beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qəbr imtahanı

Əsmə bintu Əbu Bakr (Allah onlardan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı
olsun) qalxıb qəbirdəki fitnə barəsində xütbə verdi. İnsanların qəbirlərində necə imtahan olunduqları haqda danışdıqda müsəlmanlar hönkür‐hönkür ağlamağa başladılar. (Səhih əl‐Buxari, 1373.)


- Nəsainin (Allah ona rəhmət eləsin) rəvayət etdiyi hədisdə isə deyilir ki, müsəlmanların səslə ağlamasının səbəbi Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun): ”Sizin qəbirdə Dəccalın fitnəsinə yaxın bir imtahana məruz qalacağınız mənə vəhy olundu” sözləri idi.( Sünən ən‐Nəsai, 2061. Albani hədisi səhihləşdirmişdir.)

- Bəra ibn Azib (Allah ondan razı olsun) rəvayət edir ki, biz Peyğəmbər (Allahın ona salavatı və salamı
olsun) ilə birgə ənsardan olan bir kişinin cənazəsini dəfn edərkən Allahın elçisi (Allahın
ona salavatı və salamı olsun) qəbrin yanında oturdu,biz də sakitcə onun ətrafında əyləşdik.
O, əlindəki çubuğu yerə vururdu. Sonra başını qaldırıb buyurdu: “Qəbir əzabından
Allaha sığının!” O, bunu üç dəfə təkrar etdikdən sonra dedi: “Mömin bəndə dünyadan köçüb axirətə qovuşduqda, göydən onun yanına üzləri günəş kimi parlaq mələklər enir. Onlar özləri ilə Cənnətdən kəfən və ətir gətirir, (onun) gözünün gördüyü son məsafədə oturub gözləyirlər. Sonra ölüm mələyi gəlib onun başının üstün‐də oturub deyir: “Ey gözəl ruh! Allahın mərhəmətinə və xeyir‐duasına qovuşmaq üçün çıx (oradan!)” Nəhayət, mömin bəndənin ruhu bədənindən, su damcısı qabın ağzından axıb töküldüyü kimi çıxır. Ölüm mələyi ruhu götürdükdən sonra onu bir göz qırpımında, (oturub gözləyən) mələklərə təhvil verir, onlar da onu kəfənə büküb ətirləyirlər. Bundan sonra ondan, yer üzündə mövcud olan ən gözəl ətirin qoxusuna bənzər gözəl bir qoxu gəlir. Sonra mələklər onu götürüb göyə qaldırırlar. Göyə qalxarkən mələklərdən ibarət hansı toplumun yanından keçirlərsə, onlar: “Görəsən, bu gözəl ruh kimin ruhudur?”– deyə soruşurlar. Onlar: “Bu, filankəsin oğlu filankəsdir”– deyə bu bəndəni, (camaatın) onu həyatda ikən çağırdığı ən gözəl adla çağırırlar. Nəhayət, onlar birinci göyə gəlib yetişdikdə, göy qapılarının açılmasını xahiş edir və onun qapıları taybatay açılır. Hər bir göyün mələkləri o ruhu növbəti göyə qədər beləcə yola salır. Nəhayət, yeddinci göyə gəlib çatdıqda, qüdrətli və əzəmətli
Allah buyurur: “Mənim qulum barədə olan qeydləri İlliyyuna yazın, sonra da onu qaytarın yerə. Çünki Mən söz vermişəm ki, onları torpaqdan yaratdım, öləndən sonra ora qaytaracaq və (Qiyamət günü) bir daha oradan (dirildib) çıxardacağam.” Mələklər onu bədəninə qaytardıqdan sonra iki mələk gəlib onu otuzdurur və: “Rəbbin kimdir?”– deyə soruşurlar. O: “Rəbbim Allahdır!”– deyə cavab verir. Onlar: “Dinin nədir?”– deyə soruşurlar. O: “Dinim İslamdır!”– deyə cavab verir. Onlar: “Sizə göndərilmiş o kişi kim idi?”– deyə soruşurlar. O: “Bu, Allahın elçisi (Allahın ona salavatı və salamı olsun) idi!”– deyə cavab verir. Onlar: “Həyatda ikən sən nə öyrəndin?”– deyə soruşurlar. O: “Mən Allahın Kitabını oxuyub ona iman gətirdim və ona sadiq oldum”– deyə cavab verir. Bu vaxt göydən belə bir səda gəlir: “Mənim qulum doğru danışır. Cənnət nemətlərini onun önünə sərin və onun üçün Cənnətdən bir qapı açın!” Beləliklə, Cənnətin gözəl iyi və havası ona gəlir, qəbri də gözlərinin gördüyü son məsafəyə qədər genişlənir. Sonra gözəl görkəmli, əynində yaraşıqlı paltarı olan və üst‐başından ətir iyi gələn bir kişi onun yanına gəlib deyir: “Səni sevindirəcək bir xəbərə sevin! Bu, sənə vəd olunan gündür!” Mömin: “Sən kimsən? Sənin üzündən xeyirxahlıq yağır!”– deyə soruşur. O da: “Mən sənin yaxşı əməlinəm!”– deyə cavab verir. Onda mömin dua edib deyir: “Allahım! Qoy Qiyamət günü tez gəlsin ki, mən öz ailəmə qayıdıb var‐dövlətimə sahib olum.”
Kafir bəndə dünyadan köçüb axirətə qovuşduqda göydən onun yanına zəhmli və qara simalı mələklər enir. Onlar özləri ilə Cəhənnəmdən giş (cod parça) gətirir və gözünün gördüyü son məsafədə oturub gözləyirlər. Sonra ölüm mələyi gəlib onun başının üstündə oturub deyir: “Ey yaramaz ruh! Allahın qəzəbi və qeyzinə düçar olmaq üçün çıx (oradan)” Nəhayət onun ruhu bədənindən, tikanlı məftil yaş yunun arasından keçdiyi kimi çıxır. Ölüm mələyi ruhu götürdükdən sonra onu bir göz qırpımında, (oturub gözləyən) mələklərə təhvil verir, onlar da onu gişə bükürlər. Bundan sonra ondan, yer üzündə mövcud olan ən pis iyə bənzər bir iy gəlir. Sonra mələklər onu götürüb göyə qaldırırlar. Göyə qalxarkən mələklərdən ibarət hansı toplumun yanından keçirlərsə, onlar: “Görəsən bu iyrənc ruh kimin ruhudur?”– deyə soruşurlar. Onlar: “Bu, filankəsin oğlu filankəsdir”– deyə bu bəndəni, (camaatın) onu həyatda ikən çağırdığı ən pis adla çağırırlar. Nəhayət, onlar birinci göyə gəlib yetişdikdə göy qapılarının açılmasını xahiş edir, lakin onun qapıları açılmır. Sonra Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) bu ayəni oxudu: “Şübhəsiz ki, ayələrimizi yalan sayanlara və onlara təkəbbürlüklə yanaşanlara göyün qapıları açılmayacaq və dəvə iynənin gözündən keçməyincə onlar Cənnətə girməyəcəklər”(.Əraf surəsi, 40.)
Sonra o (rəvayətinə davam edib) dedi: “(Allah buyurur): “Mənim qulum barədə olan qeydləri yerin alt təbəqəsində yerləşən Siccinə yazın. Çünki Mən söz vermişəm ki, onları torpaqdan yaradıb, öləndən sonra ora qaytaracaq və(Qiyamət günü) bir daha oradan (dirildib) çıxardacağam”. Mələklər onu ruhunu göydən maşağı atırlar.
Sonra Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) bu ayəni oxudu: “Kim Allaha şərik qoşsa, sanki o, göydən yerə düşər, quşlar onu alıb aparar, yaxud külək onu sovurub uzaq
bir yerə atar”(.əl‐Həcc surəsi, 31.)

