beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ŞƏFAƏT

Şəfaət - vasitə hər hansı bir şeyi tələb etmək deməkdir. İstilahi mənası isə kimin üçünsə xeyr diləmək, şərr və əzabdan uzaq etmək deməkdir. Allah Qurani-Kərimdə bir çox ayələrdə şəfaətin yalnız ona məxsus olduğunu və heç kimsənin bu işdə hər hansı bir payı olmadığını bizə bildirir.

«Yoxsa onlar (müşriklər) Allahdan qetrilərini (bütləri) şəfaətçi etdilər? (Ya Peyğəmbər!) de ki: «Onlar heç bire şeyə malik olmadıqları və heç bir şey qanmadıqları halda şəfaətmi edəcəklər?». De ki: «Bütün şəfaət yalnız Allaha məxsusdur. Göylərin və yerin hökmü onun əlindədir. Sonra siz onun hüzuruna qaytarılacaqsınız». (əz-Zumər 43-44).
Nə zaman olacağına gəlincə, Uca Allah bizə şəfaətin ancaq izni ilə olacağına xəbər vermişdi. «Allahın izni olmadan onun yanında kim şəfaət edə bilər». (əl-Bəqərə 255). Onun izni olmadan heç bir şəfaət edən ola bilməz». (Yunus 3). «Axirət də, dünya da ancaq Allahındır. Göylərdə neçə-neçə mələklər vardır ki, onların şəfaəti heç bir fayda verməz. Ancaq Allah öz istədiyi və razı olduğu kimsəyə izn verdikdən sonra (onun şəfaəti fayda verər)». (ən-Nəcm 25-26). «Onun hüzurunda izn verdiyi kimsələr istisna olmaqla heç kəsin şəfaəti fayda verməz». (Səba 23).
Kimlərin şəfaət edəcəyinə gəlincə isə, Uca Allah bizlərə şəfaətin ancaq onun izn verməsindən sonra gerçəkləşəcəyini xəbər verdiyi kimi, bu xüsusda ancaq onun sevdiyi kimsələrin şəfaət edəcəyini də xəbər vermişdir. «Ruhun (Cəbrailin) və mələklərin səf-səf duracağı gün Rəhmanın izn verdiyi kimsələrdən başqa heç kəs danışmayacaq, danışan da doğrunu deyəcəkdir». (ən-Nəbə 38). «Allahdan əhd almış kəslər müstəsna olmaqla, qalanları (kafirlər) şəfaət etməyə qadir olmazlar». (Məryəm 87). Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər bir peyğəmbərin qəbul edilmiş duası vardır. Hər bir peyğəmbər də bu duasını etmişdir. Lakin mən duanı qiyamət günündə ümmətimə şəfaət etmək üçün saxladım. Artıq ümmətimdən Allaha heç bir şeyi şərik qoşmamış olan kimsələr inşəalllah bu şəfaətə nail olacaqlar».
Kimlər üçün şəfaət ediləcəyinə isə, Uca Allah bizlərə ancaq Allahın razı olduğu kimsələr üçün şəfaət ediləcəyini də xəbər vermişdir. «Allah onların nə etdiklərini və nə edəcəklərini bilir. Onlar yalnız Allahın razı olduğu kəslərdən ötrü şəfaət edə bilər və onu heybətindən qorxarlar». (əl-Ənbiya 28). «O gün izn verdiyi və söz danışmağa razı olduğu kəslərdən başqa heç kimin şəfaəti fayda verməz». (Ta ha 109).
Bütün bu ayələrdən bəlli oldu ki, şəfaət yalnız Allahın söz və əməlindən razı olduğu kimsələrə izn verdikdən sonra və Allahın razı olduğu kimsələrə ediləcəkdir. Bundan qeyri olan şəfaət isə müşriklərin (yəni Allahdan qeyrisinə ibadət edənlərin) bütləri, tanrıları haqqında inandıqları şirk olan şəfaətdir. Çünki onlara görə Allahın izni və rizası olmadan onların bütləri onlara şəfaət edəcəklər. Allah bu cür şəfaət istəyənlər haqqında buyurur: «Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və: «Bunlar Allah yanında bizdən ötrü şəfaət edənlərdir» deyirlər. De ki: «Allaha göylərdə və yerdə (özünə şərik) bilmədiyi bir şeyimi xəbər verirsiniz? Allah özünə şərik qoşulan bütlərdən uzaqdır və ucadır». (Yunus 18). «Çünki biz sizi (siz bütləri) aləmlərion Rəbbi ilə bərabər tutduq. Bizi yalnız günahkarlar azdırdı. İndi artıq nə şəfaət edən kimsələrmiz, nə də bir mehriban dostumuz var! Kaş bir də (dünyaya) dönə biləydik, möminlərdən olaydıq». (əs-Şuəra 98-102). «(Ya Peyğəmbər!) Onları ürəklərin ağıza gələcəyi, udquna belə bilməyəcəkləri yaxın günlə (qiyamət günü ilə) qorxut. (O, gün) zalimlərin nə bir dostu, nə də bir şəfaətçisi olar». (əl-Mumin 18). «Şəfaət edənlərin şəfaəti onlara fayda verməz». (əl-Muddəssir 48). «Qorxun elə bir gündən ki, o gün heç kəs heç kəsin işinə yarıya bilməz, heç kəsdən (gördüyü pis işlər müqabilində) əvəz (fidyə) qəbul edilməz, heç kəsin şəfaəti fayda verməz və (Allahın əzabından xilas olmaqda) onlara (günahkarlara) heç bir kömək də göstərilməz». (əl-Bəqərə 123). «Rəbbinin hüzuruna cəm ediləcəklərindən qorxanları Quranla xəbərdar et. Onların Allahdan başqa heç bir hamisi və həvadarı yoxdur. Bəlkə də onlar pis əməllərdən çəkinsinlər». (əl-Ənam 51). «(Allaha qoşduqları) şəriklərindən onlar üçün şəfaət edəcək kimsələr olmayacaq. Onlar öz şəriklərini inkar edəcəklər». (ər-Rum 13).
