beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ISLAMDA ORUC

Oruç tutmaq yalnız müsəlmanlarda deyil, bir çox dinlərdə vardır.

Amma yalnız müsəlmanlar Ramazan ayında oruc tuturlar və bunun da öz qaydaları və xüsusiyyətləri vardır.

İslamda oruc tutmağın dörd növü var:



1.Vacib oruc
2.Müstәhәb oruc
3.Mәkruh oruc
4.Haram oruc

Vacib oruc:
Vacib oruc aşağıdakılardır:

1.Mübarәk Ramazan ayının orucu
2.Kәffarә orucları
3.Tәmәttö hәccindә qurbanlıq әvәzinә tutulan oruc
4.Nәzir vә әhd etmәk, hәmçinin and içmәk vasitәsi ilә vacib olmuş oruc
5.Vacib orucun qәzasında tutulan oruc

Müstәhәb oruc:
Müstәhәb oruclara aşağıdakılar aiddir:

Ümumiyyәtlә, oruc tutulması haram (vә mәkruh) olan günlәr istisna olmaqla, ilin bütün günlәrindә oruc tutmaq müstәhәbdir. Bununla belә, bәzi günlәr var ki, hәmin günlәrdә oruc tutmaq daha çox tәkid edilmişdir. Hәmin günlәr aşağıdakılardır:
1.Hәr ayın ilk cümә axşam
2.Hәr ayın son cümә axşamı
3.Hәr ayın ikinci ongünlüyündәki ilk çәrşәnbә
4.Qәdir-xum bayramı günü
5.Mübahilә günü. (Mübahilә Peyğәmbәrlә (s) xristian başçılarının bir-birinә nifrin etmәsi günüdür)
6.Besәt bayramı günü (Besәt Hәzrәt Mühәmmәdin (s) peyğәmbәrliyә seçildiyi gündür. 27 rәcә
7.Hәzrәt Peyğәmbәrin (s) anadan olduğu gün (17 rәbbiül-әvvәl)
8.Dәhvül-әrz günü. (Dәhvül-әrz Yer kürәsinin Kәbә evinin altından әrsә çıxması günüdür
9.Aşura günü matәm niyyәti ilә
10.Ərәfә günü (9 zil-hәccә. Əlbәttә bu gün Ərәfә çölündә olmayan şәxslәrә aiddir. Əgәr Ərәfә çölündә olan şәxslәrin oruc tutması onların narahat olaraq hәmin günün әmәllәrindәn mәhrum olmaları ilә nәticәlәnmәzsә, onlar üçün dә müstәhәbdir)
11.Zil-hәccә ayının ilk günü
12.Rәcәb ayının bütün günlәri
13.Şәban ayının bütün günlәri
14.Rәcәb vә şәban aylarının 13, 14 vә 15-ci günlәri
15.Bütün cümә axşamları
16.Bütün cümә günlәri

Mәkruh oruclar
Oructutulması mәkruh olan günlәr bunlardır:

1.Ərәfә günü (9 zil-hәccә) Ərәfә çölündә olan şәxslәrin oruc tutması onlara zәiflik gәtirib bu günün әmәllәrindәn mәhrum olacaqları tәqdirdә mәkruhdur.
2.Qonaqlığa dәvәt olunmuş şәxsin oruc tutmas.
3.Zil-hәccә ayının girişi mübahisәli olarsa, bunun nәticәsindә Ərәfә günü (9 zil-hәccә) ilә Qurban bayramı (10 zil-hәccә) tam müәyyәn olmadığından Ərәfә günü oruc tutmaq mәkruhdur.


Haram oruclar
Haram oruclar aşağıdakılardır:


1.Fitr (Ramazan) bayramı günü
2.Qurban bayramı günü
3.Hәcc ziyarәtinә gedib Zil-hәccә ayının 11, 12 vә 13-cü günlәri Minada olan zәvvarlara oruc tutmaq haramdır.
4.Şәban ayının 30-cu günü mübarәk Ramazan ayının girişi ilә qarışıq düşәrkәn hәmin günü
5.Ramazan ayının orucu niyyәti ilә oruc tutmaq haramdır.
6.Günah iş xatirinә nәzir (әhd) orucu tutmaq haramdır.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 229 Bölmə: Maraqlı melumatlar