Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏRLƏ ARVAD ARASINDAKI FİKİR AYRILIĞI

ƏRLƏ ARVAD ARASINDAKI FİKİR AYRILIĞI AİLƏDƏ SƏMİMİYYƏT VƏ MEHRİBANÇILIQ AB-HAVASINA XƏLƏL GƏTİRMƏMƏLİ VƏ MÜNASİBƏTLƏRDƏ GƏRGİNLİYƏ
SƏBƏB OLMAMALIDIR!

Çox vaxt ailədə kişinin yaxınlarına arvadından belə şikayətləndiklərini eşidirik:
“Xahiş edirəm mənim bunu sənə dediyimi arvadıma demə, söz verirsən?”
“Mən arvadımla bunu bölüşə bilmərəm. Çünki o məni ya anlamır, ya da anlamaq istəmir. Mənim vaxtilə ona verdiyim cavabları indi o mənə qaytarır!”
“Kim arvadımla bunu müzakirə edə bilirsə, buyursun, bəlkə məni bu bəladan o xilas edə bilə!”
“Arvadımın mənə qarşı olan münasibətini zəng çalınarkən dəstəyi götürülməyən telefon aparatına bənzətmək olar”.
“Biz bir evdə yad insanlar kimiyik, aramızda müzakirə, dialoq ümumiyyətlə yox dərəcəsindədir. Biz ancaq yemək vaxtı süfrə arxasında bir araya gəlirik”.
Biz də öz növbəmizdə bu kimi şikayətlərə belə cavab veririk:
Yalnız ürəklərin bir vurması kifayət eləmir. Sevgini hiss etdirmək üçün mütləq ürəkdə saxlanılan xoş sözləri, gözəl hissləri dilə gətirmək lazımdır.
Bu barədə aşağıda qeyd edəcəyimiz məsələlər olduqca mühümdür və hər bir qadın bunlara xüsusi diqqət yetirməlidir.

1. Ər evə daxil olarkən onu salamla qarşılamağın, bəd və pərişanedici xəbərlərin dərhal ona söylənilməməsinin zəruriliyi. Qadın buna riayət etməklə ərinin içəri girib rahatlamasını gözləməli, bundan sonra təmkinlə və baş verənləri yoluna qoymaq məqsədilə olanları ona xəbər verməlidir. Bu da təbii ki, qadının sağlam zövqə, yüksək mədəniyyətə və müdrik ağıla sahib olmasından irəli gəlir.

2. Evlilik həyatında ancaq maddi ehtiyacları ödəməklə kifayətlənmək, sevgi-məhəbbəti, qarşılıqlı anlaşmanı maddiyyyatla əlaqələndirmək sözün əsl mənasında axmaqlıqdır. Belə düşünən ailələr dərk etməlidirlər ki, ailədə qarşılıqlı anlaşma şəraitində ərlə arvadın müəyyən məsələləri müzakirə etməsi, yaranmış problemlərin müsbət həlli istiqamətində öz fikir və təkliflərini bölüşməsi labüddür. Lakin biz bəzən elə ailələrə rast gəlirik ki, arada nəinki qarşılıqlı anlaşma şəraitində müzakirələrin aparılması, hətta sevgi-məhəbbətdən belə danışmaq mümkün deyil. Belə ailələrin yaşadığı mənzillər adi bir mehmanxananı və ya yeməkxananı xatırladır. Çünki ailənin başçısı bura ancaq ya gecələməyə, ya da yemək yeməyə gəlir. Boş vaxtlar isə ya tam sükutla, ya da televiziya qarşısında əyləşib mənasız verilişləri seyr etməklə keçir.

