beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yeni doğulmuş körpəni qarşılamağa dair islamda buyurulan əməllər

Bir və yaxud bir neçə gündən sonra dünyaya gələcək yeni körpəni qarşılamaq üçün mən nə etməliyəm və yaxud hansı hazırlıq işlərini görməliyəm?

Cavab: Həmd Allaha məxsusdur.

İlk növbədə:

Allahdan diləyimiz budur ki, sizin yeni körpənizi sizin üçün bərəkətli, mübarək etsin və onu salehlərdən və təqvalılardan etsin ki, sizin xeyir əməl tərəzinizdə bu körpə ağır gəlsin. Çünki Allahın elçisinin belə buyurduğu sallallahu aleyhi və səlləm rəvayət olunmuşdur: “İnsan dünyasını dəyişdikdə onun bütün əməllərinə son qoyulur, yalnız üç şeydən başqa: davam edən sədəqə (sədəqə cəəriyə), faydalı elm və yaxud onun üçün dua edən saleh övlad”. (Müslim (1631))

İkincisi:

Nə qədər ki, bizə məlumdur, doğulmasına bir və yaxud iki gün qalmış təzə doğulacaq körpəni qarşılamaq məqsədilə hazırlaşmağa dair şəriətdə bu barədə buyurulan heç bir şey yoxdur. Lakin körpənin sağ və salamat olması, hidayət olunması və s. üçün ümumi dualar etmək olar. Allah təala Öz Kitabında saleh qadın, İmranın zövcəsinin duasından bəhs edərək buyurur:

“ Bir zaman İmranın arvadı demişdi: “Ey Rəbbim! Mən bətnimdəkini Sənə qul olmaq üçün nəzir etdim. Məndən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən”.
Ondan azad olduğu zaman demişdi: “Ey Rəbbim! Mənim qızım oldu” – Allah onun nə doğduğunu daha yaxşı bilirdi, – “axı oğlan qız kimi deyildir. Mən onun adını Məryəm qoydum, onu və onun nəslini lənətlənmiş şeytandan (qorunmağı) Sənə həvalə edirəm”. (Ali-İmran 3:35-36)

Körpə dünyaya gəldiyi zaman və sonra hansı əməlləri etmək lazımdır? Bunlar aşağıda yığcam olaraq qeyd olunmuşdur:

1.Uşaq üçün təhnik etmək və onun üçün dua etmək müstəhəbdir.

TƏHNİK-xurma və yaxud bal kimi şirin bir şeyi uşaq doğulanda onun ağzına qoymaqdır.

Əbu Musa radiyallahu anhu deyir ki, "Mənim oğlum doğulmuşdu. Onu götürüb Peyğəmbərin sallallahu aleyhi və səlləm yanına gətirdim. O, uşağı İbrahim adlandırdı. Sonra barmağının ucuna xurma qoyub uşağın ağzına sürtdü və onun üçün dua edib Allahdan bərəkət istədi və sonra uşağı mənə qaytardı». Bu uşaq Əbu Musanın radiyallahu anhu böyük uşağı idi. (Buxari (5150); Müslim (2145) rəvayət etmişdirlər).


2. Birinci və yaxud yeddinci gün uşağa ad vermək caizdir.

Rəvayət olunur ki, Ənəs ibn Malik radiyallahu anhu demişdir: Allahın elçisi sallallahu aleyhi və səlləm demişdir: "Bu gecə mənim oğlum olmuşdur və onu atam İbrahimin adını qoydum». (Müslim (3126) rəvayət etmişdir).

Rəvayət olunur ki, (möminlərin anası) Aişə (Allah ondan razı olsun) demişdir: “Allahın elçisi sallallahu aleyhi və səlləm Həsən və Hüseyin (Allah onların hər ikisindən razı olsun) üçün yeddinci gün “əqiq” kəsdi və onlara ad qoydu. (İbn Hibban (12/127); Hakim (4/264; rəvayət etmişdirlər. Hafiz ibn Həcər “Fəth Əl-Bari 9/589” əsərində hədisi səhih olaraq təsnif etmişdir).

