beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dünya qədər sədəqə və zəkat

Döyüşlərin birində Hz.Əli bir kafirlə vuruşur. Kafir mahir döyüşçü oldduğu üçün döyüş bir qədər uzanır.
Nəhayət , Hz.Əli "Ya Allah"deyib kafirə hücum edir və onu götürüb yerə vurur.
Sinəsinə çöküb xəncəri çıxarır ki, öldürsün. Bu vaxt kafir Hz.Əlinin üzünə tüpürür.
O, bunu Hz.Əlini əsəbiləşdirsin, o da onu tez öldürsün deyə eləmişdi.
Hz.Əli dərhal kafirin sinəsindən qalxır. Kafir çaşıb-qalır:
-Ya Əli, mən səni əsəbiləşdirmək üçün üzünə tüpürdüm, sən isə məni öldürəcəyin yerdə buraxdın.
Niyə belə etdin?-deyə soruşur.
Həzrət Əli kafirə belə cavab verir:
-Mən səninlə ancaq Allah rizası üçün vuruşurdum.
Ancaq hərəkətin qəlbimdə sənə qarşı nifrət oyatdı. Səni öldürsəydim, Allah üçün deyil,
nəfsimə həqarətə görə öldürəcəkdim. Buna görə də öldürmədim.
Hz.Əlinin bu sözlərinə heyran qalan kafir müsəlman olacağını deyir
və Həzrət Əlidən İslam dini haqqında soruşur.
Hz.Əli də ona İslamiyyətdən danışır və döyüşçü şəhadət gətirib müsəlman olur.
Allah Rusulu belə buyurur:
"Sənin vasitənlə bir nəfərin müsəlman olması dünya qədər sədəqə və zəkatdan xeyirlidir".


Tarix: 03.06.2013 / 19:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 71 Bölmə: Maraqlı melumatlar