Allahın izni və razılığı olmayan hər hansı bir şəfaət heç kəsdən, hətta şəfaət edən peyğəmbər də olsa belə ondan qəbul olunmaz. Allah Qurani-Kərimdə üç peyğəmbəri xatırladaraq buyurur ki, onların şəfaəti, şəfaət etdikləri insanlara heç bir fayda verməmişdir. Allah onların şəfaətini qəbul etməmişdir, çünki buna onun izni və razılığı olmamışdır. «Nuh Rəbbinə (dua ilə) müraciət edib dedi: «Ey Rəbbim! Oğlum (Kənan) mənim ailə üzvlərimdəndir. Sənin vədin sözsüz ki, haqdır. Sən hakimlərin hakimisən». Allah buyurdu: «O, sənin ailəndən deyildir. Çünki o (küfr etməklə) pis bir iş görmüşdür. (Və ya sənin məndən onu xilas etmək xahişin yaxşı iş deyildir). Elə isə bilmədiyin bir şeyi məndən istəmə. Sənə cahillərdən olmamağı nəsihət edirəm». (Hud 45-46). İbrahim öz atasına: «Mən (öz Rəbbimdən) mütləq sənin bağışlanmağını diləyəcəyəm. Mən heç vəchlə səni Allahdan (Allahın əzabından) qurtara bilmərəm (mənim bacardığım yalnız budur) deməsi istisnadır». (əl-Mumtəhinə 4). Peyğəmbər – sallallahu aleyhi və səlləm – idi ki, müşrik olaraq ölən əmisi üçün Allahdan bağışlanma dilədikdə Allah ona bu əməli qadağan edərək buyurdu: «Müşriklərin Cəhənnəmlik olduqları (müsəlmanlara) bəlli olduqdan sonra onlarla qohum olsalar belə, Peyğəmbərə və iman gətirənlərə onlar üçün bağışlanma diləmək yaraşmaz». (ət-Tövbə 113).
Belə ki, Allah yaratdığı məxluqlardan şəfaəti yalnız üç şərtlə qəbul edir.
1) Şəfaət edəndən Allahın razı olması.
2) Şəfaət olunandan Allahın razı olması.
3) Allahın şəfaət edənə şəfaət etmək üçün izn verməsi. Bu üç şərtsiz şəfaət edən istər
mələk olsa, istər peyğəmbər olsa belə, şəfaəti qəbul olunmayacaqdır.
Quran və Sünnə ilə isbat olunan şəfaətin (qiyamət günü) bir neçə növü vardır.
1. Bu ən böyük şəfaət olacaqdır. Bu şəfaət də Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə məxsusdur. Allahın ona vəd etmiş olduğu Məqami-Mahmud da budur. «Ola bilsin ki, Rəbbin səni (qiyamət günü hamı tərəfindən) bəyənilib təriflənən bir məqama (axirətdəki ən böyük şəfaət məqamına) göndərsin». (əl-İsra 79). Abdullah b. Amr b. əl-As – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Azanı eşitdikdə müəzzinin ardınca onun dediklərini təkrarlayın. Sonra mənə salavat gətirin. Mənə bir dəfə salavat deyənə Allah on dəfə rəhmət deyər. Bundan sonra Allahdan əmim üçün vəsiləni istəyin. Allah onu istədiyi qullarından birinə verəcəkdir və mən ümid edirəm ki, o mənəm. Mənim üçün Allahdan bunu istəyəcək olana Qiyamət günü mənim onun üçün şəfaət etməyim vacib olar». Cabir b. Abdullah – radıyallahu anhu – rəvayət edir ki,Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Mənim şəfaətim vacib olar o, adama ki, azanı eşitdikdən sonra deyər: «Ey kamil dəvətin və qılınacaq namazın Rəbbi olan Allahım Məhəmmədə vəsilə dərəcəsini və fəzilətini bəxş et. Onu vəd etdiyin tərifə layiq məqama yüksəlt».
