər bir ticarətdən çəkin-dirmişdir.
İslam dini insanların onun qanunlarına riayə-tində fərqliliyini və başqalarının hüquqlarını qo-rumağı nəzərə alaraq, Allahın haqqı ilə bağlı olan hüquqlarda təcavüz edənlərin qarşısını almaq üçün müəyyən cəzalar təyin etmişdir.
Məsələn: Mürtəd olanlara, zina edənlərə, içki içənlərə və s. Həmçinin insanların qan, mal və na-mus hüquqlarını qorumaq üçün hər bir edilən cə-riməyə uyğun olan cəzalar təyin etmişdir. Məsə-lən: adam öldürmək, oğurluq etmək, günahsız adama iftira atmaq, vurmaq, əziyyət vermək, haqsız yerə başqasının malını götürmək və s. İn-sanlarla rəhbərlər arsında olan əlaqələri tənzim edərək, məhdudiyyət qoyaraq Allaha qeyri asilik-də hakimlərə itaət etməyi vacib və onlara qarşı çıxmağı isə haram etmişdir. Çünkü hakimlərə qarşı çıxmaqda çoxlu ümumi və xüsusi fəsadlar vardır.
Sonda onu deyə bilərik ki, İslam dininin hərtə-rəfli kamilliyi və gözəlliyi, Allahla bəndə, insanla ictimaiyyət arasındakı doğru əməl və əlaqələrin qurulmasını özündə cəm etməsi, xeyirli əxlaq və əməllərə yönəldib sövq etməsi və hər bir şər əx-laq və əməldən çəkindirib qadağan etməsidir.
Aləmlərin rəbbi Allaha Həmd və sənalar olsun!


Tarix: 08.05.2013 / 19:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 450 Bölmə: Maraqlı melumatlar