beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İmam Hüseyn (ə.s) Haqqında Hədislər

İMAM HÜSEYN (ə.s) HAQQINDA HƏDİSLƏR

1-"Hüseyn məndəndir, mən də Hüseyndənəm; Hüseyni sevəni Allah sevsin."

2-Rəsulullah (s.ə.s) bir gün İmam Hüseynin əlindən tutaraq belə buyurdu:
"Ey camaat! Bu Hüseyn min Əlidir; Onu tanıyın; canım əlində olan Allaha and olsun ki Hüseyn cənnətdədir, Onu sevənlər də cənnətdədir, Onu sevənləri sevənlər də cənnətdədir."

3-"Kim cənnət gənclərinin əfəndisinə baxmaq istəyirsə, Hüseyn min Əliyə baxsın."

4-"Hüseyn məndəndir, mən də Hüseyndənəm. Hüseyni sevəni Allah sevər."

5-Kim, göy əhli üçün yer üzü əhlinin ən seviləninə baxmaq istəyirsə, Hüseynə baxsın."


6-"Hüseyn məndəndir; o mənim oğlum və övladım, qardaşından sonra insanların ən üstünüdür; o Müsəlmanların İmamı, möminlərin mövlası, aləmlərin Rəbbinin xəlifəsidir; kömək diləyənlərin köməyinə qaçan, sığınacaq axtaranların sığınacağı və Allahın yaratdıqlarına olan hüccətidir; o, cənnət gənclərinin əfəndisi və ümmətin babıdır (qapısıdır); onun əmri mənim əmrim; ona itaət mənə itaətdir; ona uyan məndəndir; ona üsyan edən məndən deyil."

7-"Bir gün Peyğəmbər (s.ə.s), Hüseyn(ə.s)i qucağına oturdaraq belə buyurdu: "Hüseynin şəhadəti üzərə möminlərin ürəyində bir eşq vardır, o eşq əsla soyumaz."
Sonra buyurdu ki: "Atam, hər gözyaşının sonu olana (Hüseynə) fəda olsun."
Ey Rəsulullahın nəvəsi, hər gözyaşın sonu nədir? Dediklərində; "Onu anan hər mömin, mütləq ağlar" buyurdu.

8-Bəra Min Azıb deyir ki: Rəsulullahı (s.ə.s) Hüseyni (kürəyində) daşıyarkən gördüm, belə buyurmaqda idi: ‘'Allahım! Mən onu sevirəm sən də sev.''

9- Həsən və Hüseyn Cənnət Gənclərinin əfəndiləridirlər. Ataları isə onlardan daha üstündür.

10- Həsən və Hüseyn Cənnət Gənclərinin əfəndiləridirlər.


11- Cəlaləddin Siyuti, İbrahim və Zeyd ibni Ziyaddan nəql etmişdir ki: "Səma tək Hz. Yəhya peyğəmbər (ə.s) və İmam Hüseyn (ə.s) üçün ağladı. Ağlaması isə onda olan qırmızılıqdır. Hz. Yəhya (ə.s) öldürüldüyündə, səma qırmızılaşdı və göydən qan damladı; Hz. Hüseyn (ə.s) də öldürüldüyündə, səma qırmızılaşdı."

12- İmam Cəfər ibni Məhəmməd (ə.s):

"Hz. Hüseynin (ə.s) qəbiri ətrafında dörd min mələk (bir başqa rəvayətə görə isə yetmiş min mələk) toza bulanmış və qəmli bir halda qiyamətə qədər Hz. Hüseynə (ə.s) ağlayacaqlar."

13- İbni Əbi Ziyad belə rəvayət etmişdir:
"Bir gün Rəsulu Əkrəm (s.ə.s), arvadı Aişənin evindən çıxıb, qızı Hz. Fatimənin (ə.s) evinin qarşısından keçərkən oğulu İmam Hüseynin ağladığını eşitdi. Cənabı Fatiməyə (ə.s) "Bilməzsənmi ki Hüseynin ağlayışı məni incidər." deyə buyurdu."

14- İbni Abbas, Allah Təalanın Rəsulullaha (s.ə.s) belə vəhy etdiyini nəql edir:
"Yəhya ibni Zəkəriyyənin qanı üçün yetmiş min adam öldürdüm; Hüseynin qətli üçünsə bunun iki misli adam öldürəcəyəm."


Tarix: 04.06.2013 / 19:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 126 Bölmə: Maraqlı melumatlar