beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hicabın şərtləri

1) Hicab – dar olmayan, qadının bədənini başdan ayağa örtən, üzündən, əllərindən başqa bədənin hər yerini örtən geyimdir. Allah buyurur: Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və mö’minlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan-ayağa gizlədən) örtüklərini örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir! (Əhzab:59)

Hicabın özü də zinət kimi olmamalıdır, yəni paltarın üstündə bəzəkli naxışlar, cürbəcür rənglər olmamalıdır. çünki bu, naməhrəmlərin onun naxışlı və bəzəkli paltarına baxmasına səbəb ola bilər və onları cəlb edə bilər və elə hicabın özü də zinət kimi olar, halbuki Allah deyir, "zinətlərini gizlətsinlər!".

3) Geyim qalın olmalıdır. Nazik, aydın və ya şəffaf olmamalıdır. Əgər geyim nazik(dar) olarsa, o zaman qadının geyiminin altındakı əzələsi aydın sezilər və bu naməhrəmləri cəlb edə bilər. Peyğəmbər (s.ə.s) demişdir: “Ümmətimin son hissəsində elə qadınlar olacaq ki, onlar geyinmələrinə baxmayaraq çılpaq kimi görsənəcəklər. Onların dəvə hörgüzü kimi hündür saçları var. Lənət olsun onlara, onlar lənətlənmişlər. Onlar cənnətə girməyəcək, qoxusunu da hiss etməyəcəklər. Halbuki onun qoxusu filan-filan məsafədən duyulur” (Səhih Muslim)

4) Hicab ətirli olmamalıdır, çünki bu, naməhrəmlərdə həvəs oyadar və onları şirnikləndirər. Aşağıda bəzi hədislər var ki, ətirli halda çölə çıxmaq qadağandır (haram). Biz onlardan bəzilərini deyəcəyik:

1) Əbu Musa əl-Əşəri rəvayət edir ki, Peyğəmbər (s.ə.s) demişdir: "«Bir qadın gözəl qoxu sürtüb kişilərin arasından keçər və kişilər bu qoxunu duyarlarsa, o qadın zina etmiş kimi sayılır» (əbu Davud, Tirmizi-ədəb, Əhməd ibn Hənbəl, Müsnəd 400-4).
2) Musa bin Yəsardan belə rəvayət edilmişdir: «Gözəl ətir sürtmüş bir qadın keçirdi. Əbu Hureyrə (r.a.) ona: «Ey Cabbarın anası hara gedirsən» — deyə soruşdu. Qadın: «Məscidə» cavabını verdi. O zaman əbu Hureyrə (r.a.): «Evinə dön. Qoxu gedənə qədər yuyun». Çünki, mən Rəsulullahdan (s.ə.s): «Allah təala, sürtdüyü qoxunu ətrafa yayaraq, məscidə gedən bir qadının namazını, evə dönüb yumayana qədər qəbul etməz» dediyini eşitdim. (Səhih Müslim, Əbu Davud, ən-Nəsai).

6) Qadın nə kişi paltarı geyməlidir, nə də geydiyi paltar kişi paltarına bənzəməlidir. Çünki Əbu Hureyrə (r.a.) «Rəsulullah (s.ə.s) kişi paltarı geyən qadını lə'nətləmişdir» — buyurmuşdur (Əbu Davud, Libas 4098). Digər bir hədisdə isə Rəsulullah (s.ə.s) “Allah özlərini qadınlara bənzədən kişilərə və özlərini kişilərə bənzədən qadınlara lə'nət etmişdir” deyə buyurmuşdur.

7) Hicab kafir qadının geyiminə bənzəməməlidir."Hər kim özünü kiminsə tərzinə bənzədərsə, o da onlardan biri olur" (Əbu Davud)
Şəriətdə qeyd edilir ki, müsəlmanlar, qadınlar və kişilər, ibadətlərdə, bayramlarda, həmçinin geyimlərdə özlərini kafirlərə bənzətməməlidir. Bu çox vacib bir məsələdir ki, müasir zəmanədə bu, çox müsəlmanlar tərəfindən edilir. Bu, ya cahillikdən, ya öz arzularından, nəfsindən, ya da müasir Avropanı yamsılamaqdan irəli gəlir. Bu, müsəlmanların qəbul edilməməzliyi və zəifləməsinə səbəb olan amillərdən biridir. Allah buyurur: "...Hər hansı bir tayfa öz tövrünü (nəfsində olanları) dəyişmədikcə (pozmadıqca) Allah onun tövrünü (onda olanları, onun əhvalını) dəyişməz..." (ər-Rəd, 11)

8) Paltar şöhrətpərəstlik paltarı olmamalıdır.

İbn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Kim ki, bu dünyada şöhrət, məşhurluq üçün paltar geyinərsə, Allah onu Qiyamət günü hörmət salan bir paltar geyindirtdirəcək"


Tarix: 05.05.2013 / 15:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 191 Bölmə: Maraqlı melumatlar