Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PEYĞƏMBƏRİMİZİN (s.a.v) həyatı-Ömərin müsəlman olmağına müşriklərin reaksiyası

Ömərin müsəlman olmağına müşriklərin reaksiyası

Ömər (radiyəllahu anhu) misli olmayan bir pəhləvan idi. Müsəlman olduqdan sonra, İslamın və müsəlmanların ən şiddətli düşmənlərindən olan Əbu Cəhlin evinə gedib qapısını döydü. Əbu Cəhl qapını açıb "Xoş gəlmisən. Xeyir ola?" deyəndə, "Sənə Allah və elçisi Məhəmmədə iman etdiyimi xəbər vermək üçün gəldim." dedi. Əbu Cəhl qapını onun üzünə bağlayıb : Allah səni və gəldiyin şeyi çirkinləşdirsin. – dedi. Sonra da dayısı As bin Haşimin yanına gedərək içəri girdi.

Qureyşin ən tez söz yayan adamı Cəmil bin Muammərin yanına gedib, müsəlman olduğunu bildirdi. Cəmil var gücüylə bağırıb, Ömərin havalandığını elan etdi. Ömər isə, Yalan deyir. Mən müsəlman oldum deyə qışqırırdı. Ömər (radiyəllahu anhu) günəş doğana qədər onlarla vuruşdu.

Daha sonra, evinə qayıdanda rəqiblərinin onu öldürmək üçün gözlədiklərini gördü. Vadi Öməri öldürmək istəyən insanlarla doldu. O əsnada Ömərin qövmü Adiyy oğullarının andlaşmalısı olan Səhm oğullarından As bin Vail gəldi. Bəzəkli ipək paltarlar geyinmişdi. Ömərə nə olduğunu soruşdu. O da "Qövmüm, müsəlman olacağım təqdirdə məni öldürəcəklərini deyir." dedi. As : Xeyr, səni öldürə bilməzlər. deyib camaatı sakitləşdirmək üçün yanlarına getdi. Onlara : "Sizə nə olub?" deyə soruşdu. Onlar da Budur Xəttabın oğlu Ömər havalanıb dedilər. As onlara : Onu öldürə bilməzsiniz. Cavabını verib, onları sakitləşdirdi. Beləcə, dağılışdılar.

Ömərin müsəlman olmağı ilə İslam və müsəlmanların güc qazanmağı

Müsəlmanlar, Ömərin İslamı qəbul etməyilə böyük bir izzət və güc qazandılar. Daha əvvəl ibadətlərini gizli edirdilər. Ömər müsəlman olandan sonra belə dedi : Ey Allahın elçisi! Ölsək də, qalsaq da haqq üzərində deyilikmi? Rəsulullah (Səllallahu Aleyhi və Səlləm), "Bəli" dedi. Ömər : "Elədirsə, nə üçün gizlənirik?" dedi. Müsəlmanlar iki səf halında Kəbəyə tərəf yola çıxdılar. Səflərin birinin başında Ömər, digərinin başında da Həmzə dayanmışdı. Bu şəkildə təkbirlərlə Məscidul-Harama daxil oldular. Müşriklər onları bu halda izzət içində gördükdə, daha əvvəl heç kədərlənmədikləri qədər böyük bir kədərə qapıldılar. Bu səbəbdən Ömərə (radiyəllahu anhu) Faruq ləqəbi verilmişdir.


İbn Məsud : "Ömərin müsəlman olduğu andan etibarən izzətliyik" və "Ömər müsəlman olana qədər Kəbədə namaz qıla bilmirdik." demişdir.

Süheyb isə, belə dedi : "O vaxt ki, Ömər müsəlman oldu, İslam zühur etdi. İctimai olaraq İslam dəvəti edildi. Kəbə ətrafından halqa etdik. Təvaf etdik. Bizə qarşı çirkinliklər edənlərə eynilə qarşılıq verməyə başladıq."


Tarix: 03.05.2013 / 19:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 119 Bölmə: Maraqlı melumatlar
loading...