Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

:ƏXLAQIN SƏRHƏDLƏRİ:::

ƏXLAQ`ın öz sərhədləri var. Nə vaxt bu sərhədlər aşılacaq olsa, düşmənçilik hissləri baş qaldırar. Nə vaxt əksinə, əxlaqdan əsirgəmələr olsa, o zaman isə, (davranışlarda) naqislik və alçaqlıq baş qaldırar..

QƏZƏB`in də, bir sərhədi var. O - təriflənmiş qəhrəmanlıq duyğularından və rəzillikdən xilas olmaqdır. Məhz bu, şübhəsiz ki, qəzəb`in nə qədər naqis bir hissiyyat olmasını isbat edir. Qəzəblənmiş kimsə əgər sərhədi aşacaq olsa, həddi aşar və zalımlaşar. Əgər qəzəbini tamamilə ortadan qaldırsa, bu təqdirdə isə, qorxaqlaşar və rəzilliyə düçar olar..

ÇALIŞQAN olmanın da bir sərhədi vardır. Bu isə, o deməkdir ki, artıq dünya işləri yolunda gedir və arzu edilənlər əldə edilib. Nə vaxt ki, bundan bir şey azalacaq olsa, o təqdirdə uğursuzluq və hədəflərin puç olması ortaya çıxar. Nə vaxt bu çalışqanlıq həddindən artıq çoxalarsa, o zaman, acgözlük və təriflənməyən şeylərə rəğbət duyğusu meydana gələr..

HƏSƏD`in də, sərhədi var. Bu da, (nəyisə) tam əldə etmək üçün yarışmaq və həsəd etdiyindən daima öndə olmağı arzulamaqdır. Nə vaxt bu sərhədi aşsa, o zaman zülm və həddi aşmaq təhlükəsi ortaya çıxar. Hətta, həsəd etdiyi kimsənin mal-dövlətinin yox olmasını arzu edər, ona əziyyət vermək arzusuyla alışıb yanar. Nə vaxt bu sərhəddən bir şey azalacaq olsa, o zaman vəziyyət tamamilə dəyişər - düşüncəsi zəyifləyər və nəfsi kiçilər..
Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) belə buyurur:
"..Həsəd ancaq iki kimsəyə edilər.. Bir adama ki, Allah ona mal vermişdir; o da bu malı haqq yolunda xərcləyər.. və bir adama ki, Allah ona elm bəxş etmişdir və həmin adam bu elmlə əməl edər və onu insanlara öyrədər.."
(Buxari (73) və Muslim (817) rəvayət etmişdir.)
Məhz bu, həsəd edən kimsənin, həsəd duyduğu kimsə kimi olmağı arzu edib, onunla yarışdığı həsəd növüdür. Həsəd edən kimsənin, həsəd etdiyi kəsdə gördüyü (və özü üçün arzu etdiyi) şeyin tələf olmasını diləməsi, onun zillətini göstərir. Yuxarıdakı hədisdə bildirilən həsəd növü isə, bununla əlaqəli deyildir..

ŞƏHVƏT`in də, bir sərhədi var. Bu, qəlb və ağılın, (Allaha) itaətin çətinliyindən rahatlaması və yüksək məqama çataraq, fəzilətləri qazanmasıdır. Nə vaxt bu sərhəd aşılsa, o zaman insan acgöz və heç bir şeydən doymaz olar. Bunun nəticəsində bu kimsə heyvanların səviyyəsinə qədər enər. Nə vaxt bu sərhəddən bir şey azalacaq olsa, o təqdirdə zəifləyər, acizləşər və zəlil olar..

RAHATLIĞ`ın da, bir sərhədi var. Bu - nəfsin rahatlaması, idrak etmə qüvvətini qazanması, yerinə yetirə bilmə gücünə sahib olması və bu istiqamətdə hərəkət etməsidir. Bu sərhəd qorunarsa, yorğunluq və (onun) əlamətləri olduqca zəifləyər. Nə zaman bu sərhəd aşılsa, tənbəllik ortaya çıxmaqla, insanın bir çox faydalı işlərini məhv edər. Nə vaxt bundan bir şey azalacaq olsa, gümrahlığı zəiflədərək yorğunluğu gücləndirəcək bir fəsad ortaya çıxar və hətta onu tamamilə məhv edə bilər. Eynilə əliverişsiz bir ərazidə olduğu kimi. Nə qazılmağa münasib bir torpağı, nə də üzərində tərəvəz və bitkilərin yetişəcəyi bir münbitliyi vardır..

CÖMƏRDLİY`in də, iki yönlü olaraq bir sərhədi vardır. Nə vaxt sərhədi aşsa, israf və bədxərclik baş qaldırar. Nə vaxt ondan bir şey azalacaq olsa, o təqdirdə xəsislik ortaya çıxar..

