beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

GÜNAHLAR

Həmd ancaq Allahadır, Ona həmd edir, Ondan yardım və məğfirət diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa, heç kəs onu hidayətə yönəldə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur. O, təkdir, şəriki də yoxdur və şəhadət edirəm ki, Muhəmməd onun qulu və elçisidir.

«Ey iman gətirənlər! Allahdan lazımınca qorxun. Yalnız müsəlman olduğunuz halda ölün». (Ali-İmran 102).
«Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun. (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən qorxun. Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir». (ən-Nisa 1).
«Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz) Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar». (əl-Əhzab 70-71)- (1)
Şübhəsiz ki, sözlərin ən doğrusu Allahın kəlamı, yolların ən xeyirlisi Muhəmməd - səllallahu aleyhi və səlləm - in yoludur. Əməllərin ən pisi sonradan uydurulanlardır. Sonradan uydurulub dinə salınan hər bir əməl (iş) bir bidətdir, hər bir bidət isə bir zəlalətdir (sapmaqdır), hər bir zəlalət isə oddadır.(2)
«Ey Rəbbim! köksümü açıb genişlət, işimi yüngülləşdir, dilimdəki düyünü aç ki, sözümü yaxşı anlasınlar». (Ta ha 25–28).
Möhtərəm müsəlman bacı və qardaşlarım! İlk öncə hamınızı Allahın salamı ilə salamlayıram. Allahın kitabına və Rəsulullah - səllallahu aleyhi və səlləm – in yoluna uyaraq öz risaləmi «Bismilləh» ilə başlayıram. Çünkü Allah Rəsulu - səllallahu aleyhi və səlləm - də öz məktublarını «Bismilləh» ilə başlamış və buyurmuşdu: «Hər mühüm bir işə «Bismilləh» ilə başlanılmazsa, o işin sonu kəsikdir»(3)
Ən-ənəmizə sadiq olaraq Uca və Böyük olan Allahın izni ilə Əhli Sünnə vəl Cəmaat, Sələfi Salihin əqidəsi ilə bağlı olan kitabları toplamağa davam edirik. İnşəallah bu kitabımızda İslam və İmanın ziddi olan, bəndənin Tövhidini dağıdan, naqisləşdirən şirk, bidət, küfr, nifaq, böyük və kiçik günahlar, gündəlik həyatımızda qarşılaşdığımız, lakin biganə yanaşdığımız məkruhlar (bəyənilməyən) əməllər, haramlar, qadağalar haqqında danışacağıq. Kitabın adı barəsində çox düşündüm. Lakin sonda belə qərara gəldim ki, adını NƏHYİ ANİL MUNKƏR – QADAĞALARDAN ÇƏKİNMƏK (4) – deyə adlandırdım. Çünki kitabın özü də bu mövzu üzərində qurulmuşdur. Quran və Sünnə, Allah və Rəsulu tərəfindən qadağan edilmiş, bizlərə çəkinməyi əmr etdikləri məsələlər barəsində danışacağıq. Sözsüz ki, bütün qadağaları bu kitabda toplamaq mümkün deyildir. Lakin mən çalışdım ki, bu kitabda gündəlik həyatımızda qarşılaşdığımız (sözlərdən və əməllərdən) ibarət olan qadağaları qeyd edim. Çünki Allah Rəsulu bizlərə qadağalardan çəkinməyi əmr edərək buyurur: «Sizə nəyi qadağan edirəmsə ondan uzaq olun, nəyi sizə əmr etmişəmsə ondan bacardığınız qədər istifadə edin…» . Allahın Rəsulu bizlərə əmr etdiyi şeyləri bacardığımız qədər yerinə yetirməyi buyurmuşdur. Lakin qadağalara gəldikdə isə onlardan uzaq durmağımızı (bir-başa çəkinməyimizi) əmr etmişdir. Uca və Böyük olan, ƏL-VƏHHƏB olan Allahdan bu kitabı İslam ümməti, Muhəmməd ümməti üçün xeyirli və faydalı olmasını diləyirəm. Amin! Allah sizin Amin deməyinizi də qəbul etsin!
Bu baxımdan da mən bu kitabı topladım. Bu kitabı yazmaq, toplamaq üçün Quran və Sünnəyə uyaraq və İslamın elm adamlarının əsərlərindən geniş istifadə edərək Allahın izni ilə əlimizdəki bu kitabın yazılmasına nail oldum. İlk növbədə Allahdan bu çalışmamın dolğun, düzgün şəkildə yazıb başa çatdırılmasını diləyirəm. Allahdan əməlimi onun üçün ixlaslı olmasını, məndən qəbul edib onunla müsəlmanları faydalandırmasını diləyirəm. Əgər hardasa xəta etmişəmsə bu nəfsimdən və şeytandandır. Burada düzəldilməsi mühüm olan yerləri tapdıqdan sonra mənə öyüt-nəsihət verməkdən çəkinməyəcəyinizi ümid edirəm.
Güvəndiyim Allahdır, işlərimi ona həvalə edirəm və ona arxalanıram. Həmd və nemət yalnız onadır. Müvəffəqiyyət bəxş edən və xətalardan qoruyan da odur. «Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O şəfa verir. Məni öldürəcək, sonra dirildəcək də Odur və Qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur! Ey Rəbbim! Mənə hikmət bəxş et və məni salehlərə qovuşdur! Sonra gələnlər arasında mənə yaxşı ad qismət et! Məni Nəim Cənnətlərinin varislərindən et». (əş-Şuəra 78-85).
Allahın salat və salamı onun Peyğəmbəri Muhəmməd - səllallahu aleyhi və səlləm - ə, onun ailə üzvlərinə, səhabələrinə və Qiyamətə qədər onun yolu ilə gedən saleh möminlərin üzərinə olsun.

