beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏSMƏUL HUSNƏ (ƏN GÖZƏL İSİMLƏR)-ƏZİZ

əl-Aziz – Qiymətli, izzət sahibi, möhtərəm, qüvvətli, heç vaxt yenilməyən, üstün, uca, şərəf sahibi. Azzə - kökündən gəlməkdədir. Hər şeyə gücü çatandır. İzzət – tam olaraq zillətin, düşkünlük, aşağı olmaq, acizliyin ziddidir. «O, Əzizdir, Həlimdir (yenilməz qüvvət və hikmət sahibidir)». (əl-Həşr 22-24). O, izzətinin mükəmməliyi ilə qullarına hökm edən və bu hökmü onlar üzərində icra edəndir. Allah qullarının qəlblərini və iradələrini dilədiyi tərəfə çevirəndir. O, dilərsə qul ilə qəlbi arasına girər. Qurani Kərimdə 91 yerdə keçməkdədir. Heç vaxt tək zikr edilməmiş. Başqa bir isimlə zikr edilmişdir. Bu İsmin keçdiyi 91 ayədən 50-si Məkkədə, 41 isə Mədinə surələridir.


Tarix: 05.05.2013 / 13:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 26 Bölmə: Maraqlı melumatlar