beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əgər Namazda Diqqətli Deyiliksə,nə Etməliyik?

Namazın əhkamları, vacibatları, müstəhəbbatları olduğu kimi, onun ruhu da vardır. Mühüm olanı da budur.

Deyerler.org: İnsanın namazdan apardığı bəhrə də məhz namazın ruhudur. O insanlar ki, ruhsuz namaz qılırlar, onlara qəbirdə və Qiyamətdə nə üçün namaz qılmamısan deyilməyəcəkdir. Ancaq onlar namazdan bəhrə aparmazlar.

Bəziləri isə namazın vasitəsilə meraca gedərlər. Bu fərq namazda nə qədər qəlb hüzuruna malik olmaqdan asılıdır.

Namazı kitabda oxumaqla qılmaq arasında fərq çoxdur. Belə ki, ən çox səy etdiyimiz şey namazı əvvəli vaxtda qılmaq və vacibatlarını olduğu kimi yerinə yetirməkdir. Ancaq bu namazın ruhu deyildir, onun bədənidir. Namazın ruhu tamamilə başqa bir şeydir. Ona görə də biz namaz qılan zaman Allah və namaza diqqət etmək yerinə həyat məsələlərini fikirləşməklə məşğul oluruq. Bəziləri hətta namaz qılan zaman günah və onu necə yerinə yetirmək haqqında düşünürlər. Əgər çox yaxşı insanıqsa, dini dərslər və bəhslər haqqında düşünürük. Adətən namaz zamanı dilimizlə bədənimiz və ruhumuz həmahəng olmur. Bir çoxlarımız salamları verib qurtarandan sonra başa düşürük ki, namaz bitibdir.

Bəs bunu aradan qaldırmaq olarmı?

Bunun yollarından biri namazda qəlb hüzurunun faydası haqqında təfəkkür etməkdir. Namazda qəflətdə olmağımızın zərərlərini tanımaqdır. Belə ki, insan əgər bilsə ki, hansısa iş onun üçün faydalıdır, onu tərk etmək çox sayda zərər gətirər, bu zaman ciddi şəkildə onu yerinə yetirməyə çalışacaqdır. Həqiqət budur ki, bizim namazın faydalarına və onu tərk etməyə elmimiz var, imanımız yoxdur.

Biz bu faydaları inkar etmirik. Ancaq ona olan imanımız zəifdir. Ona görə də elmimizdən əməli nəticə çıxartmırıq. Bu elm əməlimizə təsir qoymur. Ona görə də yaxşı olar ki, namazdan bir neçə dəqiqə əvvəl qəlb hüzurunun faydası və gətirəcək əməli dəyərləri haqqında düşünməliyik.

Əlbəttə, bu məsələ bizim mərifətimizin səviyyəsindən də asılıdır. Hər halda bunu nəzərə almalıyıq ki, diqqətlə qılanan namazla diqqətsiz qılanan namaz arasındakı fərq 50 ilə 1000 arasında olan fərq kimi deyildir. Onun fərqi yerlə gör arasında olan fərq qədərdir.

Məsumların (ə) qıldığı namazla bizim diqqətsiz qıldığımız namaz arasında fərq riyazi hesabla müəyyən edilə bilməz. Fərq ondandır ki, əslən onları müqayisə etmək olmaz. Biz bu haqda düşünməliyik ki, dəyərini qaldıra bilək. Hal-hazırda gör nə qədər az bir dəyərlə qənaətlənmişik. Nəyə görə? Əgər özümüzü namazın həqiqi dəyərinə agah etsək, namazda qəlbimizin ixtiyarını əlimizə alsaq, hər bir səmtə uçmağa icazə vermərik. Əgər indi bütün namazlarda bunu edə bilməsək, ən azı namazın bir zikrini qəlb hüzuru ilə deməyə çalışaq. Diqqətimizi tamamilə toplaya bilək. Çünki elə gün gələcəkdir ki, barmağımızı dişləyib təəsüflənəcəyik ki, ey kaş diqqətli olardıq. Quran bu günü peşmançılıq günü adlandırır. “(Ya Peyğəmbər!) Onları (hamını əhatə edəcək) peşmançılıq günü ilə (pislərin günahlarının peşmançılığını, yaxşıların isə itaətlərinin azlığının peşmançılığını çəkəcəkləri bir günlə) qorxut. O zamanla ki, (hesab və mühakimə) iş(i) bitər, lakin onlar qəflətdə olarlar və iman gətirməzlər”. (“Məryəm” 39).

Bəli, peşmançılıq gününün əzabı cəhənnəm əzabından da öldürücüdür. Bizim namazda qəlb hüzuruna malik olmağımıza kömək edəcək amillərdən biri də odur ki, qıldığımız namazın axırıncı namaz olmasını hesab etməkdir.

Həzrət Peyğəmbər (s) səhabələrindən birinə buyurur: “Namaz zamanı elə namaz qıl ki, sanki bu qıldığın axırıncı namazdır, Sənin xudafiz etdiyin namazdır”.

Əgər insan fikirləşsə ki, qıldığın namaz ömrünün axırıncı namazıdır, salamı deyəndən sonra Əzrayil (ə) canını alacaqdır, bu zaman namazı daha diqqətlə qılar. Əgər bilsə ki, bu axırıncı namazıdır, bu zaman tövbə və nalə halında namaz qılar. Əslində hər bir namazda bu ehtimal vardır ki, son namazımız olsun. Ona görə də yaxşı olar ki, bu namazı tövbə və istiğfar halı ilə qılaq.

Əgər insan namazdan əvvəl özünə təlqin etmək istəsə ki, ola bilsin ki, bu mənim axırıncı namazımdır, diqqətini daha çox cəmləyə biləcəkdir.

Əgər uzun və təhlükəli bir səfərə çıxmaq istəyiriksə, o zaman diqqətimizi cəmləməyə ehtiyac yoxdur. Ancaq nəzərə alsaq ki, bu Allahla son söhbətimiz və ünsiyyətimizdir, başımızı səcdəyə qoyub, tamamilə başqa cür namaz qılacağıq. Vida namazını göz yaşı və naləli şəkildə əda edəcəyik.

Səy edək ki, hələ ki, fürsət var, bu qədər fəziləti əldən verməyək.Yoxsa, çox təəsüf edərik.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 171 Bölmə: Maraqlı melumatlar