Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Malik Bin Dinar Rəvayət Edir:

- "Bir gün bir uşağın yanına
yaxınlaşdım. Uşaq torpaqla oynayır və
gah gülür, gah da ağlayırdı. Ona salam
verim dedim. Nəfsimə ağır gəldi,
fikrimi dəyişdim. Sonra dedim ki, ey nəfs, Allahın Rəsulu (s) böyüklərə də,
kiçiklərə də salam verirdi. Yaxınlaşıb
salam verdim:
- Və aleykəs-salam və rəhmətullahi və
bərəkatuh ey Malik bin Dinar!- deyə
cavab verdi. Təəccübləndim, dedim ki: - Bu günə qədər məni görmədiyin
halda məni necə tanıyırsan?
- Ruhum ruhunla mələklər aləmində
görüşdü." Soruşdum:
- Ağıl ilə nəfs arasındakı fərq nədi?
Dedi: - Sənin mənə salam verməyinə mane
olan nəfsdir, salam verdirən isə ağıldır.
- Dərdin nədir ki, torpaqla oynayırsan?
Dedi:
- Çünki biz ondan yaradıldıq, yenə
ona dönəcəyik. Yenə soruşdum:
- Görürəm ki, onunla oynayarkən gah
gülürsən, gah da ağlayırsan.
- Bəli, Rəbbimin əzabı gözümün
önünə gəlir, ağlayıram. Rəhmətini
xatırlayınca gülürəm. Dedim ki:
- Oğlum sənin nə günahın var ki,
ağlayırsan?
- Elə demə, ya Malik! dedi. Hər zaman
görürəm, anam ocağı yandıranda
böyük odunları kiçik odunlarla alışdırır, ona görə ağlayıram.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 79 Bölmə: Maraqlı melumatlar
loading...