Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kommersial sığortanın hökmü

Sual: Bir biznesmen düyü, şəkər və yaxud çay ilə bağlı xarici müəssisə ilə müqavilə bağlayır. Müəssisə gəmi qəzası, yanğın və fəlakətə qarşı malları sığorta etməyi öz üzərinə götürür. Malın dəyərinin iki faizi nisbətində malları sığortaya alır. Daha sonra mal çatarkən hər hansı bir zərər baş veribsə həmin mallar sığortaya tabe tutulur və müəssisələr zərərə məruz qalan malların məbləğini hesablayaraq dəymiş zərərin məbləğini ödəyirlər. Hətta gəmi batarsa, sığorta şirkəti malın bütün məbləğini müqavilə bağladığı şirkətə ödəyir. Bunun hökmü nədir?

Cavab: Əgər məsələ sizin qeyd etdiyiniz kimidirsə, o zaman kommersial sığortanın bu növü qadağandır. Çünki burada son dərəcə yüksək zərər və qumar (bir tərəf udur, digəri uduzur) var. Bunların hər ikisi də böyük günahlardır.

Allahın salamı və salavatı peyğəmbərimiz Muhəmmədə sallallahu aleyhi və səlləm, onun ailəsinə və səhabələrinin üzərinə olsun.

Fətəvə İsləmiyyə cild 5, səh.20-21


Tarix: 05.04.2013 / 20:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 105 Bölmə: Maraqlı melumatlar
loading...