2. Peyğəmbər – sallallahu aleyhi və səlləm – Cənnətliklərin cənnətə girməsi üçün şəfaət edəcəkdir. Yəni onlar Cənnətə girməyi haqq qazanmış olmaqla birlikdə, ancaq onun şəfaətindən sonra Cənnətə girmələri üçün onlara izn veriləcəkdir. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, bir gün Rəsulullah – sallallahu aleyhi və səlləm – ə ət yeməyi gətirildi və qol tərəfindən bir parça ayrılıb qabağına qoyuldu. Çünki Rəsulullah – sallallahu aleyhi və səlləm – ətin bu hissəsini daha çox xoşlayardı. Ondan qabaq dişləri ilə bir dişdəm dişlədikdən sonra buyurdu: «Mən qiyamət günü bütün insanların seyyidiyəm. Bu nədən belədir bilirsiniz? Dünyada gəlib-getmiş nə qədər insanlar varsa bunların hamısını Allah qiyamət günündə düz və geniş bir sahədə toplayır. Elə düz və geniş bir sahə ki, carçı səslədikdə səsini hər kəs eşidir və baxan bir kişinin gözü məhşər xalqını bir baxışda görə bilir. Günəş insanlara yaxınlaşdırılır. Artıq insanları qəm-qüssə bürüyür. Dəhşətli və ağır (istiyə) dözməkdə onlarda nə güc, nə də səbr qalır. İnsanların bir qismi digərinə: «Bizim başımıza gələn bu faciəni görmürsünüz!? Bəlkə bizim bu halımıza Allah yanında şəfaət edəcək birisini axtaraq!» deyəcəklər. İnsanların bir qismi: «Adəm – əleyhissəlam – ın yanına gedək?» deyəcəklər. İnsanlar onun yanına gəlib: «Ey Adəm! Sən insanların atasısan. Allah səni əli ilə yaratdı və öz ruhundan sənə həyat verdi. Sonra mələklərə əmr etdi, onlar da sənə səcdə etdilər. Bizim üçün Rəbbimizdən şəfaət dilə. Ey atamız! Sən bizim bu vəziyyətimizi görmürsən? Başımıza gələn bu müsibəti görmürsən?» deyəcəklər. Adəm – əleyhissəlam – da: «Şübhəsiz ki, Rəbbim bu gün bərk qəzəblənmişdir. O, dərəcədə ki, nə bundan qabaq belə qəzəb etmişdir, nə də bundan sonra belə bir qəzəb edəcəkdir. Allah bu ağacdan yeməyi mənə qadağan etmişdir. Mən isə ona asi oldum (artıq sizə şəfaət edə bilmərəm, indi mən özümü düşünürəm). Vay nəfsim, nəfsim! Siz məndən başqa bir şəfaətçiyə gedin. Nuh –əleyhissəlam – ın yanına» deyəcəkdir. İnsanlar Nuhun yanına gələrək: «Ey Nuh! Sən Allahın insanlara göndərdiyi ilk rəsulsan. Allah səni (Quranda) «Çox şükr edən qul». (əl-İsra 3) deyə vəsf edir. Bizim üçün Rəbbimizdən şəfaət dilə. Sən bizim bu vəziyyətimizi görmürsən? Başımıza gələn bu müsibəti görmürsən?» deyəcəklər. Nuh – əleyhissəlam – da: «Şübhəsiz ki, Rəbbim bu gün bərk qəzəblənmişdir. O dərəcədə ki, nə bundan qabaq belə bir qəzəb etmişdir, nə də bundan sonra belə bir qəzəb edəcəkdir. Heç şübhəsiz ki, mənə (dünya həyatımda Rəbbimə) bir dəfə dua etmək fürsəti verilmişdir. Mən də onu öz qövmümün əleyhinə etdim (artıq sizə şəfaət edə bilmərəm, indi mən özümü düşünürəm). Vay nəfsim, nəfsim! Siz məndən başqa bir şəfaətçiyə gedin. İbrahim – əleyhissəlam – ın yanına» deyəcəkdir. İnsanlar İbrahim – əleyhissəlam – ın yanına gələrək: «Ey İbrahim! Sən yer üzündə Allahın peyğəmbəri və Allahın dostusan. Bizim üçün Rəbbimizdən şəfaət dilə. Sən bizim bu vəziyyətimizi görmürsən? Başımıza gələn bu müsibəti görmürsən?» deyəcəklər. İbrahim - əleyhissəlam - da: «Şübhəsiz ki, Rəbbim bu gün bərk qəzəblənmişdir. O, dərəcədə ki, nə bundan qabaq belə bir qəzəb etmişdir, nə də bundan sonra belə bir qəzəb edəcəkdir. (O ki, qaldı mənə) Mən üç dəfə yalan danışmışam (artıq sizə şəfaət edə bilmərəm, indi mən özümü düşünürəm). Vay nəfsim, nəfsim! Siz məndən başqa bir şəfaətçiyə gedin. Musa – əleyhissəlam – ın yanına» deyəcəkdir. İnsanlar