beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hədid Surəsi

Rəhman və Rəhim olan Allahın adı ilə Göylərdə və yerdə olanların hamısı
Allahın şəninə təriflər deyir. O,
Qüdrətlidir, Müdrikdir. (Hədid surəsi /
1) Göylərin və yerin hökmranlığı Ona
məxsusdur. O həm dirildir, həm də
öldürür. O, hər şeyə qadirdir. (Hədid
surəsi / 2) Əvvəl də, Axır da, Zahir də, Batin də
Odur. O, hər şeyi bilir. (Hədid surəsi /
3) Göyləri və yeri altı gündə yaradan,
sonra da Ərşə ucalan Odur. O, yerə
girəni də, oradan çıxanı da, göydən
enəni də, oraya qalxanı da bilir. Siz
harada olsanız belə, O sizinlədir. Allah
sizin nə etdiklərinizi görür. (Hədid surəsi / 4) Göylərin və yerin hökmranlığı Ona
məxsusdur. Bütün işlər ancaq Allaha
qaytarılacaqdır . (Hədid surəsi / 5) O, gecəni gündüzə qatır, gündüzü də
gecəyə qatır. O, kökslərdə olanları
bilir. (Hədid surəsi / 6) Allaha və Onun Elçisinə iman gətirin!
Sizin ixtiyarınıza verdiyi maldan
xeyirxah işlərə sərf edin! Sizdən iman
gətirib mallarından xərcləyənləri
böyük bir mükafat gözləyir. (Hədid
surəsi / 7) Peyğəmbər sizi Rəbbinizə iman
gətirməyə çağırdığı halda, sizə nə olub
ki, Allaha iman gətirmirsiniz? Əgər siz
möminsinizsə, bilin ki, artıq O, sizdən
əhd almışdır. (Hədid surəsi / 8) Sizi zülmətlərdən nura çıxartmaq üçün
Öz quluna açıq-aydın ayələri nazil
edən Odur. Həqiqətən, Allah sizə
Şəfqətlidir, Rəhmlidir. (Hədid surəsi /
9) Sizə nə olub ki, malınızdan Allah
yolunda xərcləmirsiniz? Halbuki göylərin və yerin mirası Allahındır.
Sizlərdən Məkkənin fəthindən əvvəl
xərcləyib döyüşənlər başqaları ilə eyni
deyillər. Onların dərəcəsi mallarını
fəthdən sonra xərcləyib
döyüşənlərdən daha üstündür. Amma Allah onların hamısına ən gözəl olanı
vəd etmişdir. Allah sizin nə
etdiklərinizdən xəbərdardır. (Hədid surəsi / 10) Kimdir o şəxs ki, Allaha gözəl bir borc
versin (Allah yolunda malını yaxşı
işlərə sərf etsin), O da onun üçün
bunu qat-qat artırsın? Onun üçün çox
dəyərli bir mükafat da vardır. (Hədid
surəsi / 11) O gün sən mömin kişilərin və mömin
qadınların nurunun onların
önlərindən və sağ tərəflərindən
yayıldığını görəcəksən. Onlara: “Bu
gün sizin müjdəniz ağacları altından
çaylar axan Cənnət bağlarıdır. Siz orada əbədi qalacaqsınız!” –
deyiləcək. Bu, böyük uğurdur. (Hədid
surəsi / 12) O gün münafiq kişilər və münafiq
qadınlar iman gətirənlərə: “Bir az
gözləyin ki, biz də sizin işığınızdan
alaq” – deyəcəklər. Onlara
deyiləcəkdir: “Geriyə qayıdıb işıq
axtarın!” Onların arasına içəri tərəfində mərhəmət, çöl tərəfində əzab olan
qapılı bir sədd çəkiləcəkdir. (Hədid
surəsi / 13) Münafiqlər onları haraylayıb
deyəcəklər: “Məgər biz sizinlə birlikdə
deyildikmi?” Möminlər deyəcəklər:
“Bəli, lakin siz öz-özünüzü
aldadırdınız, möminlərə bəla üz
verməsini gözləyirdiniz, haqqa şübhə edirdiniz və Allahın əmri gələnədək
xülyalar sizi yoldan çıxartdı. Tovlayan
şeytan Allah barəsində sizi yaman
aldatdı. (Hədid surəsi / 14) Bu gün nə sizdən, nə də kafirlərdən
heç bir fidyə qəbul olunmaz.
Sığınacağınız yer də oddur. Sizə layiq
olan elə odur. Ora nə pis dönüş
yeridir!” (Hədid surəsi / 15) Möminlərin qəlbinin Allahın zikri və
haqdan nazil olan ayələr üçün
yumşalması, daha öncə özlərinə Kitab
verilmiş, uzun bir müddət keçdikdən
sonra isə qəlbləri sərtləşmiş, çoxusu
da fasiq olmuş kimsələr kimi olmaması vaxtı gəlib çatmadımı? (Hədid surəsi /
16) Bilin ki, Allah torpağı onun
ölümündən sonra dirildir. Biz ayələri
sizə izah etdik ki, bəlkə anlayasınız.
