beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevgi Dinimizdə Nədir?

Sevgi cəsarətdir! Sevəndən sevgisini sübut üçün cəsarət istəyər.
Sevgi fədakarlıqdır! Sevəndən sevgisi üçün sevdiklərindən fəda etməsini istəyər.
Sevgi paylaşmaqdır! Sevəndən sevgi sədəqəsi umar.
Ən sonunda sevgi həyatdır! Sevənin sevdiyini yaratmasıdır...
Sevdiyinin yaşaya biləcəyi həyatı ona verməsidir...
Sevginin ən böyük müəllimi ALLAH, ən böyük tələbəsi Onun Rəsulları, ən böyük təlim kitabı isə Qurandır.
Məhz bu təlim kitabında uca Yaradan quluna sevgi dərsi öyrədir: ona cəsarəti, fədakarlığı, paylaşmağı... öyrədir.
Yaradan sevir və sevdiyini yaradır. O, hələ yox ikən onu sevir, onu sevgi ilə yaradır, ona Öz ruhundan üfürür və ona həyat verir.

Yaradan sevir və Onu sevənlərin sevgi hekayələrini Öz müqəddəs Kitabında anaraq gələcək məzunlara nümunə göstərir:

Sevgi - Həzrəti Nuh kimi tufan qarşısına iman çıxarmaqdı.
Sevgi - Həzrəti İbrahim kimi can, mal, övlad fəda etməkdi.
Qurban vermənin ən uca zirvəsinə yüksələ bilməkdi.
Sevgi - Atəşə atılmağı bacarmaqdı. Yanmamaq üçün deyil, yanmaq üçün atəşə könüllü girməkdir.
Sevgi - Atəş qarşısına İMAN çıxartmaqdı.
Sevgi - Həzrəti İsmayıl kimi Canana can fəda etmək cəsarətdir.
Sevgi - Zəm-zəminə qovuşmaq üçün Həzrəti Həcər kimi təslim olmaqdı. Səfa ilə Mərva arasında qaçışdır.
Qovuşacağını bilərək sevgiyə doğru yürüməkdi.
Sevgi - Ali İbrahim və Ali İmran kimi olub aləmlərə nümunə olan bir ailə modelinin təməl daşları olmaqdı.
Sevgi - Həzrəti Yusif kimi zindana salınmaq təhlükəsi olsa belə, dünya adlı Züleyxaya arxa çevirməkdir.
Sevgi - Dənizi yara bilmək üçün Həzrəti Musa kimi imana sahib olmaqdı.
Sevgi - Həzrəti Asya olub Fironuna müharibə elan edə bilməkdi.
Sevgi - Həzrəti Eyyub kimi bəlanı sevərək qəbul etməkdi.
Sevgi - Həzrəti Yunus kimi balıq qarnında olsa da belə, səcdə etməyi bacarmaqdı.
Sevgi - Hannə kimi ana olmaqdı.
Bətnində hələ heç doğulmamış körpəsini ALLAHa bir təşəkkür borcu olaraq qurban vermək cəsarətidir.
Sevgi - Həzrəti Məryəm kimi ruku və səcdə edənlərlə birlikdə əyilməkdi.
Çünki, bu əyilməyi səndən sənin Sevdiyin sevginə isbat olaraq tələb edir.
Sevgi - Həzrəti İsa kimi sənə gələnləri dirildə bilməkdi.
Sevgi - Həzrəti Məhəmməd (sas) kimi həbibullah zirvəsinə ucalmaqdı.
Sevgi - Həzrəti Xədicə kimi malını və canını sevdiklərinin yolunda fəda edə bilməkdir.
Sevgi - Həzrəti Əli kimi Sevdiyin üçün dost yatağına uzanmaqdı, ona gələn bəla mənə gəlsin deyə bir də yorğanı başına çəkməkdi.
Sevgi - Həzrəti Fatimə ola bilməkdir ki, yaşadığı eşq dillərə dastan olsun.
Dünyanın ən böyük sevgi romanları onun kölgəsində dayanmağa belə cəsarət etməsinlər...
Sevgi - şəhid səhabələr kimi şəhadət şərbətini sevərək içməkdir.
Sevgi - ölümsüzlük məktəbinin məzunu olmaqdır...


Tarix: 05.06.2013 / 20:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 213 Bölmə: Maraqlı melumatlar