Musa – əleyhissəlam – ın yanına gələrək: «Ey Musa! Sən Allahın peyğəmbərisən. Allah sənə risalətini verməklə və səninlə vasitəçisiz danışmaqla insanlar üzərində fəzilətli etdi. Bizim üçün Rəbbimizdən şəfaət dilə. Sən bizim bu vəziyyətimizi görmürsən? Başımıza gələn bu müsibəti görmürsən?» deyəcəklər. Musa – əleyhissəlam – da: «Şübhəsiz ki, Rəbbim bu gün bərk qəzəblənmişdir. O, dərəcədə ki, nə bundan qabaq belə bir qəzəb etmişdir, nə də bundan sonra belə bir qəzəb edəcəkdir. (O ki, qaldı mənə) Mən isə öldürülməsinə heç bir qərar olmayan insanı öldürmüşəm (artıq sizə şəfaət edə bilmərəm, indi mən özümü düşünürəm). Vay nəfsim, nəfsim! Siz məndən başqa bir şəfaətçiyə gedin. İsa – əleyhissəlam – ın yanına» deyəcəkdir. İnsanlar İsa – əleyhissəlam – ın yanına gələrək: «Ey İsa! Sən Allahın rəsulu, Allahın Məryəmə dediyi söz və ondan gəlmə bir ruhsan. Sən beşikdə ikən insanlarla danışdın. Bizim üçün Rəbbimizdən şəfaət dilə. Sən bizim bu vəziyyətimizi görmürsən? Başımıza gələn bu müsibəti görmürsən?» deyəcəklər. İsa – əleyhissəlam – da: «Şübhəsiz ki, Rəbbim bu gün bərk qəzəblənmişdir. O, dərəcədə ki, nə bundan qabaq belə bir qəzəb etmişdir, nə də bundan sonra belə bir qəzəb edəcəkdir. Özü haqqında heç bir günahı zikr etməyərək (artıq sizə şəfaət edə bilmərəm, indi mən özümü düşünürəm). Vay nəfsim, nəfsim! Siz məndən başqa bir şəfaətçi yə gedin. Məhəmməd – sallallahu aleyhi və səlləm – in yanına» deyəcəkdir. Nəhayət onlar mənim yanıma gələrək: «Ey Məhəmməd! Sən Allahın rəsulu və peyğəmbərlərin sonuncususan. Allah sənin keçmiş və gələcək günahlarını bağışlamışdır. Rəbbimizin hüzurunda bizə şəfaət et. Sən bizim bu vəziyyətimizi görmürsən? Başımıza gələn bu müsibəti də görmürsən?» deyəcəklər. Bundan sonra mən həmin Ərşin altına gələrək Rəbbimin qarşısında səcdəyə qapanıram. Sonra səcdədə Allaha edilən həmd-sənadan sonra (Allah) məndən əvvəl heç bir peyğəmbərə deyilməyən təriflər deyər: «Ya Məhəmməd! Başını qaldır, söylə! Sözün dinlənilir! İtə, sənə verilir! Şəfaət et, şəfaətin qəbul edilir!» buyurur. Mən səcdədən başımı qaldırıb: «Ya Rəbbim! Ümmətim, ümmətim!» deyə şəfaət edərəm. Bundan sonra: «Ya Məhəmməd! Ümmətindən sorğu-sual olunmayanları Cənnətin qapılarından olan sağ qapıdan içəri sal. Lakin onlar digər qapılardan da içəri girə bilərlər». Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Nəfsim əlində olan Allaha and olsun ki, Cənnətin qapı qanadlarından iki qanadın arası Məkkə ilə Həcər və ya Məkkə ilə Busra arası qədər genişdir». Başqa bir rəvayətdə Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah (qiyamət günü) insanları toplayır, möminlər ayağa qalxırlar. Nəhayət Cənnət onlara yaxınlaşdırılır». İnsanlar Adəm – əleyhissəlam – gələrək: «Ey atamız! Cənnəti bizə açdır» deyəcəklər. Adəm: «Sizləri Cənnətdən ancaq atanız Adəmin xətası çıxartdı. Mən bunun sahibi deyiləm. Sizlər mənim oğlum İbrahim – əleyhissəlam – ın yanına gedin» deyəcəkdir. İbrahim: «Mən bunun sahibi deyiləm. Mən ancaq pərdə arxasından xəlil (dost) olmuşdum. Sizlər Allahın kəlimətullahu olan Musa – əleyhissəlam – ın yanına gedin» deyəcəkdir. Cəmaat Musa – əleyhissəlam – ın yanına gəlirlər. Musa: «Mən buna sahib deyiləm. Sizlər Allahdan gəlmə söz və ondan gəlmə bir ruh olan İsa – əleyhissəlam – ın yanına gedin» deyəcəkdir. İsa – əleyhissəlam - : «Mən buna sahib deyiləm!» deyəcək və insanları Məhəmməd – sallallahu aleyhi və səlləm – in üstünə göndərəcəkdir».