(1) XUTBƏTUL-HACƏ - adı ilə məşhur olan bu duanı, cümə və s. xütbələrdə Peyğəmbər - səllallahu aleyhi və səlləm - oxumuşdur. Səhabələrinə də bunu əmr etmiş və özü də onları öyrətmişdir. Hədisin ilk hissəini bizə: – Əhməd 1/392-393,432, Əbu Davud 2188, Tirmizi 1105, Nəsəi 3/104-105, 6/69 və «Əməlul Yəum vəl Leyl» 488, İbn Məcə 1892, Darimi 2202, Tayalisi «əl-Musnəd» 1557, Abdurrazzaq «əl-Musənnəf» 10449, Bəzzar «əl-Musnəd» - Kəşful Əstar 1/314, Əbu Yəla «əl-Musnəd» 5233-5234,5257, Tahavi «Şərhul Müşkilil Asar» 1-3, Təbərani «Məcmuul Kəbir» 10/10079-10080, Həkim «əl-Mustədrək» 2744, Beyhəqi «Sünnənul Kubra» 3/214-215, Bəğavi «Şərhus Sunnə» 2268 İbn Məsud - radıyallahu anhu – yolu ilə, Müslim «Şərhu Nəvəvi» 6/156-158, Əhməd 1/302,350, Nəsəi 6/89-90, İbn Məcə 1893 və Tahavi «Şərhul Müşkilil Asar» 4 İbn Abbas - radıyallahu anhu – yolu ilə, Tahavi «Şərhul Müşkilil Asar» 5, Beyhəqi «Sünnənul Kubra» 3/215 Nubeyt b. Şərit - radıyallahu anhu – yolu ilə, Əbu Yəla «əl-Musnəd» 7221, Nəsəi «Sünnənul Kubra» bax: «Tuhfetul Əşraf» 6/472 ? 9148 əbu Musa əl-Əşari - radıyallahu anhu – yolu ilə.

(2) Hədisin ikinci hissəsini – Müslim «Şərhu Nəvəvi» 6/153-156, Əhməd 3/319,371, Nəsəi 3/188-189, Beyhəqi «Sünnənul Kubra» 3/214 Cabir b. Abdullah - radıyallahu anhu – yolu ilə. Bu ləfz Nəsainin ləfzidir. Hədisi Əhməd 3/371 və Müslim: «Sözlərin ən doğrusu» ləfzi yerinə: «Sözlərin ən xeyirlisi» ləfziylə rəvayət edilmişdir. İmam Əhmədin digər rəvayətlərində isə 3/319: «Sözlərin ən gözəli» şəkilindədir. Müslim: «Sonradan uydurulub dinə salınan hər bir əməl (iş) bidətdir» ləfzi yerinə: «Hər bir bidət bir zəlalətdir (sapıqlıqdır)» ləfziylə ravayət etmişdir. Hədisin sonunda olan: «Hər bir zəlalət isə oddadır» ləfzini zikr etməmişdir. Bu beş səhabədən başqa hədsi: Aişə - radıyallahu anhə –, Səhl b. Sad - radıyallahu anhu – mərfu olaraq. Hədis səhihdir. Muhəddis Muhəmməd Nəsrəddin əl-Albani – rahmətullahi aleyhi – hədisin bütün rəvayətlərini bir yerə toplayaraq «Xutbətul Həcə» isimli bir kitab yazmışdır. İstəyənlər bu kitaba baxa bilərlər. Ayrıca bax: əl-Albani «Muxtəsər Səhih Müslim» 409, «Mişkətul Məsabih» 3149,5860.