3. Əqiq kəsmək və sünnət etdirmək

Əqiq, insanın övladı dünyaya gələndə kəsdiyi heyvandır.

Hökmü: Övladı olan insanın əqiq kəsməsi vacibdir. Oğlan uşağı üçün iki, qız uşağı üçün isə bir baş qoyun kəsilməlidir.

Salman ibn Amir əd-Dabbi Allah ondan razı olsun deyir ki, mən Peyğəmbərin sallallahu aleyhi və səlləm belə dediyini eşitmişəm: "Doğulmuş uşaq ilə 'əqiq' vardır. Onun əvəzinə qan axıdın və ona əziyyət verən şeyləri təmizləyin» Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 2561. İbn Macə: 2/ 1056/ ? 3163. Tirmizi: 3/ 35/ ? 1549.

Rəvayət olunur ki, Samura ibn Cundub Allah ondan razı olsun demişdir: “Allahın elçisi sallallahu aleyhi və səlləm demişdir: “Doğulmuş hər bir uşaq “əqiqi” ilə bağlıdır. Yeddinci günü əqiqi kəsilib, saçı qırxılır və adı qoyulur”. (Tirmizi 1522; Nəsai 4220 və Əbu Davud 2838).


Həmçinin, ola bilsin ki əqiqin digər faydalarından da biri, qohum-əqrəbanın və dost-tanışın “vəlimə” (ziyafət) münasibətilə bir yerə toplaşmasıdır.

4. Sünnət etdirmək “Fitrətin (insanın təbiətinin) sünnətlərindəndir” (insanın saf və təbii istəkləri ilə bağlı olan əməllər). Oğlanları sünnət etdirmək fərzdir, çünki bu təmizlik məsələsidir. Bu da namazın şərtlərindən biridir.




Əbu Hureyradan radiyallahu anhu rəvayət edilir: “Beş şey Fitrətdəndir:
1. Sünnət etdirmək (Xitan)
2. Ayıb yerlərini qırxmaq
3. Qoltuğaltı tüklərini götürmək
4. Dırnaqları tutmaq
5. Bığları qısaltmaq

(Buxari 5550; Müslim 257)

5 Yeni doğulan uşağı qarşılamağa dair sünnətlər arasında alimlər azanı qeyd etmişdirlər. Azan körpənin sağ qulağına oxunur. Bundan məqsəd budur ki, dünyaya gələn körpənin ilk duyacağı kəlimələr Tövhid kəliməsi olsun. Körpəyə bunun böyük və mübarək təsiri var.

Körpənin sol qulağına azan oxumaq məsələsinə gəldikdə, bununla əlaqədar bu əməlin tələb olunduğunu təsdiq edən heç bir şey yoxdur”. (Baxın: Şeyx Albani “Silsilət əl-Daifə 1/491)

6: Körpənin başını qırxaraq başına zəfəran ilə yağlamaq olduqca faydalıdır. Daha sonra isə saçının ağırlığına bərabər nisbətdə qızıl və yaxud gümüş sədəqə verilir. Bunu yerinə yetirmək üçün mütləq saçı tərəzidə çəkmək vacib deyil; bunu etmək çox çətindirsə, sadəcə saçın ağırlığını təxminən hesablamaq və qızıl və yaxud gümüşün qiymətinə bərabər kağız pul vermək kifayətdir.

SONDA: Allahdan bizi və bizim uşaqlarımızı bütün şərlərdən qorumağı və bu dünya və axirətdə onları sağ-salamat etməsini Ondan diləyirik. Allahın salamı və salavatı peyğəmərimiz Məhəmmədin sallallahu aleyhi və səlləm üzərinə olsun.


Tarix: 13.04.2013 / 16:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 277 Bölmə: Maraqlı melumatlar