3. Cəhənnəmdə bəzi müşriklərin cəzasının yüngülləşdirilməsi üçün ediləcək şəfaət Səid b. Musəyyibin atası deyir ki, Əbu Talib ölüm anında ikən Peyğəmbər – sallallahu aleyhi və səlləm – onun yanına gəldi. Onun yanında Əbu Cəhl ilə Abdullah b. Əbu Umeyyə b. Muğirə də var idi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ey əmi! Lə İləhə İlləllah – kəlməsini de ki, bununla Allah yanında sənin lehinə şəhadət edim». Əbu Cəhl və Abdullah b. Əbu Umeyyə b. Muğirə də: «Ya Əbu Talib! AbdulMuttalibin millətini tərk mi edirsən?» dedilər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – sözünü əmisinə deməkdə davam edirdi. Onlar da öz sözlərini deməkdə davam edirdilər. Nəhayət Əbu Talibin onlara söylədiyi son söz: «AbdulMuttalibin milləti üzərindəyəm!» oldu və: «Lə İləhə İlləllah» deməkdən çəkindi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Yaxşı bil ki, Allaha and olsun ki, qadağan olunanadək sənin üçün Allahdan bağışlanma diləyəcəyəm». Bundan sonra Allah ayə nazil etdi: «Müşriklərin Cəhənnəmlik olduqları (müsəlmanlara) bəlli olduqdan sonra, onlarla qohum olsalar belə, Peyğəmbərə və iman gətirənlərə onlar üçün bağışlanma diləmək yaraşmaz». (ət-Tövbə 113). «(Ya Məhəmməd!) Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah dilədiyini doğru yola salar. Doğru yolda olacaq kəsləri (öz əməli elmi ilə) daha yaxşı o bilir». (əl-Qəsəs 56). Başqa rəvayətdə Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ey əmi! Lə İləhə İlləllah – kəlməsini de ki, bununla Allah yanında sənin lehinə şəhadət edim». Əbu Talib: «Qureyşin məni ayıblaması və haqqımda: «Əbu Talib bunu ancaq qorxudan dedi!» demələri olmasaydı, onu deyib səni məmnun edərdim». Abbas b. AbdulMuttalib – radıyallahu anhu – deyir ki: «Ya Rəsulullah! Şübhə yox ki, Əbu Talib daima səni düşmənlərdən qoruyur və sənə kömək edirdi. Bunlar ona fayda verəcəkmi?» Peyğəmbər: «Bəli, mən onu böyük Cəhənnəm atəşi içində olduğunu gördüm və sonra onu oradan topuğuna qədər olan bir atəş çuxuruna çıxardım. Oradan belə beyni qaynayır».
4. Bir qrup insanların sorğu-sualsız olaraq Cənnətə girmələri üçün ediləcək şəfaət. Hüseyn b. Abdurrahman deyir ki: «Mən Səid b. Cubeyrin yanında idim. Dünən sizin hansınız düşən ulduz gördünüz?» dedim. O: «Mən gördüm» dedi. Sonra əlavə etdi ki: «O, vaxt mən namazda deyildim. Məni əqrəb sancmışdı». O:»Bəs sən nə etdin?» deyə soruşdu. Mən: «Şabinin rəvayət etdiyi hədisdir» dedim. O: «Şabinin sizə rəvayət etdiyi nədir?» dedi. Mən belə rəvayət etdim: «O, bizə Bureydə b. Hüseyn əl-Əsləmdən rəvayət edib» dedi: O: «Göz dəyənə yaxud ilan çalana ruqiyyə (dua) ilə əlac etmək olar» demişdir. Bunun üzərinə o, dedi: «Eşitdiyinə (eşitdiyi kimi) əməl edən insan nə gözəl insandır». Lakin İbn Abbas – radıyallahu anhu – bizə Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən belə bir hədis nəql etmişdi: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurmuşdu: «Mənə bütün ümmətlər göstərildi. Peyğəmbər gördüm ki, ətrafında çox kiçik bir cəmaat var idi. Peyğəmbər gördüm ki, ətrafında bir və ya iki nəfər var idi. Bir Peyğəmbər də gördüm ki, ətrafında bir nəfər də belə yox idi.» deyərkən, mənə uzaqdan bir qaraltı göstərildi. Mən onları ümmətimdən zənn etdim». Mənə: «Bu Musa – əleyhissəlam – ın qövmüdür» dedilər. Sən üfüqə doğru bax! Mən baxdıqda bir də nə gördüm? Böyük bir qaraltı. Mənə təkrar: «Digər üfüqə doğru bax!» deyildi. Yenə də böyük bir qaraltı gördüm. Mənə: «Bu sənin ümmətindir. Bunlar ilə bərabər yetmiş min nəfər hesabsız və əzabsız olaraq Cənnətə girəcəkdir» deyildi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu xütbəsindən sonra qalxıb evinə girdi. Bunun ardından insanlar, hesabsız və əzabsız olaraq Cənnətə girəcək olan bu kimsələr haqqında müzakirəyə başladılar. Bəzisi: «Şübhəsiz ki, bunlar Peyğəmbər – sallallahu aleyhi və səlləm – in dost-yoldaşlarıdır». Bəziləri də: «Bəlkə onlar İslamda doğulan və Allaha şərik qoşmayanlardır» dedilər. Bunlardan başqa bəzi fikirlər irəli sürüldü. Bu vaxt Peyğəmbər – sallallahu aleyhi və səlləm – onların yanına gəldi və: «Haqqında müzakirə etdiyiniz şey nədir?» deyə buyurdu. Ona məsələni başa saldıqdan sonra Peyğəmbər: «Cənnətə haqq-hesabsız girən möminlər, ovsun oxumazlar və tələb etdirməzlər. Təşəəüm, Tətəyyür etməzlər və hər şeydə öz Rəbblərinə təvəkkül edərlər» buyurdu. Bu vaxt Ukkaşa b. Mihsan ayağa qalxıb: «Mən də onlardan etməsi üçün Allaha dua et» dedim. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sən onlardansan». Onun ardınca başqa birisi qalxıb dedi: ! «Məni də onlardan etməsi üçün Allaha dua et» dedi. Peyğəmbər : «Bu işdə Ukkaşa səndən qabağa düşdü» buyurdu. Başqa bir rəvayətdə Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurur: «Ümmətimdən bir zümrə Cənnətə girər ki, onlar yetmiş mindir. Onların üzləri ayın bədr gecəsindəki parlaması kimidir. Onlar qızğın dəmirlə bədənlərini dağlamayanlardır».
