beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Axirət əbədi Evdir

Bismilləhir-Rahmənir-Rahim
1.Axirət.
Qur’an:
«Biz axirət qazancını istəyənin qazancını artırır, dünya mənfəətini istəyənə də ondan veririk. Onun axirətdə heç bir payı yoxdur.»
Hədis:
1.İmam Əli (ə):«Dünya bədbəxtlərin arzusu, axirət isə xoşbəxtlərin qurtuluş və uğurudur.»
2.İmam Əli (ə):«Axirətdən möhkəm yapış ki, dünya sənə kiçik gəlsin.»
3.İmam Əli (ə):«Həqiqətən dünya səndən ayrılandır, axirət isə sənə yaxındır.»
2.Axirət işlərinin əzəməti.
Quran:
«Bir gör onların birini digərindən necə üstün etdik. Axirətdə dərəcə və üstünlüklər daha yüksək və ucadır.»
Hədis:
1.İmam Əli (ə):«Dünyanın hər bir şeyini eşitmək görməyindən böyükdür. Axirətin isə hər bir şeyini görmək eşitməyindən böyükdür. Odur ki, axirəti görməyin yerinə, gözlərə görünməyən, qeyb pərdəsi arxasında olanları müşahidə etmək əvəzinə, elə eşitməklə və (peyğəmbərlərin vasitəsi ilə) xəbərdar olmaqla kifayətlənin.»
3.Axirət əbədi evdir.
Quran:
«Ey qövmüm! Bu dünya həyatı keçici bir şeydir, qalmaq yeri axirət evidir.»
Hədis:
1.İmam Əli (ə):«Öz əbədi evini abadlaşdıran kəs ağıllıdır.»
2.İmam Əli (ə):«Dünya qurtaran, axirət isə əbədidir.»
4.Axirətin üstünlüyü.
Quran:
«De:«Dünyanın malı azdır və axirət, təqvası olan üçün daha yaxşıdır.»
Hədis:
1.İmam Əli (ə):«Axirətin heç bir əvəzi yoxdur və dünya insanın qiyməti deyil.»
5.Axirəti yada salmaq.
1.İmam Əli (ə):«Axirəti yada salmaq dava-dərmandır, dünyanı yada salmaq isə ən pis dərd və xəstəlik.»
2.İmam Əli (ə):«Kim axirəti çox yadına salsa günahı və (Allaha qarşı) itaətsizliyi az olar.»
6.Axirət üçün iş görmək.
1.Allahın Peyğəmbəri (s):«Dünyan üçün elə işlə ki, sanki əbədi yaşayacaqsan və axirətin üçün elə iş gör sanki sabah öləcəksən.»
2. Allahın Peyğəmbəri (s):«Allah gecə-gündüz ən böyük dərd-qəmi axirət olan kəsin qəlbini ehtiyacsız və zəngin edər, onun işini qaydaya salar. O, ruzisini tam şəkildə əldə etəməyincə dünyadan köçməz. Allah gecə-gündüz ən böyük dərd-qəmi dünya olan kəsin alnına isə yoxsulluq (möhürü) vurar, işinin nizamını pozar.O dünyada öz qismətindən artıq bir şey əldə etməz.»
3.İmam Əli (ə):«Dünyaya rəğbəti ola-ola axirət üçün iş görmək faydasızdır.»


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 77 Bölmə: Maraqlı melumatlar