(3) Əbu Davud

(4) MƏRUF VƏ MUNKƏR – İbn Əsir – rahmətullahi aleyhi – deyir ki: «Məruf – Allaha ibadət, itaət olaraq bilinən, Ona yaxınlığa səbəb olan və insanlara yaxşılıq olan hər bir şeyi özündə əhatə edən isimdir. Şəriətin gözəl görüb və edilməsinə sövq edən hər bir şey də buna daxildir. Munkər isə bütün bunların ziddidir». İbn Əsir «Nihayə fi Ğaribil Hədis vəl Əsər» 3/216. İbnul Covzi – rahmətullahi aleyhi – deyir ki: «Məruf – Allaha itaət olan şeylərdir, munkər isə üsyan olanlardır». İbnul Covzi «Zədul Məsir» 1/435. İsfəhani – rahmətullahi aleyhi – deyir ki: «Məruf ağılla və şəriətlə gözəlliyi bilinən hər bir işdir. Munkər isə ağılla da, şəriətlə də çirkinliyi bilinən işlərdir». İsfəhani «Mufrədat fi Ğaribil Quran» A-R-F maddəsi. Şovkani – rahmətullahi aleyhi – deyir ki: «Bir şeyin məruf və ya munkər olduğuna Kitab və Sünnə dəlildir». Şovkani «İrşadul Fuhul s. 71. «Siz insanlar üçün zahirə çıxarılmış ən yaxşı ümmətsiniz. (Onlar) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız». (Ali İmran 110). Bu ayə İslam ümmətinin üç vəsfini: Yaxşılığı əmr, qadağalardan çəkindirmək və Allaha iman. Bu bütün Peyğəmbərlərin (Allah onlardan razı olsun) göndərilmələrinin məqsədidir – «Kitab əhli içərisində düzgün, sabitqədəm bir cəmaat vardır ki, onlar gecə vaxtları səcdə edərək Allahın ayələrini oxuyurlar. Onlar Allaha, axirət gününə inanır, (insanlara) yaxşı işlər görməyi əmr edir, (onları) pis əməllərdən çəkindirir və xeyirli işlər görməyi tələsirlər. Onlar əməlisaleh şəxslərdəndirlər». (Ali İmran 113-114). İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Yaxşılığı əmr edib, pislikdən çəkindirmək Allahın kitablarını, göndərdiyi peyğəmbərlərin əsas məqsədidir və o dinin özüdür». İbn Teymiyyə «Yaxşılığı əmr edib, pislikdən çəkindirmək» risaləsi s. 25. Rəşid Rza – rahmətullahi aleyhi – deyir ki: «Peyğəmbərlərin və Saleh Sələfin yolu xeyirə əmr və pislikdən çəkindirməyə söykənir». Təfsirul Mənar 4/32. «(Xalqı) Allaha tərəf çağıran, yaxşı iş görən və: Mən müsəlmanlardanam! Deyən kəsdən daha gözəl danışan kim ola bilər». (əl-Fussilət 33). «Onlar özlərinə verilən öyüdü unutduqları zaman biz də (onları) pislikdən çəkindirənlərə nicat verdik, zülm edənləri isə itaətdən çıxdıqları, günah işlədikləri üçün şiddətli bir əzabla məhv etdik». (əl-Əraf 165). «Allah Ona (öz dininə) yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən Allah yenilməz qüvvət və qüdrət sahibidir! O, kəslər ki, onları yer üzündə yerləşdirsək namaz qılar, zəkat verər, (insanlara) yaxşı işlər görməyi əmr əmr edib, pis işlər görməyi qadağan edərlər». (əl-Həcc 40-41). «Mömin kişilər və mömin qadınlar bir-birinə dost, hayandırlar. Onlar (insanlara) yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edərlər». (ət-Tövbə 71). Peyğəmbər – sallallahu aleyhi vəs səlləm – buyurdu: «Yaxşılığı əmr edib, pislikdən çəkindirmək sədəqədir». Müslim 720. Alimlərdən bəziləri yaxşılığı əmr edib pislikdən çəkindirməyi fərzi kifayə saymışlarsa, digərləri bu əməli fərzi ayn saymışlar. Hər iki tərəfin də dəlilləri eynidir: «(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir cəmaat olsun! Bunlar həqiqətən nicat tapmış şəxslərdir». (Ali İmran 104). Ayədə gələn MİN kəliməsi bəzilərinə görə hamını əhatə edir, bəzilərinə görə isə bir qrup dəvət edərsə, digərlərinin üzərindən bu məsuliyyət götrülür. