Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həcc-Həccin rükunları,Həccin vacib əməlləri,Təvaf etməyin şərtləri,

Həccin rükunları

Həccin vacib əməlləri

Təvaf etməyin şərtləri

Səfa və Mərva arasında səy etməyin (dövrə vurmağın) şərtləri

Həccin rükunları

1. Niyyət etmək: Uca Allah buyurur: «Halbuki onlara əmr edilmişdir ki, Allaha – dini yalnız Ona məxsus edərək ibadət etsinlər...»[1]. Həmçinin Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: «Həqiqətən əməllər niyətlərə görədir»[2].
2. Ərəfada dayanmaq: Demək, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Həcc, ərəfada dayanmaqdır»[3]. Həmçinin Urvə ət-Taiy (Allah ondan razı olsun) deyir ki, Muzdəlifədə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəldim və o namaza gələrkən dedim: Ey Allahın elçisi, mən Tay dağından gəlmişəm. Miniyimi çapıb, nəfsimi yorub gəlmişəm. Allaha and olsun, qarşıma çıxan hər təpənin üzərində dayanmışam. Mənim həccim məqbuldurmu? Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «Kim bizim qıldığımız bu namazı qılsa və biz yola düşənə qədər burada gözləsə, ondan qabaq da günüz və ya axşam vaxtı Ərəfada dayanıbsa həcci tamamlanmış, borcunu başdan etmişdir[4].
3. Sübh açılana qədər Muzdəlifədə gecələmək və sübh namazını orada qılmaq: Demək, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ötən hədisdə Urvəyə (Allah ondan razı olsun) belə demişdi: «Kim bizim qıldığımız bu namazı qılsa və biz yola düşənə qədər burada gözləsə, ondan qabaq da günüz və ya axşam vaxtı Ərəfada dayanıbsa həcci tamamlanmış, borcunu başdan etmişdir[5]».
4. İfadə təvafı:
Uca Allah buyurur: «...qədim evi (Kəbəni) təvaf etsinlər!»[6]
Aişə (Allah ondan razı olsun) deyir ki, Səfiyyə bint Huyey[7] ifadə təvafından sonra aybaşı olmuşdu. Mən bu haqda Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) soruşdum və o dedi: «O bizi burada saxlamaq istəyir?» Mən dedim: Ey Allahın elçisi, o, ifadə təvafını edib və bundan sonra aybaşı olub. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «Elə isə (evinə-eşiyinə) yola düşsün»[8].
Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun), «O bizi burada saxlamaq istəyir?» - sözləri dəlalət edir ki, bu təvaf mütləq edilməlidir. Belə ki, bu təvafı etməyən insan Məkkədən çıxa bilməz.
5. Səfa və Mərva arasında səy (təvaf) etmək: Belə ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu yerdə səy etmiş və demişdir: «Səy edin, Allah sizə səy etməyi vacib etmişdir»[9].

