Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MÜSƏLMANLARIN GERİDƏ QALMAQLARININ MÜHÜM AMİLLƏRİ

(İslami saytlara əsasən)

Vəhdət düşüncəsi Qurani-Kərimdən götürülmüş ali düşüncələrdəndir ki, agah və ayıq alimlər üçün fikri münaqişəyə çevrilmişdir. Filosoflar bu ünsürün cəmiyyətdə yoxluğunu müşahidə edir və buna görə müsəlmanların əziyyət çəkməsindən narahat olurlar. İslamın görkəmli alimlərindən olan Şəhid Mütəhhəri yazır: “Bu gün İslam müsibətlərindən ağlamalı olduğumuz və İslam faciəsi üçün qan tökməli olduğumuz müsibət və faciə həmin budur (vəhdət)”.

Vəhdətin tərifi

Vəhdətin mənası İslam ümmətinin daxili ittihadıdır. Bu, İslam məzhəblərinin və əqidələrinin vahid olması mənasında deyildir. Kəlam və fiqh əqidələrinin görüşmə meydanı elmi meydandır. İslam dünyasının vəhdəti dedikdə isə əməl meydanındakı ittihad nəzərdə tutulur.

Ayətullah Təsxiri bu sözün tərifində yazır: “İslam vəhdəti ibarətdir: İslamın müştərək üsulları əsasında İslam məzhəbi ardıcıllarının həmkarlığı və qarşılıqlı yardımı, İslam ümmətinin ali hədəflərinin həyata keçməsi üçün vahid əməl, İslam düşmənləri qarşısında vahid mövqe tutmaq və hər bir müsəlmanın öz məzhəbinə qəlbən və əmələn ehtiram göstərməsi”.

Quran münaqişəni qadağan edir

Bu gün heç kimdən gizli deyildir ki, müsəlmanların geri qalmaqlarının və fəlakətlərinin ən mühüm amili onların arasında olan münaqişədir. Qurani-Kərim buyurur: “Allah və onun Peyğəmbərinə itaət edin və bir-birinizlə çəkişməyin! Yoxsa zəifləyib gücdən düşərsiniz. Səbir edin! Şübhəsiz ki, Allah səbir edənlərlədir”. (“Ənfal” 46).

Bu ayənin izahata ehtiyacı yoxdur, belə ki, cəmiyyətdə vəhdət olmasa, həmin cəmiyyət zəifləyər və süst düşər. Düşmən də bu anı izləyir.

Quran ittihada əmr edir

Quran buyurur: “Hamılıqca Allahın ipinə əl atın! (Allahın hökmlərinə əməl edin!). Parçalanmayın və Allahın sizin barənizdə bir-birinizlə düşmən ikən qəlbləriniz arasında ülfət yaratdığı zamandakı nemətini xatırlayın ki, Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Həmçinin siz od uçurumunun astanasında idiniz, sizi ondan xilas etdi. Allah Öz (tövhid, qüdrət və hikmət) nişanələrini sizin üçün bu cür bəyan edir ki, bəlkə hidayət olasınız”. (“Ali-İmran”, 103).

İslam dünyasının mühüm məsələsi

Ayətullahul-üzma Xameneyi cənabları vəhdət haqqında buyurur: “Bu gün bizim nəzərinimizə görə İslam dünyasının ən mühüm məsələsi ittihad məsələsidir”.

Vəhdətə mane olanlar

İslam cəmiyyətində bu İlahi əmrə mane olan şeylərdən biri də bu mübarək amilə qarşı diqqətsizlik və daxili müxalifətlikdir. Müsəlmanların bu amilə meylsziliyi o qədər yayılmışdır ki, Seyid Cəmaləddin Əsədabadi buyurur: “Guya müsəlmanlar bir-biri ilə müttəhid olublar ki, müttəhid olmasınlar”. Bu daxili müxalifətçilər ən çox o insanlardır ki, vəhdət sözünün mənasını düzgün dərk etməmişlər. Onlar vəhdətin mənasını əqidə və inanclardan əl çəkmək kimi qəbul edirlər. Dedikləri ən mühüm söz isə budur: “Necə ola bilər ki, bir-birinə zidd olan iki əqidə əl-ələ versinlər və bir-biri ilə müttəhid olsunlar?!”.

Vəhdətin mənası əqidə və inanclardan əl çəkmək deyildir. Müttəhid olmaq o deməkdir ki, İslam ideyalarını həyata keçirtmək üçün bir parça olmaq. Vəhdət - əməli bir ittihaddır, elmi deyildir. Ancaq deyə bilərsiniz ki, əməlin sütunu elmdir. Deməli elmi münaqişələr əməli münaqişələrə bərabərdir. Cavabda deyirik ki, bu bərabərlik həmişə düzgün olmur. O qədər görmüşük ki, tamamilə başqa əqidəli insanlar müştərək xeyir və ya təhlükə qarşısında birləşirlər və vahid mövqe tuturlar. Belə ki, Allah Təala Peyğəmbərə (s) göstəriş verir ki, onu peyğəmbər kimi qəbul etməyən kitab əhlini müsəlmanlarla ittihada dəvət etsin, əl-ələ verərək, bu müştərək əqidə ətrafında toplaşsınlar və əməl etsinlər. O zaman ki, Qurani-Kərim qeyri-müsəlmanlar haqqında əmr edir, müttəhid olmaq lazımdır. Bəs niyə bir qrup İslamın daxili ittihadını qeyri-mümkün hesab edir?

Düşmənlərin səyləri

Müsəlmanlar arasında olan münaqişələri daha da dərinləşdirmək, müsəlmanların məzhəbi təəsübkeşliklərini qızışdırmaq, bir qrupun başqa bir qrupun əqidəsini qorumaq bəhanəsi ilə inanclarına hücum etməsi ona görədir ki, müsəlman bir parça ola bilməsin.

Bu məsələdə müstəmləkəçilərin təcrübəsi böyükdür. Çünki onlar bu ölkələrdə yaşamışlar və çox gözəl bilirlər ki, Əhli-təsənnün ilə Əhli-Beyt (ə) ardıcıllarını necə bir-birinə qarşı təhrik etmək olar.

Müsəlmanlar arasında ittihadın mühüm amili

1. Elmi iclaslarda mütəxəssis və alimlər arasında çəkişməli bəhslərin məhdudlaşdırılması.

2. Müsəlmanların məzhəbi hisslərinin başqa firqələr tərəfindən təhqir edilməsinin qadağan edilməsi.

3. Islam dünyasının zərurətlərini tanımaq və müsəlmanları bu zəmində müttəhid etmək.

4. Müsəlmanları qarşıdan gələn mənfəətlər və təhlükələrlə tanış etmək.

5. İslam cəmiyyətinin dünya və axurətlə bağlı hər bir məsələsində müştərək mövqeyə hidayət olunması.

Müsəlmanın vəzifəsi

1. İslam alimləri arasında münaqişə olan bəhslərə daxil olmamaq.

2. Dost və düşmən sərhədlərinin tanınması.

3. Bütün müsəlmanların inanclarına və əqidələrinə əməli ehtiram.

Ümid edirik ki, dünya müsəlmanları bu bəhslərə daha çox müraciət edəcək və birləşərək, İslamı dünyada inkişaf etdirəcəklər, inşəallah!

Hazırladı: Məşhədi Xanım


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 123 Bölmə: Maraqlı melumatlar
loading...