beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

VƏHHAB

əl-Vəhhab – Bu İsim bəxş etmək, ərməğan etmək, qarşılıqsız vermək və ehsan etmək mənasında gələn Və-Hə-Bə kökündən gəlməkdədir. «Yoxsa sənin yenilməz qüvvət və kərəm sahibi olan Rəbbinin rəhmət xəzinələri onlara məxsusdur». (Sad 9). «Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra ürəklərimizə şəkk-şübhə (azğınlıq, əyrilik) salma! Bizə Öz tərəfindən bir mərhəmət bəxş et, çünki Sən, doğurdan da, bəxşiş verənsən!». (Ali İmran 8). Allah heç bir qarşılıq gözləmədən, heç bir amac güdmədən bəxşiş verəndir. Allahın Vəhhab isminin olduğuna inanan kimsə bütün ehtiyaclarında yalnız Allaha yönəlməli və Ona güvənməlidir.


Tarix: 05.05.2013 / 13:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 102 Bölmə: Maraqlı melumatlar