3. Qadın imkanı daxılındə ərinin işi barədə öyrənməli, ona məsləhətlər verməli, özünün sağlam ideyalarını təklif etməlidir.
Kişinin psixologiyası belədir ki, o xanımının dilindən gözəl sözlər eşitməyi çox xoşlayır. O həmişə xanımından onun maraqlarına müsbət reaksiya verməyi və onun fikirlərinə qatılmağı gözləyir. Bu yerdə qadının böyük və effektiv təsirə malik rolu görünür. O ancaq öz zəkası və müdrikliyi sayəsində son dərəcə sadə hərəkətlər etməklə ərinin qəlbinə sahib ola və onu özünə tərəf çəkə bilər. Bunun üçün də o ərini dinləmək mədəniyyətinə sahib olmalı və ərinin sözünün həlledici olmasını ona hiss etdirməlidir. Bununla yanaşı qadın ərinin işarələrindən, qaşları qaldırmaq və dodaqları büzmək kimi mimikasından və cestlərindən onun nə demək istədiyini oxumalı və buna uyğun hərəkət etməlidir. Həmçinin qadının “Buyur əzizim, səni eşidirik”, “Səndən eşitdiyimdən gözəl nə ola bilər?!”, “Sənə olan inamım sonsuzdur”, “Sənin məhəbbətin mənim üçün ən böyük sevincdir”, “Əzizim, sənin uğurun mənim, övladlarımızın və bütünlükdə ailəmizin uğurudur” – kimi ifadələrlə ərinin könlünü alması onun nə qədər müdrik və və ağıllı bir qadın olmasının bariz sübutudur.
Yuxarıda da qeyd etdiyimiz kimi qadının ərinin fikirlərini dinləmək, maraqlarına şərik olmaqla onun könlünə sahib olması ailədə ər-arvad arasında fikir mübadiləsini gücləndirən və bu cütlük arasında qarşılıqlı sevgini təmin edən ən əsas amillərdəndir.
Bəzi ailələrdə ərlə arvad arasında münaqişələrin, narazlıqların və xoşagəlməz halların baş vermə səbəblərindən biri də qadının özünün ərindən daha savadlı və daha intellektual olmasını iddia etməsidir. Lakin ağıllı qadın heç vaxt biliyi və savadı ilə özünü ərindən üstün tutmamalı və yüksək mədəniyyətə, intellektual səviyyəyə malik olması ilə onun qarşısında öyünməməlidir. Belə ki, o hətta ərinin kifayət qədər təhsili və dünyagörüşü olmadığı halda belə, qətiyyən bunu onun üzünə vurmamalı və buna görə onu utandırmamalıdır. Əksinə, qadın “Əzizim, sən daha yaxşı bilirsən”, “Mənim sənin məsləhətinə ehtiyacım var” kimi ifadələrlə təvazökarlıq göstərərək situasiyadan yaxşı mənada istifadə etməlidir. Ancaq bu halda o ərinin sonsuz və misilsiz bir məhəbbətini qazanmış olar.
Ümumiyyətlə qeyd olunmalıdır ki, təvazökarlıq və sadəlik parlaq nəticələr bəxş edən, ər-arvad arasındakı düyünlərin çözülməsini və evlilik səadətini yaxınlaşdıran ən mühüm keyfiyyətlərdəndir.
Söhbət əsnasında qadının ərinin sözünü tez-tez kəsməsi, onu yersiz sual atəşinə tutmaqla usandırması və zəhləsini tökməsi xoşalgəlməz hərəkətlərdir. Bu hal qadının boşboğazlığına dəlalət edir və ər-arvad arasında bəzi problemlərin meydana gəlməsinə zəmin yaradır. Bunun üçün də qadının həmişə səbir və yüksək dinləmə mədəniyyəti nümayiş etdirməsi onun üstünlüyüdür. O ancaq bu yolla evlilik əlaqələrinin inkişafına və davamlı olmasına kömək etmiş olar.
Beləliklə, ailədə ər-arvad arasındakı həmrəylik yalnız çox az adamların qoruyub saxlaya bildiyi bir incəsənətdir. Bu da bəzən sükuta əsaslaınr. Sükutun özü də əslində bir söhbətdir. Çünki baxışların sükutu könüllərin bir-biri ilə söhbətidir.


Tarix: 07.05.2013 / 21:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 195 Bölmə: Maraqlı melumatlar
loading...