beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Möminlər Cəhənnəmi Görəcəkmi?

Cavab: Allah-təala buyurur: «Sizdən elə bir kəs olmaz ki, cəhənnəmə varid olmasın. Bu Rəbbinin buyurduğu vacib bir hökmdür» (Məryam" 71. Əksər təfsirçilərin fikirincə, bütün insanlar istisnasız olaraq cəhənnəmə daxil olacaqlar.
Amma bu o demək deyildir ki, bütün insanlar cəhənnəm odunda yanacaqdır. Nəmrudun İbrahim peyğəmbəri oda atdığını xatırlayaq. Od yandırıcı olsa da, Allahın iradəsinə tabedir. Allahın iradəsi ilə od iman nuru qarşısında acizdir.
Cəhənnəmə daxil olan möminlərin iman nuru odu təsirsizləşdirər və kimsəyə zərər toxunmaz. Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Bütün əməlisalehlər və günahkarlar cəhənnəmə daxil olar. Alov İbrahimin qarşısında hərarətdən düşdüyü kimi, möminlərin də qarşısında hərarətini itirər» (Nurus-Səqəleyn" 3-cü c. səh 353).
Bəs möminlərin cəhənnəmə daxil olmasının hikməti nədir? Cəhənnəmi müşahidə etdikdən sonra behiştə qədəm qoyan möminlər, onun nemətlərindən əsl ləzzət aparacaqlar. Həzrət Peyğəmbər (s) buyurur: «İnsanlar cəhənnəmə daxil olduqdan sonra əməlləri nəzərə alınmaqla, oradan bayıra çıxacaqlar. Bəziləri şimşək tək, bəziləri külək kimi, bəziləri iti qaçaraq, bəziləri iti yerişlə, bəziləri də adi yerişlə» (Nurus-Səqəleyn" 3-cü c. səh 353)
.
Möminlərin cəhənnəmdə qalmayacaqları ayələrdə də təsdiq olunur: «Sonra biz Allahdan qorxub pis əməldən çəkinənlərə nicat verəcək, zalımları isə, orada diz üstə çökmüş halda saxlayacağıq» ("Məryam" 72)


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 65 Bölmə: Maraqlı melumatlar