beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əshabələrin Rəsulullah Sevgisi

Səmimi bir sevən kimsə sevdiyinin yolunda rahatlığını, canını və sahib olduğu şeyləri fəda etmək fürsətini əldə etməyi böyük bir şövq və istəklə arzular. Peyğəmbər – sallallahu aleyhi və səlləm – i səmimiyyətlə sevən səhabələr onun yolunda fədakarlıqları göz qamaşdırıcı şəkildədir. Onlardan sonra gələnlər arasında onu sevənlər də qəlblərində o, böyük sevinci və çox qiymətli arzunu əldə etmədiklərindən ötrü həsrət içindədirlər. Aşağıda fədakarlığın, sevgi və bağlılığın, iman və ehsanın insanı şərəfləndirən bəzi hərəkət və davranışlarını qeyd edəcəyik. Aləmlərin Rəbbinin həbibi öz həbiblərinə duyduğu sevgidə səmimi olan xeyirli kimsələrə davranışı.

1) Əbu Bəkr əs-Sıddıq – radıyallahu anhu – nun Peyğəmbər – sallallahu aleyhi və səlləm – üçün qorxaraq ağlaması:
Suraka b. Malik, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə Əbu Bəkr – radıyallahu anhu – ya hicrət vaxtı çatır. Onlara yaxınlaşdıqda Əbu Bəkr – radıyallahu anhu – izdirabla ağlayır, lakin özü üçün qorxduğundan deyil, Allahın Rəsulu Muhəmməd – sallallahu aleyhi və səlləm – üçün qorxduğundan ağlayırdı. İmam Əhməd, bu qissəni Bəra b. Azim – radıyallahu anhu – dan belə rəvayət edir. Əbu Bəkr – radıyallahu anhu – dedi ki, biz yola düşdük. Qövmümüz isə bizi təqib edirdi. Bizə sadəcə atı üzərində Suraka b. Məlik b. Cuşam çata bildi. Mən: “Ey Allahın Rəsulu! Bizi təqib edən bu adam bizə çatır” dedi. Peyğəmbər: “Üzülmə şübhəsiz ki, Allah bizimlə bərabərdir” deyə buyurdu. Nəhayət bizə yaxınlaşdı. Bizimlə onun arasında bir və ya iki, ya da üç mizraq boyu məsafə qaldı. Mən: “Ey Allahın Rəsulu! Bizi təqib edən adam artıq bizə çatdı” dedim. Peyğəmbər: “Nə üçün ağlayırsan” deyə buyurdu. Mən: “Allaha and olsun ki, özüm üçün ağlamıram, sənin üçün ağlayıram” dedim. Peyğəmbər – sallallahu aleyhi və səlləm – Surakaya bəd dua edərək: “Allahım dilədiyin şəkildə onun şərrini bizdən uzaqlaşdır”. Atın ayaqları sərt bir ərazidə qarnına qədər torpağa batdı...(1)

