Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qəlbin xəstə olması və onun şəfası

Allah təala Qurani Kərimdə buyurur: “- Onların qəlblərində xəstəlik vardır. Allah da onların xəstəliyini artırmışdır. Yalan dedikləri üçün onlar şiddətli bir əzaba düçar olacaqlar!” (Bəqərə surəsi, 10). Allah təala buyurur: “Biz səndən əvvəl elə bir elçi, elə bir peyğəmbər göndərməmişik ki, o, ayələrimizi oxumaq istədikdə şeytan onun oxuduğuna gizlicə vəsvəsə verməsin. Lakin Allah şeytanın gizlicə təlqin etdiyini yoxa çıxarar. Sonra da Allah Öz ayələrini möhkəmlədər. Allah Biləndir, Müdrikdir. Belə edər ki, şeytanın gizli təlqinini qəlbində xəstəlik olanlar və qəlbi sərt olan insanlar üçün bır sınaq vasitəsinə çevrilsin. Həqiqətən, zalımlar uzaq bir ayrılıq içindədirlər” (Həcc surəsi, 52-53).

“Əgər ikiüzlülər, qəlbi xəstə olanlar və şəhərdə qarayaxma şayiələr yayanlar öz yaramaz əməllərinə son qoymasalar, səni onlara qarşı çıxmağa çağırarıq. Sonra onlar orada artıq səninlə ancaq qısa bir müddət ərzində qonşuluq edər və lənətlənmiş halda qalarlar. Harada ələ keçsələr, yaxalanıb amansızcasına öldürülərlər” (Əhzab surəsi 60-61). “Biz Cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik və onların sayını on doqquz etdik ki, bu, kafirlər üçün ancaq bir sınaq olsun, özlərinə Kitab verilənlər yəqinlik hasil etsinlər, iman gətirənlərin imanı artsın, Kitab verilənlər və möminlər haqqa şübhə etməsinlər və qəlblərində xəstəlik olanlar və kafirlər: "Allah bu məsəllə nə demək istəyir?"– desinlər. Allah istədiyi kimsəni belə azdırır, istədiyini də doğru yola yönəldir. Sənin Rəbbinin qoşunları barədə yalnız Özü bilir. Bu, bəşəriyyət üçün ancaq bir xatırlatmadır” (Əl-Muddəssir, 31).“Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yolu göstəricisi və mərhəmət gəlmişdir” (Yunus, 57).

“Biz Quranda möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. Bu ayələr zalımların ancaq ziyanını artırır” (Əl-İsra, 82).



Əhməd bin Əbdülhəlim "Qəlb xəstəliklərinin müalicəsi" kitabından...


Tarix: 11.04.2013 / 20:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 128 Bölmə: Maraqlı melumatlar
loading...