beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allahı Sevən Tövbə Edər

Dəyərli qardaşım tövbə etdiyini ,Rəbbinə qayıtdığını eşitdim.Allaha and olsun ki bir şeyi itirəndən sonra tapdığımda və evladım dünyaya gəldiyini eşitdiyimdə sevindiyi kimi sevindim.Çünki çoxdandır səni itaət edənlərin səflərində görmürdük.İndi isə sən Rəbbinə qayıtdın.Səni yolunu azmışların yanında axtardıq, indi isə geri döndün.
Xoş gəlmisən ey tövbən ilə dostlarını sevindirən

Allaha and olsun ki sənin qayıdışını göz yaşlarımızla yazsaq belə sənə qarşı insafsız olduğumuz düşünərik.Çünki sənin bu tövbəni və bizi sevindirməni yazmağa nə qələm yetər nədəki qələmə aldığımız sətirlər.
Çünki Uca Allah səni sevib ,onun yoluna dönməyin üçün səni seçib.Nə qədər insanlar var ki, Allah yoluna dönməkdə və ya tövbə etməkdə çətinlik çəkirlər.Sanki tövbə qapıları üzlərinə bağlanmışdır.Amma sən bunlardan deyilsən.Uca Allah sənə tövbə qapılarını açıb,üzün nurlanıb və bizidə sevindirmisən.Bu sətirləri yazanda belə sevincimdəm göz yaşlarımı saxlaya bilmirəm.
Tövbədən əvvəl Allahın ona asi olan bəndəsi idin, indi isə tövbədən sonra artıq Allahın sevimli bəndəsi olmusan.Heç bunu dərk edirsiənmi!
Xoş gəlmisən tövbə ilə bizləri seindirən, qayıdışınla Mələklərin müjdəsini qazanan, onlarıda sevindirən!
Xoş gəlmisən ey üzünə duanın qəbul olunması üçün səmanın qapıları açılan!
Başına tövbə tacını geydirən Uca Allahın lütfünün və mərhəmətinin genişliiyni indi dərk etməyə başladığın üçün sevinc göz yaşları tökən qardaşım.İndi özünü necədə xoşbəxt hiss edirsən.Gəlbin elə geniş və imanla doludur ki,özün özünə deyirsən ki, bu dünyada məndən xoşbəxt insan yoxdur.
Sevincindən tökdüyün göz yaşların isə razılın əlamətidir.Zay etdiyin günlərinə görə peşmanşılıqda çəkirsən.Amma unutma ki , tövbənlə bu andan etibarən Uca Allahın ən sevimli bəndəsinə çevrilmisən və Uca Allah bəlkə səmimiyətinə görə mələklərə əmr edib ki, bu qulum tövbə edib , sevincindən göz yaşları tökür və qulumun adını cənnət əhlinin adı yazılan kitabda yazın.
Səndən xoşbəxt insan dünyada varmı?
Əlbəttə ki yox deyəcəksən.
Gəl sənə bir yaxşı müjdə də verim.Sən bu hədisi bilirsənmi?
Uca Allah qulu tövbədə edəndə sevinir.
Bir anlığa düşün ki nə qədər böyük savab iş görmüsən.
Bilirsən bu nədir?
Uca Allahı sevindirmisən.


Tarix: 13.04.2013 / 16:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 277 Bölmə: Maraqlı melumatlar