5. Bir qurup Cəhənnəmə düşmüş Muvahhidlərin (tövhid əhlinin) cəhənnəmdən çıxarılması üçün ediləcək şəfaət. Məbəd b. Xəlil əl-Ənəzi dedi: «Sabit şəfaət hədisini eşitməkdən ötrü Ənəs b. Məlikin yanına getdik. Duha namazını qılan vaxtı onun yanına çatdıq. Sabit bizim üçün izn istədi. Yanına girdik». Sabit ona: «Ey Əbu Həmzə! Bəsrə əhalisindən olan bu qardaşların səndən şəfaət hədisini eşitmək üçün gəliblər» dedi. Ənəs – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü insanlar çaşqın düşəcəklər. Nəhayət Adəmə gəlib: «Zürriyyətinə şəfaət et!» deyəcəklər. Adəm – əleyhissəlam - : da «Mən ona layiq deyiləm, lakin sizlər İbrahim – əleyhissəlam – ın yanına gedin. Çünki o, Xəlilullahdır» deyəcəkdir. İnsanlar İbrahim – əleyhissəlam – ın yanına gəlirlər. O da: «Mən buna layiq deyiləm, lakin siz Musa – əleyhissəlam – ın yanına gedin. Çünki o, Kəlimullahdır» deyəcəkdir. İnsanlar Musa – əleyhissəlam – ın yanına gəlirlər. O da: «Mən buna layıq deyiləm, lakin siz İsa – əleyhissəlam – ın yanına yanına gedin. Çünki o, Allahdan gəlmə ruh və Ondan olan sözdür» deyəcəkdir. İnsanlar İsa – əleyhissəlam – ın yanına gəlirlər. O da: «Mən bunun üçün yaradıldım!» deyir və Allahın hüzuruna izn istəmək üçün gedər. «Mənə izn verilir, hüzurunda dikilərək və Allaha həmd-səna etdikdən sonra səcdə edərək yerə qapanıram». Mənə: «Ya Məhəmməd! Başını qaldır, söylə! Sözün dinlənilir! İstə, sənə verilir! Şəfaət et, şəfaətin qəbul edilir!». Bundan sonra mən: «Ya Rəbbim! Ümmətim, ümmətim!» deyə şəfaət diləyirəm. Mənə: «Get! Qəlbində bir buğda və ya arpa dənəsi qədər iman olan hər kim varsa onu oradan çıxart!» deyilir. Mən dərhal gedib bunu yerinə yetirdikdən sonra yenə Rəbbimə dönüb onu həmd-səna etdikdən sonra səcdə edərək yerə qapanıram». Mənə: «Ya Məhəmməd! Başını qaldır, söylə! Sözün dinlənilir! İstə, sənə verilir! Şəfaət et, şəfaətin qəbul edilir!». Bundan sonra mən: «Ya Rəbbim! Ümmətim, ümmətim!» deyə şəfaət diləyirəm. Mənə: «Get! Hər kimin qəlbində bir xardal dənəsi qədər iman varsa onu oradan çıxart!» deyilir. Mən dərhal gedib bunu yerinə yetirdikdən sonra yenə Rəbbimə dönüb onu həmd-səna etdikdən sonra səcdə edərək yerə qapanıram». Mənə: «Ya Məhəmməd! Başını qaldır! Söylə, sözün dinlənilir! İstə, sənə verilir! Şəfaət et, şəfaətin qəbul edilir!». Bundan sonra mən: «Ya Rəbbim! Ümmətim, ümmətim!» deyə şəfaət diləyirəm. Mənə: «Get! Hər kimin qəlbində bir xardal dənəsi ağırlığında daha az, daha az, daha az iman varsa onu da atəşdən çıxart!» deyilir. Mən də dərhal gedib bunu yerinə yetirdim.