Sonra o (rəvayətinə davam edib) dedi: “Onun ruhu bədəninə qayıtdıqdan sonra iki mələk gəlib
onu otuzdurur və: “Rəbbin kimdir?”– deyə soruşurlar. O, mızıldanıb deyir: “M‐mm... Bilmirəm!”
Onlar: “Sizə göndərilmiş o kişi kim idi?”– deyə soruşurlar. O, yenə mızıldanıb deyir: “Mmm...
Bilmirəm!” Bu vaxt göydən belə bir səda gəlir: “O, yalan danışır. Onun yolunu alovlandırın
və onun üçün Cəhənnəmdən bir qapı açın!” Beləliklə, Cəhənnəm atəşi və alovlu külək ona dəyir, qəbri də o qədər sıxılır ki, qabırğaları birbirinə keçir. Sonra eybəcər sifətli, əynində nimdaş paltarı olan və üst‐başından pis qoxu gələn bir kişi onun yanına gəlib deyir: “Mən səni kədərli bir xəbərlə müjdələyirəm. Bu, sənə vəd olunan gündür!” Kafir: “Sən kimsən? Sənin üzündən şər yağır!”– deyə soruşur. O da: “Mən sənin yaramaz əməllərinəm!”– deyə cavab verir. Onda kafir yalvarıb deyir: “Allahım! Qoyma
Qiyamət qopsun”. (Sünən Əbu Davud, 3212.)


Tarix: 10.04.2013 / 20:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 544 Bölmə: Maraqlı melumatlar