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Bu əmr fərzi kifayədir. Bir qrup bunu etməzsə, bunu etməyə gücü çatan hər kəsə fərzi ayn olur». İmam Nəvəvi – rahmətullahi aleyhi – deyir ki: «Bəzən yaxşılığı əmr edib, pislikdən çəkindirmək fərzi ayn ola bilər. Necə ki, bir kimsənin özündən başqa kimsənin bilmədiyi bir xüsusun edildiyi bir yerdə olarsa və ya durumu ondan başqa heç kəs düzəldə bilmirsə. Bir kimsənin xanımını, uşağının, köləsinin bir munkəri edərkən görməyi bu qəbildəndir». Müslim şərhi 1/255. Peyğəmbər – sallallahu aleyhi vəs səlləm – buyurdu: «Sizdən kimsə bir münkər görərsə onu əli ilə dəyişdirsin. Əgər gücü çatmazsa dili ilə, buna da bacarmadıqda qəlbi ilə (dəyişdirsin). Bu isə imanın ən zif mərtəbəsidir». Müslim 49. MƏRUF VƏ MUNKƏRİN ŞƏRTLƏRİ – 1. Müsəlman olmaq, həddi buluğa çatmaq və ağlı başda olmaq. 2. Qüdrət, yəni gücün olması. 3. Elmin olması. Munkəri dəyişdirməyin birinci dərəcəsi: Əl ilə dəyişdirmək. Bu iş yalnız və yalnız əmr sahiblərinə, idarəçilərə aiddir. İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm – buyurdu: «Hər biriniz çobansınız (başçısınız) və hər birinizdə əli altında olanlardan məsuldur. Dövlət başçısı çobandır və əli altında olanlardan məsuldur. Kişi öz ailəsində çobandır (başçıdır) və ailəsində olanlara görə məsuldur. Qadın ərinin evində çobandır (başçıdır) və (evinə və uşaqlarına) görə məsuldur. Qulluqçu da çobandır (başçıdır) və öz ağasının malını qorumaqla məsuldur. (Ən nəhayət) isə sizlərdən hər biriniz çobansınız (başçısınız) və hər biriniz də öz əli altında olanlardan cavabdehdir» . İkinci dərəcəsi: Dil ilə dəyişdirmək. Qurtubi – rahmətullahi aleyhi – deyir ki: «Mərufla əmri əl ilə etmək idarəçilərə, dil ilə etmək alimlərə, qəlb ilə etmək zəiflərə, yəni ümumi müsəlmanlara aiddir». Üçüncü dərəcə: Qəlb ilə dəyişdirmək. Munkərin əl və dil ilə dəyişdirilməsi istər fərzi ayn olsun, istər fərzi kifayə güc və imkana görədir. Lakin mukəri qəlb ilə dəyişdirilməsinə gəlincə isə bu durum nə olursa olsun fərzi ayndır. Mərufu məruf olaraq bilməyən, munkəri də rədd etməyən bir qəlb imandan boş, xaraba bir qəlbdir. İbn Məsud – radıyallahu anhu – deyir ki: «Mərufu qəlbi ilə məruf olaraq bilməyən və munkəri munkər olaraq tanımayan həlak oldu». MƏRUF VƏ MUNKƏRİ ƏMR EDƏN İNSANDA OLAN ŞƏRTLƏR – 1. Ədalət. 2. Səbrli olmaq (yumşaq davranmaq). 3. İdarəçinin izni. 4. Hikmətli olmaq. 5. İxlaslı olmaq. 6. Təvəzökarlıq. 7. Munkəri dəyişdirmək yalnız açıq və bilinən bir munkər olmasını əhatə edir. Yoxsa kimsə sirlərini araşdırmaq, günahlarını üzə çıxarmaq deyildir. İbnul Nahhas deyir ki: «Kim niyyətini xalis Allah üçün edərsə onun sözü qatı qəlblərə təsir edər və onu yumşaldar, dilləri bağlayar və sultanın əlini tutar». Tənbihul Ğafilin s. 56.


Tarix: 15.04.2013 / 19:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 567 Bölmə: Maraqlı melumatlar