Həccin vacib əməlləri
1. Miqatda, əynində olan adi paltarları çıxarıb ehram paltarını geyinmək və “Ləbbeykə Allahummə bi umrətin” (Allahım ümrəyə niyət edirəm) yaxud, “Ləbbeykə Allahummə həccətən və umrətən” (Allahım həcc və ümrə etməyə niyət edirəm) - deyib niyyət etmək.
2. Təşriq (zülhiccənin 11, 12 və 13-cü) günləri minada gecələmək: Belə ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu günləri minada gecələyərdi. «Bununla belə Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dəvə otaran çobanlara Minada gecələməməyə icazə vermişdi. Amma onlar bayram günü, bayramın səhəri, həmçinin o biri günü və sonuncu gün (yəni, zülhiccənin 10, 11, 12 və 13-cü günləri) gəlib daş atmalıdırlar»[10].
Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yalnız bu insanlara icazə verməsi digərlərinə bunun vacib olması deməkdir.
3. Daşların ardıcıllıqla atılması:
Bayram günü “Cəmərətul Əqəbə”yə yeddi daş atılmalıdır. Təşriq günləri hər üç cəmaratın hərəsinə yeddi ədəd daş atılır və bu, hər gün günortadan sonra edilir. Ardıcıllıq isə belə olmalıdır: İlk olaraq birinci cəmərat, sonra orta cəmərat, sonra isə “Cəmərətul əqəbə”.
4. Vida təvafı:
Demək İbn Abbas (Allah ondan razı olsun) deyir ki, «İnsanlara sonuncu olaraq Kəbəni təvaf etmək əmr olunmuşdur. Yalnız heyzli qadınlara rüsxət verilmişdir»[11].
5. Saçı qırxmaq və ya qısaltmaq:
Saçın qırxılması və ya qısaldılması Quran, sünnə və alimlərin yekdil rəyi ilə təsdiq edilmişdir.
Uca Allah buyurur: «And olsun ki, Allah-təala Öz Peyğəmbərinin (Məkkə fəthi) röyasının çin olduğunu təsdiq etdi. (Ey möminlər!) Siz, inşallah, əmin-amanlıqla, (bəziniz) başınızı qırxdırmış, (bəziniz saçınızı) qısaltmış halda və (müşriklərdən) qorxmadan Məscidülhərama daxil olacaqsınız»[12].
Abdullah ibn Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Allahım saçlarını qırxanlara rəhm et!» Orada olanlar: “Ey Allahın elçisi, bəs saçlarını qısaldanlar?” Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yenə, «Allahım saçlarını qırxanlara rəhm et!» - deyərək dua etdi. Orada olanlar təkrarən: “Ey Allahın elçisi, bəs saçlarını qısaldanlar?” Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yenə, «Allahım saçlarını qırxanlara rəhm et!» - deyərək dua etdi. Orada olanlar təkrarən: “Ey Allahın elçisi, bəs saçlarını qısaldanlar?” Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun), «Saçlarını qısaldanlar da!» - deyərək dua etdi[13].
Fiqh alimləri saçı qırxmaq və qısaltmaq haqqında müxtəlif fikirlər söyləmişlər. Əksər alimlər bunun vacib olmasını və bu əməli tərk edənin əlavə qurban kəsməsini vurğulamışlar. Şafii məzhəbinin alimləri isə bunu həccin bir rükunu sayırlar.
Şeyx Albaninin mənə dediyinə görə bu ixtilafın səbəbi, hər iki tərəfdə bu haqda qəti dəlilin olmamasıdır.

Təvaf etməyin şərtləri[14]
İbn Abbas (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kəbəni təvaf etmək namaz qılmaq kimidir. Fərq sadəcə sizin təvafda danışmağınızdadır. Kim təvaf zamanı danışarsa, xeyirli sözlərlə danışsın»[15].
Əgər təvaf namazdırsa, demək onun düzgün olması üçün şərtlər olmalıdır:
1. Böyük və kiçik natəmizlikdən təmizlənmək: Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Allah, dəstəmazsız qılınan namazı qəbul etməz»[16].
Həmçinin, Aişə (Allah ondan razı olsun) həcc zamanı heyz olarkən Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ona demişdi: «Həcilər edən əməlləri et, amma qüsl alana qədər Kəbəni təvaf etmə»[17].
2. Övrət yerlərini örtmək: Uca Allah buyurur: «Ey Adəm oğulları! Hər bir ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən) gözəl libaslarınızı geyin...»[18].
Həmçinin Əbu Hureyrə (Allah ondan razı olsun) deyir ki, vida həccindən bir il qabaq Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) tərəfindən həcc rəhbərliyinə başçı təyin olunan Əbu Bəkr əs-Siddiq (Allah ondan razı olsun) qurban günü məni (Əbu Hureyrəni), bir dəstə ilə bərabər, insanlara: “bu ildən sonra heç bir müşrik həcc etməyəcək! Heç kəs Kəbəni lüt-üryan təvaf etməyəcək!” – xəbərini çatdırmağı əmr etdi[19].
3. Təvaf, tam yeddi dövrə olmalıdır: Çünki Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) təvafını yeddi dövrə edərdi. Demək, İbn Ömər (Allah ondan razı olsun) demişdir: «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) gəlib Kəbəni yeddi dəfə təvaf etdi, sonra İbrahim Məqamının arxasında iki rükət namaz qıldı, Səfa və Mərva arasında dövrə vurdu». Daha sonra İbn Ömər dedi: «Həqiqətən, Allahın Rəsulu sizin üçün çox gözəl örnəkdir!»[20]. Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu hərəkəti uca Allahın, «...qədim evi (Kəbəni) təvaf etsinlər!» – ayəsinin məqsədini açıqlayır.
Təvafın yeddi dövrəsindən nə isə tərk edilərsə, bu düzgün sayılmaz. Əgər neçə dəfə dövrə etdiyini dəqiq bilməsə onda tam yəqin olmaq üçün az saydan götürsün.
4. 5. Kəbə sol tərəfdə olmaqla, təvafı qara daşdan başlayıb orada da bitirmək:
Demək Cabir (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Kəbəyə gəldi. Əlini qara daşa sürtdü və evin sağ tərəfi ilə təvaf etməyə başladı. Təvafın birinci üç dövrəsini iti, qalan dördünü isə adi yerişlə yeridi».
Əgər təvaf edərkən Kəbə sağ tərəfdə olarsa təvaf düzgün sayılmaz.
6. Təvaf, evin xaricində olmalıdır: Çünki uca Allahın, «...qədim evi (Kəbəni) təvaf etsinlər!» – ayəsi, bütün evi təvaf etmək anlamına gəlir. Əgər təvaf edərkən “Hicri İsmail”dən keçərsə onun təvafı düzgün sayılmaz. Çünki Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir ki, «hicr (Hicri İsmail) də kəbədəndir»[21].
7. Təvafı fasiləsiz və ardıcıl etmək: Çünki Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə təvaf etmiş və demişdir: «Həcc ibadətini məndən öyrənin».
Əgər kimsə dəstəmaz almaq, fərz namazı qılmaq və ya bir az dinlənmək üçün təvafı dayandırarsa təvafını davam etsin. Əgər fasilə uzun olarsa o zaman təvafı yenidən başlasın.

