beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uğurlu ticarət

Uca Allah insanı digər məxluqatlardan üstün etmiş, ona danışıq qabiliyyəti vermişdir. Danışıq alətini isə dil etmişdir. Bu əzanı xeyir və şər üçün istifadə etmək mümkündür. Kim dilini xeyir üçün işlədərsə, dünyanın xoşbəxtliyinə, axirətin isə yüksək məqamlı cənnətinə nail olar. Kim dilini şərə sərf edərsə, həm dünyada, həm də axirətdə həlaka düçar olar. Quran oxumaqdan başqa dilin qazanacağı ən gözəl savab əməl Allahı zikr etməkdir.

Allahı zikr etməyin fəziləti:

Bu barədə çoxlu hədislər rəvayət olunmuşdur. Peyğəmbər (s.a.v) demişdir: "Sizə edəcəyiniz ən xeyirli, Rəbbiniz yanında ən pak, dərəcələrinizi yüksəldən, qızıl və gümüş sədəqəsindən, düşmənlə üz-üzə gəlib onlar sizin, siz də onların boynunu vurmaqdan daha xeyirli əməl haqqında xəbər verimmi?" Orada olanlar dedilər: : Bəli, ey Allahın elçisi, söylə. Peyğəmbər (s.a.v)dedi: "Bu, Allahı zikr etməkdir." (Tirmizi).
Peyğəmbərin (s.a.v) digər hədisində deyilir: "Rəbbini zikr edən bəndə ilə zikr etməyən bəndənin timsalı ölü ilə diri timsalındadır." (Buxari).
Həmçinin uca Allah qüdsi hədisdə deyir: "Bəndəm Məni xatırladıqda onun yanında olaram. O Məni zikr etdikdə onunla olaram. Əgər o Məni nəfsində zikr edərsə, mən də onu nəfsimdə xatırlayaram, Məni bir toplum arasında zikr edərsə, Mən də onu daha xeyirli toplumda xatırlayaram, o Mənə bir qarış yaxınlaşarsa, Mən ona bir dirsək yaxınlaşaram." (Buxari).
Başqa hədisdə Peyğəmbər (s.a.v) demişdir: "Mufərridlər önə keçdilər." Orada olanlar: Mufərridlər kimdir, ya rəsulləllah (s.a.v) ? – deyə soruşdular. O dedi: "Onlar, Allahı çox zikr edən kişi və qadınlardır." (Müslim).
Peyğəmbər (s.a.v) səhabələrdən birinə tövsiyə edir və deyir: "Çalış dilin daima Allah zikri ilə islaq qalsın." (Tirmizi). Bu məzmunlu hədislər çoxdur.
Savabların çoxalması: Quran oxumağın savabı çoxaldığı kimi saleh əməllərin savabı da çoxalır. Bu çoxalma aşağıda deyilən səbəblərdən asılıdır: 1. Qəlbdə olan iman, ixlas, Allah sevgisi və bunlardan qaynaqlanan keyfiyyətlərin olması. 2. Dil ilə mücərrəd oxumaq deyil, qəlbi ilə oxunan zikr barəsində fikirləşmək, ona bağlanmaq.
Əgər bu deyilən keyfiyyətlər əldə olunarsa, Allah insanın bütün pis əməllərini silər, tam savab verər. Bu keyfiyyətdə olan nöqsana görə isə oxuduğunun savabı az olar.

Zikrin faydaları:

•Zikr şeytanı qovar, alçaldar və peşman edər. Ər-Rəhman olan Allahı isə razı salar.
•Zikr Allah sevgisini, yaxınlığını, müşahidəsini, qorxusunu, tövbəni və itaətkarlığı hasil edər.
•Zikr qəlbdə olan kədəri, qəmi, qüssəni aparar və fərəhi hasil edər. Qəlbə həyat, güc və paklıq gətirər.
•Qəlbin elə boşluqları var ki, onları Allahın zikrindən başqa, heç nə doldura bilmir. Qəlbin elə sərtliyi var ki, onu Allahın zikrindən başqa, heç nə yumuşalta və əridə bilməz.
•Zikr qəlbin dərmanı, müalicəsi, gücü və əvəzolunmaz ləzzət mənbəyidir. Qəflət isə qəlbin xəstəliyidir.
•Zikrin az oxunması nifaqın, çox oxunması isə iman gücünün və Allah məhəbbətinin sadiqliyinin əlamətidir. Çünki kim birini sevərsə, onu çox xatırlayar.
•Əgər bəndə rahatlıq vaxtlarında zikr ilə Allahı yad edərsə, Allah da çətin günlərində onu yad edər. Ələlxüsus ölümdən qabaq can verən vaxtlarda.
•Zikr Allahın əzabından qurtarmaq, rahatlığın və rəhmətin qazanılması, mələklərin bağışlanma diləməsinə səbəbdir.
•Zikr edən dil qeybətdən, boşboğazlıqdan, nəmmamlıqdan, yalandan və digər bu kimi məkruh və haram əməllərdən uzaq olar.
•Zikr ibadətlərin ən yüngülü, həmçinin ən ali və ən üstünüdür. Zikr cənnətin bağbanıdır.
•Zikr edən heybət, şirinlik və üzündə nur əldə edər. Bu dünyada, qəbirdə və axirətdə nurdur.
•Zikr, onu edənə Allahın və mələklərinin salavatını qazandırır. Uca Allah zikr edənlər ilə mələkləri önündə öyünər.
•Əməl edənlərin ən yaxşıları Allahı daha çox zikr edənlərdir. Oruc tutanların ən yaxşısı oruclu ola-ola Allahı zikr edənlərdir.
•Zikr çətini asanlaşdırır, əlçatmazı yaxınlaşdırır, çətinlikləri yüngülləşdirir, ruzini cəlb edir, bədəni möhkəmlədir.

Faydalı məlumat: Şeyxul İslam İbn Teymiyyə : deyir: "Su balıq üçün nə qədər əhəmiyyətlidirsə, zikr də qəlb üçün bir o qədər əhəmiyyətlidir. Balıq sudan ayrıldıqda nə kökə düşər?"


Tarix: 11.04.2013 / 19:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 408 Bölmə: Maraqlı melumatlar