beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ÖZÜNÜ QƏHRƏMAN HESAB ETMƏYƏN QƏHRƏMAN

Mübarək Ramazan ayının son günləri gəribə bir sürətlə keçməkdədir. Eynilə Həccdəki kimi. İlk öncə insanlar yenicə alışır. Bu ayın təbərrük istisindən yenicə bəhrə aparmağa öyrəşir. Günlər həftəyə, həftələr isə Qədr gecələrinə gətirir çıxarır bizləri. Bir də ayılırıq ki, artıq son günləri yaşayırıq. Əgər azuqə toplaya bilmişiksə, sevincli halda artırmağa çalışır insan. Əks təqdirdə isə - bu son günlərdə möhkəm çalışmanın zəruriliyini anlayaraq, özünü toparlayır.

Zatən bu ayda toplanan azuqə də, ayın süfrsəi kimi maddi deyil. Gün ərzində sərasər 17 saatacan, hətta halal nemətlərdən, Rəbbinin razılığı xatirinə öz nəfsini saxlayan şəxsin bu İahi ziyafətdə toplamalı olduğu azuqə - təqvadır.

Təqva – yəni, iradəvi yaşam.

Təqva – yəni, ilahi rəngə bürünmnə.

Təqva – yəni, gözünün, qulağının, dilinin və ümumən bütün vücudun kamal halı.

Təqva –yəni, vicdanlar susanda, vicdanın oyaqlığı.

Təqva –yəni, bütün dünya iztirab içində, stresslərdə, depressiyalarda sürünən zaman, vəcd halına ucalanadək vücudi bir uçuşa doğru yönəlmə.

Allahım, bizi nurani ayın son fürsətlərində bu təqva payından bəhrə aparanlardan qərar ver!


******


İraqlı jurnalist Müntəzir Zeydi nəhayət ki, azadlığa çıxdı. Allah-Təala cəmi vicdan məhbuslarının qapısını açsın, inşəallah! Müntəzir Zeydi həbsdə olarkən ona işgəncələr verildiyi haqda danışıb. Jurnalistin sözlərinə görə, onu ağır dəmir parçaları ilə döyüb, elektrikin vasitəsilə işgəncə veriblər. Həmçinin, jurnalistə qarşı su ilə boğma işgəncəsi verilib və o, bir neçə gecə soyuq otaqda saxlanılıb. Qəhrəman jurnalist onu da bildirib ki, onu Corc Buşa ayaqqabı atandan sonra polis bölməsinə gətirən zamandan döyməyə başlayıblar. “Baş nazir Nuri əl-Maliki mənim təhlükəsizliyimə dair əminliyi olmayanadək yatmayacağını bildirdiyi zaman, mənə ən ağır yollarla işgəncə verilirdi”, - deyə Zeydi həbsdən azad olduqdan dərhal sonra bildirib. Zeydi onu da əlavə edib ki, özünü qəhrəman hesab etmir, lakin etdiyi əmələ görə də peşmançılıq çəkmir. “Mənim belə gözəl imkanım oldu və mən bundan istifadə etdim”.

Doğrusu, bu olayla bağlı xüsusi şərhə ehtiyac da yoxdur. Amma bütün dünyanın diqqət mərkəzində olan bir şəxsə qarşı belə bir rəftarın baş verməsi mümkünsə, onda gör diqqətdən kənarda qalanlar nə çəkir.


*****


Müntəzir Zeydinin səhhətində ciddi problem yarandığı üçün təcili olaraq xaricə aparılıb. İlk tibbi yardım İraqda edilsə də, xüsusi təyyarə ilə Suriyanın paytaxtı Dəməşq şəhərinə aparılaraq ikinci dəfə tibbi yardım göstərilmişdir. Lakin, qarın nahiyəsində güclü sancıların olması səbəbilə, Suriyadan da Yunanıstana aparılmışdır. Bu xəbəri Zeydinin qardaşı da təsdiqləmişdir. Uday Zeydinin bildirdiyinə görə, qardaşının bu vəziyyətə düşməsinin səbəbi ona verilən işgəncələrdir. Amma o, eyni zamanda qardaşının zəhərlənməsi ehtimalının olduğunu düşündüklərini də bildirmişdir. Qardaşı, Müntəzir Zeydi həbsdə olarkən çoxlu sayda iynələr vurulduğunu və həmin iynələrin zəhərli olmasından şübhələndiklərini qeyd etmişdir. Çünki, onun sağ qalmasını istəməyənlər vardır.

Gerçəkdən də, həbcdən çıxıb bu kimi bəyanatlar verən Müntəzir Zeydi niyə də birilərinə təhlükə kəsb etməsin. Mən bilmirəm, Müntəzirin səhhətilə bağlı sonu necə olacaq. Amma vücudu sağlam olanın belə məsələlərdən nə qorxusu var ki?!

Allahım, bəndələrinə vücudi sağlamlıq nəsib et! Vicdanların xəstələnməsini cəmi insanlardan uzaq et!


******


Mübarək Ramazan ayının 27-ci gününün duasındakı nurani çalarlara diqqət edək:

Bizlərin mübarək ayın son günlərində bütün çətinliklərini asanlaşdır və üzrlərimizi qəbul et, ey bizləri haqqa yönəldən Rəbbim!
Bizlərin günahlarını təmizlə və çirkin əməllərin ağırlığından bizə nicat ver, ey saleh bəndələrə mehriban olan Rəbbim! Amin!


Hacı İlqar İbrahimoğlu


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 78 Bölmə: Maraqlı melumatlar