Səfa və Mərva arasında səy etməyin (dövrə vurmağın) şərtləri
Səyin doğru olması üçün şərtlər bunlardır:
1. Səy, təvafdan sonra olmalıdır.
2. Səy, yeddi dövrə olmalıdır.
3. Səfadan başlayıb, mərvada bitirmək.
4. Səy, Səfa və Mərva arasında düzəldilmiş xüsusi zolaqda icra edilməlidir.
Bütün bunlar Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) həcc zamanı etdiyindən və «Həcc ibadətini məndən öyrənin!» – sözlərindən götürülmüşdür:.


[1] əl-Bəyyinə: 5.
[2] Buxari: 1/ 9/ ? 1. Müslim: 3/ 1515/ ? 1907. Əbu Davud: 6/ 284/ ? 2186. Tirmizi: 3/ 100/ ? 1698.İbn Macə: 2/ 1413/ ? 4227. Nəsai: 1/ ? 59.
[3] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 2441. Tirmizi: 2/ 188/ ? 890. Nəsai: 5/ 264. İbn Macə: 2/ 1003/ ? 3015. Əbu Davud: 5/ 425/ ? 1933.
[4] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 2442. Tirmizi: 2/ 188/ ? 892. Əbu Davud: 5/ 427/ ? 1934. İbn Macə: 2/ 1004/ ? 3016. Nəsai: 5/ 263.
[5] Ötən mənbələr.
[6] əl-Həcc: 29.
[7] Bu qadın Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) həyat yoldaşlarından biri idi.
[8] Buxari: 3/ 567/ ? 1733. Müslim:
[9] Hədis səhihdir. əl-İrva: ? 1072. Əhməd: 12/ 76/ ? 277. Hakim: 4/ 70.
[10] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 2463. Əbu Davud: 5/ 451/ ? 1959. Tirmizi: 2/ 215/ ? 962. İbn Macə: 2/ 1010/ ? 3037. Nəsai: 5/ 573.
[11] Buxari: 3/ 585/ ? 1755. Müslim: 2/ 963/ ? 1328.
[12] əl-Fəth: 27.
[13] Buxari: 6/ 393/ ? 1727. Müslim: 4/ 81/ ? 3206.
[14] Fiqhus Sünnə: 1/ 588. Mənarus Səbil: 1/ 263.
[15] Hədis səhihdir. əl-İrva: ? 121. Tirmizi: 2/ 217/ ? 967. İbn Xuzeymə: 4/ 222/ ? 2739. İbn Hibban: 247/ 998. Darimi: 1/ 374/ ? 1854. Hakim: 1/ 459. Beyhəqi: 5/ 85.
[16] Hədis səhihdir. Səhih Müslimin müxtəsəri: 104. Müslim: 11/ 204/ ? 224. Tirmizi: 1/ 3/ ? 1.
[17] Buxari: 3/ 504/ ? 1650. Müslim: 2/ 873/ ? 1211.
[18] əl-Əraf: 31.
[19] Buxari: 1/ 477/ ? 369. Müslim: 2/ 982/ ? 1347. Əbu Davud: 5/ 421/ ? 1930. Nəsai: 5/ 234.
[20] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 2394. Buxari: 3/ 487/ ? 1627. İbn Macə: 2/ 986/ ? 2959.
[21] Buxari: 2/ 573/ ? 1507. Müslim: 4/ 100/ ? 3313. Müstədrəki Hakim: ? 1688. Beyhəqi: 9587. (tərc.)


Tarix: 01.05.2013 / 17:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 295 Bölmə: Maraqlı melumatlar
loading...