Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QURANın Elmi Möcüzələri. İsti Tüstüdən Yaradılış..

Bu gün alimlər ulduzların isti qaz buludundan meydana gəldiyini bildirirlər. Isti qaz kütləsindən meydana gəlmək həm də kainatın yaradılması ilə əlaqədardır. Kainatın yaradılışı barədəki bu elmi kəşfləri Quran da təsdiq edir:



“O, yer üzündə möhkəm durmuş dağlar yaratdı, onu bərəkətli etdi və istəyənlər ücün bərabər olaraq orada yer əhlinin ruzisini dörd gündə müəyyən etdi. Sonra ALLAH tüstü halında olan göyə üz tutdu. Ona və yerə belə buyurdu” “İstər-istəməz vücuda gəlin!” Onlar da “İstəyərək vücuda gəldik!” deyə cavab verdilər.” (Fussilət surəsi, 10-11)



Bu ayədə qeyd edilən “tüstü” ifadəsi ərəb dilində “duxan” kəlməsi şəklindədir. Bu kəlmə adı Quranda çəkilən isti bir kosmik tüstünü ifadə edir. Qatı maddələrə bağlı uçan kiçik hissələri ehtiva edən, isti qaz halında bir kütlə olan bu tüstü forması Quran ayəsinə tam uyğun gəlir. Bəlli olduğu kimi, Quranda kainatın bu mərhələdəki görünüşünü təsvir edən ən münasib sözdən istifadə olunub. Alimlər isə kainatın tüstü halındakı isti bir qaz kütləsindən əmələ gəldiyini yalnız XX əsrdə kəşf edib. Kainatın yaranması haqqındakı bu məlumatın ilk dəfə Quranda bildirilməsi şübhəsiz ki, Quranın elm sahəsindəki növbəti möcüzəsidir.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 44 Bölmə: Maraqlı melumatlar
loading...