QƏHRƏMANLIĞ`ın da, bir sərhədi vardır. Nə vaxt bu sərhədi aşsa, hər bir canlıya ziyan vurmaq təhlükəsi ortaya çıxar. Nə vaxt ondan bir şey azalacaq olsa, qorxaqlıq meydana gələr. Bunun sərhədi isə, önə keçiləcək yerlərdə önə keçmək, təhlükəli yerlərdə isə, dayanmaqdır. Müaviyə`nin Amr b. As`a (radıyallahu anhum) dediyi kimi:
"Mənə kömək et ki, bilim - sən qəhrəmansan yoxsa qorxaq.. Önə keç, mən də sənin haqqında "İnsanların ən qəhrəmanı" deyim.. vəya qorxaq olduğunu etiraf et ki, sənin haqqında "İnsanların ən qorxağı" deyim.."
Amr b. As isə, belə cavab verdi:
"Vəziyyətə görə qəhrəman, vəziyyətə görə qorxaq.."

UZAQ DURMA`nın da, bir sərhədi var. Əgər bu sərhəd aşılacaq olsa, töhmət pis zənn ortaya çıxar. Əgər ondan bir şey azalacaq olsa, o zaman da qafillik və həyasızlıq əlamətləri ortaya çıxar..

TƏVAZÖKAR`lığın da, sərhədi vardır. Bu sərhəd aşılacaq olsa, zillət və alçaqlıq ortaya çıxar. Nə vaxt ki ondan bir şey azalacaq olsa, qürur və öyünməyə doğru gedər..

İZZƏT`in də, bir sərhədi vardır. Sərhəd aşılacaq olsa, qürur və qınanmış, bəyənilməyən bir əxlaqa çevrilər. Əgər azalsa, mənliyin alçalmasına yönələr..

İŞLƏRİN ƏN XEYİRLİ OLANI - ORTA YOLLU OLANIDIR. Bunun qaydası və ölçüsü ədalətdir. Bu, ifrat və təfridə düşmədən, VASAT olanı əldə etmək deməkdir. Lüğət alimləri “VASAT” sözünü əsas olaraq 2 məna ilə izah edirlər:
1.Ədalətli,
2.Ən xeyirli.
Bu 2 məna bu sifətin olduqca kamil olmasını isbat edir. Orta yol - ən ədalətli və ən xeyirli yoldur. Uca Allahın insanları “Vasat” (orta yolu seçən) olmağa çağırması da, bu səbəbdəndir.

Şübhəsiz ki, dünya və axirət faydalarını əldə etmək, yalnız bu yolda olmaqla mümkün ola bilər. Bədənin sağlam olması da, yalnız bununla (orta yol ilə) ola bilər. Çünki, nə vaxt insanın bədənindən bəzi əlamətlər azalacaq olsa, o ölçü nisbətində, həmin kimsənin səhhət və qüvvətində naqisliklər ortaya çıxar. Təbii olan feillər də, belədir.
Məsələn; yuxu, yorğunluq, yemək, içmək, cima etmək, gəzmək, idmanla məşğul olmaq, tək qalmaq və insanlar arasında olmaq və s. Bəyənilməyən hər iki istiqamətə də getməməklə, bu iki yol arasında qalıb orta yolu tutularsa, bu ədalət olar. Əgər bu bəyənilməyən iki istiqamətdən (ifrat-təfrid) birinə yönələrsə, yalnız naqis olan əməllər ortaya çıxar və peşmanlıqla nəticələnər..
ŞÜBHƏSİZ Kİ, ELMLƏRİN ƏN ŞƏRƏFLİ VƏ ƏN FAYDALI OLANI - SƏRHƏDLƏRİ BİLMƏKDİR.. Xüsusilədə Dinimiz olan İslam`da əmr olunan və qadağan edilən şeylərin sərhədini bilmək. İnsanların ən savadlı olanlar, şübhəsiz ki, bu sərhədləri ən yaxşı bilənlərdir. Orada olmayanlar, tutmuş olduqları bəyənilməyən istiqamətlərdən dönməyənə qədər ora girə bilməzlər və orada olanlar da, Allahın izniylə oradan çıxa bilməzlər. Bu elmdən məhrum olmağın səbəbi isə, günahlardır..
Uca Allah belə buyurur:
"Bədəvilər inkar və münafiqlik baxımından daha betərdirlər. Bununla birlikdə Allahın, Rəsuluna endirdiyi (hökmlərin) sərhədlərim bilməməyə daha uyğundurlar. Allah alimdir, hakimdir." (Tövbə, 97)
Şübhəsiz ki, insanların ən ədalətli olanı - istər məlumat, istərsə də əməl baxımından, əxlaqın, xeyirli əməllərin və düzgün qanunların sərhədlərini bilənlərdir..

Müvəffəqiyyət Allahdandır..


------------------------
Ayxan Məmmədəlioğlu
(Bu yazıda İbn`ul Qeyyim əl-Cəvziyyə`nin “əl-Fəvaid” adlı kitabından geniş şəkildə istifadə etdim.)


Tarix: 08.04.2013 / 20:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 395 Bölmə: Maraqlı melumatlar
loading...