beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bankdan pul götürmək

sual-
assalamu aleykum , sizden bir suala cavab vermenizi xahish
edirem.gunumuzde bezi insanlar banklardan pul gotururler ve faizle
qaytarirlar bu ne derecede olar, bes islam banklarinda bu proses nece
bas verir ? maraqli sohbetlerinize 101fm -de qulaq asiram, oncelikle
tesekkur edirem,ALLAH sizden razi olsun.

va aleykum salam.
Bu doğru deyildir.Bu faizdir.
Faiz yemək barəsində Uca Allah buyurmuşdur:
""Faiz (riba) yeyənlər, ancaq şeytan vurmuş olanın qalxışı kimi, vurulmuşdan başqa (bir tərzdə) qalxmazlar. Bu, onların: "Alım-satım da ancaq faiz kimidir" deməklərinə görədir. Allah, alış-verişi halal, faizi haram qılmışdır. Kimə Rəbbindən bir öyüd gəlib (faizə) son verirsə, artıq keçmişi özünə, işi də Allaha aiddir. Kim (faizə) geri dönərsə, artıq onlar atəşin xalqıdır, orada əbədi qalacaqlar." (Bəqərə Surəsi, 275)
Peyğəmbərimiz (sav) buyurmuşdur:
"Rəsulullah Əfəndimiz (s.a.v.) də faiz mövzusunda möminləri belə xəbərdar edir: "Merac etdiyim zaman gecə yeddinci göydə üstümdə ildırım və şimşək səsi eşitdim. Orada göbəyləri önlərinə sallanmış və bir otaq qədər böyümüş insanlar gördüm. İçlərində olan ilan və əqrəblər bayırdan görünürdü. Cəbrayıldan (a.s.) bunların kim olduğunu soruşduqda bunlar faiz yeyənlərdir dedi."(Bəyhaqi)
"Faiz yetmiş qapıdır. Ən xəfifi də insanın öz anasına təcavüz etməsi kimidir. Ən ağırı isə insanın bir mömin qardaşının şərəf və layaqətinə təcavüzüdür." (Təbərani)

Amma qaldı ki İslam bankların proses necədir.Bu barədə bilmirəm.Əgər bu barədə bir şey öyrənsəm yazaram
Allah sizdəndə razı olsun və elminizi, imanızı artırsın.


Tarix: 07.04.2013 / 16:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 207 Bölmə: Maraqlı melumatlar