Bu Ənəs – radıyallahu anhu – nun bizə xəbər vermiş olduğu: «Ənəs hədisidir». Biz onun
yanından çıxdıq. Nəhayət səhranın yüksək bir yerinə yetişdiyimiz zaman Həsənul-Bəsrinin yanına çatsaq da, ona salam versək də, o, Əbu Xəlifənin evində gizlənmiş bir halda idi. Onun yanına girdik, salam verdik və: «Ya Əbu Səid! Biz qardaşın Əbu Həmzənin yanından gəlirdik. Şəfaət haqqında danışdığı hədisi heç eşitməmişdik». O: «Davam edin, hədisi söyləyin» dedi. Biz də ona hədisi danışdıq. O yenə: «Davam edin, söyləyin» dedi. Biz: «Ənəs bundan başqasını danışmadı» dedik. O dedi: «O bizə bunu iyirmi il bundan qabaq danışmışdır. Onun vaxt hafizəsi və qüvvəsi çox gözəl idi. İndi isə bir qism şeyləri unutmuşdur. Şeyx bunu unutdumu, yoxsa sizlərə bunu danışmaq istəmədimi – bilmirəm?!». Biz də: «Sən bizə danış» dedik. O, güldü və: «İnsan tələsən-hövsələsiz yaradılmışdır». (əl-Ənbiya 37) (ayəsini oxudu). Sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – dördüncü dəfə yenə Rəbbinin yanına dönərək Ona həmd-səna etdikdən sonra səcdə edərək yerə qapanır». Mənə: «Ya Məhəmməd! Başını qaldır! Söylə, sözün dinlənilir! İstə, sənə verilir! Şəfaət et, şəfaətin qəbul edilir!». Bundan sonra mən: «Ya Rəbbim! Mənə izn ver: «Lə İləhə İlləllah» deyən kimsələr haqqında şəfaət edim. Allah – sübhanəhu və təalə – ona: «Bu sənin üçün deyil (və ya bu sənə aid deyil) deyə buyurdu. Lakin İzzətimə and olsun ki: «Lə İləhə İlləllah» deyən Tövhid əhlinin hamısını Cəhənnəmdən çıxardacağam».
6. Cəhənnəmə girmələri əmr olunmuş bir qurup insanların Cəhənnəmə girmələri üçün ediləcək şəfaət.
Əbu Səid əl-Xudri – radıyallahu anhu – rəvayət etdi ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurur: «… Nəhayət möminlər atəşdən qurtulduqları zaman, nəfsim əlində olana and işirəm ki, sizdən heç kimsənin haqqı təmamilə bərqərar etmək xüsusunda Allaha yalvarıb yaxarması, qiyamət günündə möminlərdən atəşdə olan qardaşları üçün Allaha yalvarmaları qədər şiddətli olmaz». Onlar: «Ey Rəbbimiz! Bu (cəhənnəmdə) qalanlar bizimlə bərabər oruc tutar və həcc edərdilər!» deyirlər. Onlara: «Tanıdığınız kimsələri oradan çıxarın! Onların üzləri Cəhənnəmə haram edildi!» deyilir. Atəş onlardan kimisinin topuqlarına qədər, kimisinin diz qapaqlarına qədər yandırır. Onların bir çoxunu oradan çıxarırlar. Sonra: «Ey Rəbbimiz! Cəhənnəmdə əmr etdiklərindən heç kimsə qalmadı!» deyirlər. Allah buyurur: «Geri dönün! Qəlbində bir dinar ağırlığında iman və yəqin olan hər kimi tanıyırsınızsa onu da oradan çıxarın!». Onlar yenə də bir çoxlarını oradan çıxarırlar. Sonra yenə: «Ey Rəbbimiz! Cəhənnəm içərisində əmr etdiklərindən heç kimsəni buraxmadıq!» deyirlər. Allah buyurur: «Geri dönün! Qəlbində yarım dinar xeyr olan hər kimi tanıyırsınızsa onu da oradan çıxarın!». Onlardan bir çoxunu oradan çıxarırlar. Sonra təkrar: «Ey Rəbbimiz! Cəhənnəmdə əmr etdiklərindən heç kimsəni buraxmadıq!» deyirlər. Allah buyurur: «Geri dönün! Qəlbində zərrə ağırlığında xeyr olan hər kimi tapırsınızsa onu oradan çıxarın!». Yenə bir çox insanları oradan çıxarırlar. Sonra təkrar: «Ey Rəbbimiz! Orada xeyr sahibi olan heç bir kimsəni buraxmadıq!» deyirlər. Əbu Səid əl-Xudri – radıyallahu anhu – deyir ki, əgər bu hədisə inanmırsınızsa bu ayəni oxuyun: «Həqiqətən Allah zərrə qədər zülm etməz. Əgər yaxşı bir əməl baş verərsə onu iki qat artırar və öz tərəfindən də böyük mükafat verər». (ən-Nisa 40).
