beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Müselman Xanımının Esas Xüsusiyyetleri

Peyğəmbər (s.ə.a.s.) buyurur: “Qadın ərinin haqqını ödəməyincə, Allahın haqqını ödəyə bilməz”.

Peyğəmbər (s.ə.a.s.) buyurur: “Qadının cihadı əri ilə xoş rəftarıdır. Ərinin onun üzərində olan haqqı bütün xalqın haqqından böyükdür”.

Peyğəmbər (s.ə.a.s.) buyurur: “Dörd şeyə yiyələnmək müsəlman kişinin xoşbəxtliyindəndir: ləyaqətli və salehə xanım; geniş ev; məqsədə yetişmək üçün sür`ətlə gedən rahat minik; əxlaqı və əməli düz olan saleh övlad”.

Peyğəmbər (s.ə.a.s.) buyurur: “Kişinin öz yoldaşı üzərində olan haqqı budur ki: (arvadı) çırağı yandırsın, yemək hazırlasın, evin qapısına qədər xoş sözlərlə onu qarşılamağa çıxsın və üzrlü vaxtlardan başqa özünü onun ixtiyarında qoysun”.

Peyğəmbər (s.ə.a.s.) buyurur: “Allah buyurur: Hər vaxt mö`min üçün dünya və axirət xeyrini bir yerə cəm etmək istəsəm, ona (Allahdan) qorxan qəlb, zikr edən dil, bəlada səbirli olan bədən və mö`minə olan həyat yoldaşı verərəm ki, hər vaxt baxsa onu xoşhal edər, yanında olmayan zaman özünü və malını qoruyar”.

İmam Baqir (ə.) buyurur: “Qadınlar üçün Qiyamət günündə ən böyük şəfaət edən ərlərinin razılığıdır”.

Peyğəmbər (s.ə.a.s.) buyurur: “Əlbəttə, qadınlarınızın ən yaxşısı çox övladlı, qəlbi mehr-məhəbbətlə dolu, örpəkli, iffətli, ərinin qarşısında təvazökar, qohumlarının yanında əziz olanlar, eləcə də bədənini və zinətini ərinin yanında aşkar edib, naməhrəmdən gizlədən, ərinin sözünə canla-başla qulaq asıb əmrlərinə itaət edən, xəlvətdə gözəl libaslar geyib əri üçün bəzənən və özünü onun ixtiyarında qoyan qadınlardır, sadə kişilər kimi özünə baxmayanlar yox”.

İmam Rza (ə.) Əmir-əl-Möminin Əlidən (ə.) rəvayət edir: “Qadınlarınızın ən yaxşısı beş xüsusiyyətə malik olanlardır. Soruşuldu ki, ya Əli, bu beş xislət nədən ibarətdir? Buyurdu: ərinə qarşı təvazökarlıq və üzü yolalıq, eləcə də bədxərclik etməyib qənaətcil olmaq; xoşxasiyyət, mülayimlik və mehribançılıq; əri ilə həmkarlıq edib razılaşmaq, işlərində ona kömək etmək; ərini əsəbi və ya yorğun halda gördükdə, bütün işlərini, öz istirahətini bir kənara qoyaraq onu şad edib sevindirmək; əri yanında olmayanda onun malını, namusunu, övladlarını, öz iffətini qorumaqda əlindən gələni əsirgəməmək. Sonra buyurdu: Belə qadın Allah xidmətçilərindən sayılır və Allah xadimlərinə ümidsizlik yoxdur, onlar öz istəklərinə çatacaq”.

İmam Sadiq (ə.) buyurur: “ Ərinə əziyyət edib onu kədərləndirən qadın Allah dərgahından qovulmuşdur. Əri ilə nəzakətli olub onu incitməyən, həmişə sözünə qulaq asan qadın isə necə də xoşbəxtdir”.

İmam Baqir (ə.) buyurur: “Bir gün bir qadın Peyğəmbərin (s.ə.a.s.) xidmətinə yetişib o Həzrətdən sual etdi ki, kişinin qadının boynunda olan haqqı nədir? Peyğəmbər (s.ə.a.s.) cavabında buyurdu: İtaət edib ona qarşı çıxmamaq”.

Peyğəmbər (s.ə.a.s.) buyurur: “Qadının öz ərinə bir içim su verməsi gündüzləri oruc tutub, gecələri namaz qılmaq üçün oyaq qaldığı bir ilin ibadətindən üstündür”.

İmam Sadiq (ə.) buyurur: “Hər bir qadın əri haqlı olaraq ondan narahat olduğu halda gecələsə, mütəal Allah onun namazını əri razı olana qədər qəbul etməz”.

Peyğəmbər (s.ə.a.s.) buyurur: “Qadın özünü (əri üçün) gözəl ətirlərlə ətirləməli, ən gözəl paltarlarını geyib, ən gözəl zinətlərlə bəzəməli və gecə-gündüz özünü onun ixtiyarında qoymalıdır”.

Əmir-əl-Möminin Əli (ə.) buyurur: “Qadının cihadı ərinə yaxşı baxmasıdır”.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 72 Bölmə: Maraqlı melumatlar