beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İNSANLARLA XOŞ DANIŞMAQ VƏZİFƏSİ

Dəyərli əxlaq alimi Ustad Ənsarianın nəzərlərinə əsasən)

Çox həssas olan dil kiçik üzv olaraq, böyüklük və əzəmətin nişanəsidir. Dil - ya nicat, ya da insanın dünya və axirətdə fəlakətinə səbəb olan amildir. Dil - ailə və cəmiyyəti həm sakitləşdirə bilər, həm də ailənin, millətin sakitliyini poza bilər. Dil insanları islah da edə bilər, abır-həyalarını qoruya da bilər, onların abır-həyasını apararaq, sirlərini aşkar da edə də bilər.

Quran bütün insanları, xüsusilə də iman sahiblərini dəvət edir ki, insanlarla xoş danışınlar. Quran ayələrindən başqa, Peyğəmbər (s) və İmamlarımızdan (ə) bizə çatan hədislərdə də dilin əhəmiyyəti haqda çox sayda hədislər gəlmişdir ki, onları toplasalar, kitab şəklində ola bilər. Əmirəl-möminin (ə) buyurur: “Dil - insanın tərəzisidir” (yəni hər bir insan öz dilinin vəziyyətinə görə qiymətləndirilər). Həzrət Peyğəmbər (s) dilin gətirə biləcəyi fəsadlar barədə buyurur: “Ey Allah! Elə bir əzaba düçar etmisən ki, başqa bədən üzvlərini bu cür əzaba düçar etməmisən. Ona deyilər: “Bu kəlmə səndən çıxdı və yer üzünün şərqinə və qərbinə çatdı. Bu kəlməyə görə möhtərəm qan tökülmüşdür. Möhtərəm mal qarət edilmişdir. Möhtərəm abır-həya aradan getmişdir”.

Həzrət Əli (ə) buyurur: “O qədər insanlar olub ki, dilləri onları həlak edibdir”.

Gündüz və gecə və hər bir halda insan düşünərək danışmalıdır. Allaha və Qiyamətə diqqət etməlidir. O cür olmamalıdır ki, dil insanı günaha batırsın və onun vurduğu xəsarəti aradan qaldırmaq mümkün olmasın.

İmam Cəfər Sadiq (ə) buyurur: “Mömin olanlar və olmayanlarla xoş və yaxşı danışın. İnsanlarla danışığınız yaxşı, bəyənilmiş və məntiqli olmalıdır. Möminlərlə şən və gülərüzlə danışmaq lazımdır. Müxaliflər ilə isə elə danışmaq lazımdır ki, onlar imana gəlsinlər. Əgər imana gəlməsələr, onların şərindən amanda olmaq lazımdır”. Sonra Həzrət buyurur: “Allahın düşmənləri ilə mehribanlıq etmək - insanın özünə və iman qardaşlarına etdiyi ən yaxşı sədəqədir”.

Həzrət İmam Baqir (ə) Quran ayəsinin (“Və qulu linnəsi husna”) təfsirində buyurmuşdur: “İnsanlarla elə danışın ki, siz də başqalarının sizinlə o cür danışmağını istəyirsiniz. Çünki o insanlar ki, əhli iman və möhtərəm insanlarla danışanda lənət edirlər, məzəmmət edirlər və tənə vururlar - Allah onlara qarşı kin və qərəzi vardır”.

Allahın Rəsulu (s) buyurur: “Hər bir Adəm övladının sözləri onun ziyanınadır, onun xeyrinə deyildir. Ancaq əmr-be-məruf, nəhy əz minkər və Allahı zikr etməkdən başqa”.

“Bəqərə” surəsinin 83-cü ayəsində deyilir: “Allahdan qeyrisinə ibadət etməyin, ata-analarınıza, yaxın qohumlarınıza, yetimlərə və yoxsullara ehsan edin, insanlarla xoş danışın, namaz qılın və zəkat verin”.

İnsanlarla, qohumlarla, yetimlərlə xoş danışmaq - mənəvi gözəllikdir. Tarix göstəribdir ki, Peyğəmbərlər, İmamlar, övliyalar, həqiqi iman əhli daima xoş rəftar, gülərüz və xoş danışan olublar. Allahın Rəsulu (s) və İmamlarımız (ə) insanları daima xoş və məntiqi danışığa dəvət ediblər. Onların ardıcılı olmaq istəyən bizlər də gərək dilimizə hakim olaq, danışanda düşənərək, danışaq və insanlarla məntiqi dillə danışaq, xoş ünsiyyət bağlayaq. Axı biz müsəlmanıq!

Hazırladı: Məşhədi Xanım,


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 80 Bölmə: Maraqlı melumatlar