beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cennet Nemetleri

Revayet olunur ki: Resulallahin (s) soylediyine gore Cennet ehli Cennete daxil olsa, oz emelleri sayesinde ora daxil olacaqlar. Sonra her cume gunu onlara Reblerinin huzuruna cixmaq imkani verilecekdir. Bu zaman Allah onlara Oz ersini gosterecek, Cennet bagcalarindan biri onlarin qarsisina cixarilacaqdir. Bundan sonra Allahin gorusune gelenler ucun nurdan, qizildan ve gumusden minberler qoyulacaq, onlarin tebeqece en asagida olanlari ise musk ve kafurdan olan qumsal tepeler uzerinde eylesecek ve kursu sahiblerinin yerinin onlarin yerinden daha yaxsi olduqlarini gormeyecekler. Allah Teala onlara bir-bir deyecekdir: - Ay filankesin oglu filankes! Filan gunu xatirlayirsanmi? Bu zaman onun dunyada tutdugu pis islerden bezileri onun gozleri onune getirilecek ve qul acizane bir terzde: - Ya Rebb, Meger sen meni bagislamadinmi? - deye Rebbine muraciet edecekdir. Allah da: - Elbette, bagislamisdim. Ele menim megfiretimin genisliyi seni bu yere getirib cixarmisdir, - deye cavab verecekdir. Ele bu arada onlarin uzerini bir bulud alacaqdir ve bu buluddan ele bir etir yagacaq ki, orada olanlar hec vaxt onun qoxusu kimi ikinci bir qoxu duymamis olacaqlar. Bu zaman Ulu Tanrimiz bendelerine deyecekdir: Qalxin! Menim sizler ucun Oz sexavetimden bir pay olaraq hazirladigim nemetlere dogru gedin ve istediyinizi goturun! Cennet ehli her terefden meleklerin dovreye aldigi bir bazara gedecek. Orada ele nemetler olacaq ki, hec vaxt ne gozler onlari gormus, ne qulaqlar onlar haqda duymus, ne de beyinler bu barede dusunmusdur. Onlar ne satilacaq, ne de alinacaqdir. Her kese ureyinden kecen verilecek. Bu bazarda Cennet ehli bir-biri ile qarsilasacaqdir. Yuksek qatda olan kisi ozunden asagi qatda yer alanla qarsilasdigi zaman onun eynindeki libasi gorer-gormez diksinecek ve son derece heyran olacaqdir. Onunla sohbetini yekunlasdirmamis qarsisindaki asagi qatin sakininin ondan daha gozel ve ustun oldugunu dusunecekdir. Bu da ona goredir ki, orada hec kes asagi qatda olduguna gore uzulmemelidir. Sonra evlerine qayidacaglar. Qapida xanimlari onlari qarsilarken teeccuble: Salam, xos geldin. Amma getdiyinden daha gozel bir veziyyetde qayitdin - deyecekler. Onlar bele cavab verecek: Biz bu gun Rebbimizin huzurunda Onunla hemsohbet olmusuq. Ona gore de bu cur donmeye haqqimiz da var. Son! ALLAH HER BIR MUSELMANA QISMET ELESIN NEIM CENNETLERINI! AMIN!


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 329 Bölmə: Maraqlı melumatlar