Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Günahların günah edənin ailəsi üzərində təsiri var?

sual- Valideynlərim deyir ki, mən günah edəndə bu günahın bütün ailə üzərində təsiri olur. Son vaxtlar onlar bəzi çətin dörvrlər yaşayıblar. Belə ki, oğrular pulumuzu oğurlayıb və həmçinin cərimə ödəmişik. Mənim günahlarım və yaxud keçmişdə etdiyim günahlar bunun səbəbi ola bilər mi? Məncə bu düzgün deyildir, əgər Allah qorusun anam bir günah etsə yəni onun təsiri bütün ailəyəmi sirayət edəcək?

Cavab-Həmd Allaha məxsusdur.

Heç bir şəxs digər şəxsin günahlarına görə cəzalandırılmır. Hər bir kəs öz günahlarına görə hesaba çəkiləcəkdir. Allah təala buyurur: “Heç bir günahkar başqasının günahını daşımaz. Günah yükü ağır olan kimsə yükünü daşımaq üçün (başqa birisini köməyə) çağırsa və (çağırılan adam onun) yaxın qohumu olsa belə, o yükdən bir şey daşınmaz”. (Fatir 35:18)

Lakin ata və yaxud ana bir günah etsə, ailə üzvləri o günahı özləri üçün nümunə götürərək o günahı təkrar edə bilərlər.

Fətvalar məcmuəsi, əl-Şeyx İbn Bəz, 2/160

Bununla belə günah edənin günahının nəticələri, təsiri onun özündən başqa ailə üzvlərinə də təsir edə bilər. Bu da günah edən üçün bir cəza və yaxud onun ailəsi üçün bir imtahan, sınaq ola bilər. Allah təala insanın günahlarını silmək üçün onu bəla ilə imtahana çəkir. Allah təala həmçinin insanları nemətlərlə də imtahana çəkə bilər. Allah buyurur: “(Dözüb-dözməyəcəyinizi, şükür edəcəyinizi, yaxud nankor olacağınızı) yoxlamaq məqsədilə Biz sizi şər və xeyirlə (xəstəlik, yoxsulluq, ehtiyac və sağlamlıq, var-dövlət və cah-cəlalla) imtahana çəkərik”. (əl-Ənbiya 21:35)

Məsələ nə cür olursa-olsun, müsəlman günahdan çəkinməlidir ki, o Allahın qəzəbinə düçar olmasın. Allah daha yaxşı bilir.

Şeyx Muhəmməd Salih əl-Münəccid



Muhammad Saleh əlMunəccid


Tarix: 06.04.2013 / 15:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 152 Bölmə: Maraqlı melumatlar
loading...