(Hədid surəsi / 17) Şübhəsiz ki, sədəqə verən kişi və
sədəqə verən qadınlar və Allaha gözəl
borc verənlər üçün əvəzi qat-qat
artırılacaqdır. Onlar üçün çox dəyərli bir mükafat da vardır. (Hədid surəsi /
18) Allaha və Onun elçilərinə iman
gətirənlər – məhz onlar doğru
olanlardır. Şəhidlər isə öz Rəbbi
yanındadırlar. Onların öz mükafatları
və öz nurları vardır. Kafir olub
ayələrimizi yalan sayanlara gəlincə, onlar Cəhənnəm sakinləridir. (Hədid
surəsi / 19) Bilin ki, dünya həyatı oyun və əyləncə,
bəzək-düzək, bir-birinizin yanında
öyünmək, var-dövləti və oğul-uşağı
çoxaltmaq istəyindən ibarətdir. Bu elə
bir yağışa bənzəyir ki, ondan əmələ
gələn bitki əkinçiləri heyran edir. Sonra o quruyur və sən onun sapsarı
olduğunu görürsən. Sonra isə o çör-
çöpə dönür. Kimisini axirətdə şiddətli
əzab, kimisini də Allahdan bağışlanma
və razılıq gözləyir. Dünya həyatı isə
aldadıcı ləzzətdən başqa bir şey deyildir. (Hədid surəsi / 20) Rəbbiniz tərəfindən bağışlanmağa və
genişliyi göyün və yerin genişliyi
qədər olan, Allaha və Onun elçilərinə
iman gətirənlər üçün hazırlanmış
Cənnətə tələsin. Bu, Allahın lütfüdür,
onu istədiyinə verər. Allah böyük lütf sahibidir. (Hədid surəsi / 21) Yer üzündə baş verən və sizin başınıza
gələn elə bir müsibət yoxdur ki, Biz
onu yaratmamışdan əvvəl o, Yazıda
müəyyən edilmiş olmasın. Şübhəsiz ki,
bu, Allah üçün çox asandır. (Hədid
surəsi / 22) Allah bunu əlinizdən çıxana
kədərlənməyəsin iz və Onun sizə verdiyinə həddindən artıq
sevinməyəsiniz deyə belə izah edir.
Allah heç bir özündən razını, özünü
öyəni sevmir. (Hədid surəsi / 23) O kəsləri ki, özləri xəsislik edir,
insanlara da xəsislik etməyi əmr
edirlər. Kim haqdan üz çevirsə, bilsin
ki, Allah, həqiqətən də, Zəngindir,
Tərifəlayiqdir. (Hədid surəsi / 24) Biz elçilərimizi aydın dəlillərlə
göndərdik və onlarla birlikdə Kitab və
tərəzi nazil etdik ki, insanlar ədalətli
olsunlar. Biz özündə çox böyük
qüvvə və insanlar üçün mənfəətlər
olan dəmiri də endirdik ki, Allah, Onu görmədən Ona və elçilərinə kömək
göstərənləri üzə çıxartsın. Həqiqətən,
Allah Qüvvətlidir, Qüdrətlidir. (Hədid
surəsi / 25) Biz Nuhu və İbrahimi göndərdik,
peyğəmbərliyi və Kitabı onların
nəslinə nəsib etdik. Onların bir qismi
doğru yoldadır, çoxu isə fasiqlərdir.
(Hədid surəsi / 26) Sonra onların ardınca dalbadal
elçilərimizi yolladıq. Sonra Məryəm
oğlu İsanı göndərib ona İncil bəxş
etdik. Onun ardınca gedənlərin
qəlblərinə şəfqət və mərhəmət saldıq.
Rahibliyi isə onlar özlərindən icad etdilər. Biz bunu onlara vacib
buyurmamışdıq. Onlar bunu Allahın
razılığını qazanmaq üçün etdilər, lakin
ona lazımınca riayət etmədilər. Biz
onlardan iman gətirənlərin
mükafatlarını verdik. Onların çoxu isə fasiqlərdir. (Hədid surəsi / 27) Ey iman gətirənlər! Allahdan qorxun
və Onun elçisinə iman gətirin! Onda O
sizə Öz mərhəmətindən iki pay bəxş
edər, sizə düz yolla getməyiniz üçün
nur verər və sizi bağışlayar. Allah
Bağışlayandır, Rəhmlidir. (Hədid surəsi / 28) Beləcə, Kitab əhli bilsin ki, onlar
Allahın lütfündən heç bir şey əldə edə
bilməyəcəklər. Şübhəsiz ki, lütf Allahın
Əlindədir, onu istədiyinə bəxş edər.
Allah böyük lütf sahibidir. (Hədid
surəsi / 29)


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 335 Bölmə: Maraqlı melumatlar