Başqa rəvayətdə Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Nəhayət Allahın rəhmətindən olaraq, qulları arasında Cəhənnəm əhlindən dilədiklərini Cəhənnəmdən çıxartmağı əmr edərək mələklərə: «Lə İləhə İlləllah» - deyənlərdən, Allahın mərhəmət buyurduğu kimsələrdən, Allaha hər şeyi şərik (ortaq) qoşmamış olanları Cəhənnəmdən çıxarsınlar!» deyə əmr edir. Mələklər: «Onları Cəhənnəmdə səcdə yerlərindən tanıyırlar. Atəş Adəm oğullarının səcdə yeri müstəsna, hər yerini yeyir. Allah səcdə yerinə toxunmağı atəşə haram etmişdir». Bundan sonra Allah buyurur: «Mələklər şəfaət etdilər, peyğəmbərlər şəfaət etdilər, möminlər şəfaət etdilər. Şəfaət etməyən bir Ərhamur-Rahimin qaldı. Bundan sonra atəşdən bir camaatı toplayır və dünyada ikən heç bir xeyr işləməyib cəhənnəmdə kömürə dönmüş bir çox kimsələri çıxarır. Cənnətin yolları üzərində olan «Həyat Çayı» adı verilən bir çaya salınırlar. Onlar selin gətirdiyi yabanı reyhan toxumları kimi çıxırlar. Görmürsünüz ki, yabanı reyhan bəzən bir daş və ya bir ağac dibində (kölgədə bitdiyi kimi) necə olur. Günəşə doğru olanı sarı, yaşıl olur. Kölgədə olan hissəsi isə açıq olur. (Başqa rəvayətdə «Ey Cənnət əhalisi! Bunların üzərinə bol su, Cənnət sularından tökün!» deyiləcəkdir). Cənnət əhalisi onları tanıyır. Heç bir yaxşılıq etməmiş, xeyr əməllər işləməmiş halda Allahın Cənnətə saldığı kəslər bunlardır. Allah buyurur: «Cənnətə girin! Gözünüzün gördüyü hər nə varsa sizindir». Onlar: «Ey Rəbbimiz! Sən aləmlərdə heç kəsə vermədiyin yaxşılığı bizə verdin!» Onlara: «Sizə bundan gözəl bir şey vardır!» Onlar: «Ey Rəbbimiz! Bundan da gözəl?!» Allah buyurur: «Mənim rizam ! Artıq bundan sonra sizə əbədiyyən qəzəb etməyəcəyəm».
7. Peyğəmbər – sallallahu aleyhi və səlləm- Cənnətə girən bir qrup insanların əməllərinin
mükafatı olaraq Cənnətdə dərəcələrinin artırılması üçün ediləcək şəfaət Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Şəfaətin ümmətim arasında böyük günah etmiş kimsələrə olacaqdır».
Bütün bu şəfaətlərdən başqa Qiyamət günü qulun tutduğu oruc, oxuduğu Quran da şəfaət edəcəkdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Oruc və Quran Qiyamət günü qula şəfaət edəcəkdir». Əbu Umamə – radıyallahu anhu – rəvayət etdi ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm- buyurdu: «Quranı öyrənin, çünki o, qiyamət günü əhli üçün şəfaətçi olacaqdır». ən-Nəvvas b. Səman – radıyallahu anhu – rəvayət etdi ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü Quran və ona əməl edənlər gətiriləcək. İrəlidə əl-Bəqərə və Ali-İmran surələri gedəcəklər. Oxuyub əməl edənlərə şəfaət edəcəklər».
Qiyamət günü baş verəcək hadisələrdən sonra Cənnətliklər Cənnətdə, Cəhənnəmliklər də Cəhənnəmdə qərar tutduqdan sonra: Əbu Səid – radıyallahu anhu – rəvayət etdi ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü (cənnət əhli cənnətə, cəhənnəmliklər də cəhənnəmə ayrıldıqdan sonra) ölüm, qara bir qoyun surətində gətirilir. Cənnət ilə Cəhənnəm arasında dayandırılır və: «Ey Cənnət əhli! Sizlər bunu tanıyırsınızmı?» deyilir. Cənnətliklər dərhal boyunlarını uzadıb başlarını ona dorğu qaldırırlar və ona (qoyuna) baxırlar; «Bəli, tanıyırıq! Bu ölümdür» deyirlər. Sonra: «Ey Cəhənnəm əhli! Sizlər bunu tanıyırsınız?» deyilir. Onlar da başlarını qaldıraraq baxırlar və: «Bəli, tanıyırıq! Bu ölümdür» deyirlər. Bundan sonra qoyunun kəsilməsini əmr edirlər və dərhal qoyun kəsilir. Sonra: «Ey Cənnət əhli! Cənnətdə əbədi yaşayacaqsınız, artıq sizə ölüm yoxdur! və ey Cəhənnəm əhli! Sizlər də Cəhənnəmdə əbədisiniz, artıq ölüm yoxdur!» deyilir. Bundan sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu ayəni oxudu: (Ya Məhəmməd!) Qəflətdə olanları və iman gətirməyənləri işin bitmiş olacağı (haqq-hesab çəkilib möminlərin cənnətə, kafirlərin isə Cəhənnəmə girəcəyi) peşmançılıq günü (insanın pis əməllərinə görə peşman olacağı, lakin bu peşmançılğın heç bir fayda verməyəcəyi qiyamət günü) ilə qorxut! (O gün bütün) yer üzünə və onun üzərində olan hər şeyə yalnız biz varis olacağıq. Onlar bizim hüzurumuza qaytarılacaqlar». (Məryəm 39-40).


Tarix: 08.05.2013 / 19:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 852 Bölmə: Maraqlı melumatlar