Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allaha dua etdikdən sonra əlləri üzə sürtmək barədə gələn hədislərin zəifliyi…

1. "Peyğəmbər (səllallahu aleyhi və səlləm) Allaha dua etdikdən sonra əllərini üzünə sürməyənədək onları aşağı salmazdı"

Hədis zəifdir. Belə ki, Hədisi Tirmizi (2/244) və ibn Asakir (7/12/2) Umar bin əl-Xəttabdan (Allah ondan razı olsun) rəvayətlə gətirlir. Tirmizi deyir ki, hədis qəribdir (zəif hədisin bir növü). Belə ki, onun raviləri arasında yeganə məkum olan Həmmad ibn İsadır, digərləri naməlumdur. Həmmad haqqında isə o bilinir ki, çox az hədis rəbayət edib. Hədisin digər raviləri olan Səlim ibn Abdulla, Hənzələ ibn Əbu Sufyan əl Cəmxi isə naməlum ravilərdir. Həmmad ibn İsa isə güvənilən ravi deyil. Belə ki, İbn Həcər (Allah ona rəhmət eləsin) özünün "Təhzib" əsərində bu ravi haqqında alimlərin aşağıdakı rəylərini gətirir:
Əbu Hatim (Allah ona rəhmət eləsin) demişdir: "Hədislərdə zəifdir"
Əbu Davud (Allah ona rəhmət eləsin)demişdir:" O, münkər hədislər rəvayət edir"
Əl-Hakim və Nəqqaş (Allah ona rəhmət eləsin)demişlər: "O İbn Cureycə və Cəfər əs Sadiqdən uydurma hədislər rəvayət edir"
Daraktuni(Allah ona rəhmət eləsin) demişdir: "O, zəif ravidir"
İbn Hibban (Allah ona rəhmət eləsin)demişdir:"O, İbn Cureycədən və Əbdul-Əziz ibn Ömər ibn Əbdul-Əzidən həqiqətin təmamilə əksi olan şeyləri xəbər verir və hədis elmində mütəxəssis olanlar bunu onun qəsdlə etdiyini hesab edirlər. Bu səbəbdən də dəlil kimi onun rəvayətlərinə yönəlmək olmaz".
İbn Makula(Allah ona rəhmət eləsin) demişdir:" Onlar (hədis alimləri) bu şəxsdən rəvayət edilən hədisləri zəif hesab edirlər"
Beləliklə aydın olunur ki, bu ravi olduqca zəifdir və onun çatdırdığı hədis nəinki səhih, heç həsən hədis kimi də qeyd edilə bilməz.

2. "Peyğəmbər (səllallahu aleyhi və səlləm) Allaha dua edərkən əllərini qaldırar, bəzən əllərini üzünə çəkərdi".

Hədis zəifdir: Belə ki, Hədisi Əbu Davud (1492) İbn Lahiyyadan, o da Həfsa ibn Xişam ibn Utbi ibn Əbu Vakkasdan, o da Saaib ibn Yeziddən, o da atasından gətirir. Hədisin ravi zənciri zəifdir ona görə ki, ravilərin arasındakı Həfsa ibn Xişam naməlum, İbn Lahiyya isə zəif ravidir. (İbn Həcər "Təkrib ət-Təhzib")

Bu hədisin isə çatdırılması 2 məqamın (ravinin) bir-birinin qüvvətləndirməsi baş vermədiyindən (birinci, xüsusilə zəifdir) zəif hesab edilir.

3. "Allaha dua edərkən, əllərinizin ovuc tərəfi ilə edin, əks tərəfi ilə yox, (duanı) qurtardıqdan sonra isə onları üzünüzə çəkin"

Hədis zəifdir: Belə ki, hədisi İbn Macə (1181, 3866), İbn Nəsr "Qiyam əl-Leyl" (səh.137), Təbərani "Əl-Mü`cam əl-Kəbir"(3/98/1) və Əl-Hakim (1/536) Salih ibn Həssəndən, o da Muhəmməd ibn Kaabdan, o da İbn Abbasdan (Allah ondan razı olsun) "mərfu" formada rəvayət etmişdir.
Hədisin sənədi İbn Həssənə görə zəifdir, ona görə ki:
Əl-Buxari (Allah ona rəhmət eləsin) onu hədis çatdırılmasında "muntsar" hesab etmiş;
Ən-Nəsai (Allah ona rəhmət eləsin) demişdir: "O, hədislərdə inanılmış deyil"
İbn Hibban (Allah ona rəhmət eləsin) demişdir: "O müğənni qadınlar saxlayar, musiqiyə qulaq asar və inanılan ravilərin adından uydurma hədislər rəvayət edərdi"
İbn Abi Hatim (Allah ona rəhmət eləsin) özünün "Kitab əl-`İləl"(2/351)ində demişdir:" Mən öz atamdan (Əbu Hatim ər-Razi) bu hədis haqqında soruşdum, cavabında o, belə dedi:"Münkərdir".
İbn Həssəni İsa ibn Meymun möhkəmləndirir (o da hədisi Muhəmməd ib Kaabdan, o da İbn Nəsrdən rəvayət edir), amma bu hal da hədisi qüvvətli etmir. Ona görə ki,
İbn Hibban (Allah ona rəhmət eləsin) onun haqqında belə demişdir:"O, uydurma olan hədislər rəvayət edir"
Nəsai (Allah ona rəhmət eləsin) demişdir:"Etibarlı deyil".

4. Yuxarıdakı hədisin bir başqa versiyasını isə Əbu Davud (1485) və əl-Beyhəqi (2/212) gətirir. Hədisi Abdul Malik ibn Muhəmməd ibn Ayman, o da AbduLLah ibn Yəqub in İshaqdan, o isə naməlum bir kimsədən, naməlum kimsə isə Muhəmməd ibn Kəəbdən belə rəvayət edir:

"Divarları örtməyin! Kim ki, qardaşının məktubuna ondan icazəsiz baxır, elə bilsin ki, Oda baxır! Allaha dua edərlən əllərinizin iç hissəsi ilə dua edin, arxası ilə yox, (duanı) qurtardıqda isə əllərinizi üzünüzdə gəzdirin"

Hədis zənciri zəifdir: Əbu Davud (Allah ona rəhmət eləsin) Abdul Malik ibn Muhəmməd ibn Aymanı zəif ravi hesab etmişdir. Həmçinin naməlum kimsənin İbn Həssən yaxud İbn Meymun olduğu güman edilir ki, bu ravilər haqqında da yuxarıda artıq məlumat verilir.
Həmçinin eyni hədisi Əl-Hakim (4/270) də Muhəmməd ibn Muaviyyədən, o da Masadif ibn Ziyad əl Madinidıb, o da Muhəmməd ibn Kəəb əl-Kuraizdən rəvayət etdiyini gətirir. Əz-Zəhəbi (Allah ona rəhmət eləsin) hədisin bütün zəncirini yoxlamış və qeyd etmişdir ki, Əd-Darkutni (Allah ona rəhmət eləsin) İbn Müaviyyəni yalançı adlandırmışdır, ona görə də hədis uydurmadır.

Beləliklə, aydın olur ki, duadan sonra əlləri üzə sürtmək İslamda olmayan bir əməldir və bu cür etmək bidətdir.

(Əl-Albaninin (Allah ona rəhmət eləsin!) "İrva əl-Ğəlil" (2/178-182) əsəri əsasında


Tarix: 10.04.2013 / 21:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 199 Bölmə: Maraqlı melumatlar
loading...