2) Miqdad b. əl-Əsəd – radıyallahu anhu – döyüş əsnasında Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanında hazır durması:
Sevgisində səmimi olan digər bir kimsəni görürük. Bu da döyüş əsnasında Allah Rəsulu – sallallahu aleyhi və səlləm – ilə birlikdə yan-yana durmak üçün hazır olduğunu göstərməkdədir. İmam Buxari, bu hadisəni Abdullah b. Məsud – radıyallahu anhu – nun yolu ilə rəvayət edir. İbn Məsud – radıyallahu anhu – deyir ki: “Mən Miqdad b. Əsəd – radıyallahu anhu – nun halına şahid oldum. Əgər mən onun vəziyyətdə ola bilsəydim bu mənim üçün hər bir şeydən əziz olardı və ya (onun yerində olmaq üçün hər şeyi fəda etmək istərdim). O, müşriklərə bəd dua edən Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə yaxınlaşaraq: “Bizlər Musa - əleyhissəlam – ın qövminin dediyi kimi: “Sən və Rəbbin gedin və savaşın” (əl-Maidə 24). demirik. Lakin bizlər sənin sağında, solunda, önündə və arxanda döyüşürük. Bu sözlərdən sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – in üzünün sevincini gördük”(2)
Miqdad – radıyallahu anhu – nun bu fədakarlığını söyləyən İbn Məsud – radıyallahu anhu – nun belə bir şərəfə nail olmaq arzu və istəyini də görürük. Bu da onun bu sözlərində ortaya çıxır: “Mən Miqdad b. Əsəd – radıyallahu anhu – nun bir hərəkətinin şahidi oldum. Belə bir halda olmaq qarşılığında hər şeyi verməyi arzu edərdim”. İbn Həcər – rahmətullahi aleyhi – bunu açıqlayarkən deyir: “Belə bir sözləri söyləyən kimsə bu halın qarşılığında nə olursa olsun bir çox şeyləri əldə etmək arasında seçimdə sərbəst buraxılırsa əlbəttə ki, belə bir halda olmağı daha çox sevərdi”(3)

3) Ənsardan on bir nəfərin və Təlhə – radıyallahu anhu – nun Allah Rəsulu Peyğəmbər – sallallahu aleyhi və səlləm – in uğrunda özlərini fəda etmələri:

Uhud döyüşndə bəzi oxçuların əmrə tabe olmayaraq xəta etdiklərini bilirik. Buna görə də yerlərini tərk etdilər. Məkkə (Qureyş) ordusu Xalid b. Valid – radıyallahu anhu – nun başçılığı altında müsəlmanlara arxa tərfdən hücuma keçirlər. Buna görə də müsəlmanların səflərində parçalanma və pozuntu yaranır. Elə bir an gəlir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə birlikdə sadəcə on iki kişi qalır. Müşriklər də Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə və bu on iki kişiyə yaxınlaşırlar. Peyğəmbər – sallallahu aleyhi və səlləm – i səmimiyyətlə sevən bu xeyirli kimsələr sevdikləri o zatı qorumaq üçün nələr etdilər? Bu qissəni bizə İmam Nəsəi, Cabir b. Abdullah – radıyallahu anhu – dan rəvayət edir: “Uhud günü insanlar geriyə qaçarkən Peyğəmbər – sallallahu aleyhi və səlləm – on iki kişi ilə birlikdə idi. Aralarında Təlhə b. Ubeydullah – radıyallahu anhu – da vardı. Müşriklər onlara hücüm etdikdə Peyğəmbər – sallallahu aleyhi və səlləm – bizə tərəf dönüb buyurdu: “Bunlara qarşı kim bizi qoruyar?”. Təlhə: “Mən” deyə cavab verdi. Peyğəmbər: “Sən yerində qal” deyə buyurdu. Bu an Ənsardan bir nəfər: “Mən” dedi. Peyğəmbər: “Sən çıx” deyə buyurdu. O, da öldürülüncəyə qədər vuruşdu. Sonra yenə müşriklərin yaxınlaşdığını gördü və: “Bunlara qarşı kim bizi qoruyar” deyə buyurdu. Təlhə yenə də: “Mən” dedi. Peyğımbır: “Sən yerində qal” deyə buyurdu. Bu an Ənsardan bir nəfər: “Mən” dedi. Peyğımbır: “Sən çıx” deyə buyurdu. O, da öldürülüncəyə qədər vuruşdu. Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu söləri söyləyir, yenə Ənsardan onların qarşısına biri çıxır və öldürülüncəyə qədər özündən əvvəlki kimi onlarla döyüşür. Nəhayət Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə Təlhə – radıyallahu anhu – qaldı. Peyğımbər: “Bunlara qarşı kim çıxar” deyə buyurdu. Təlhə: “Mən” deyə cavab verdi. Təlhə on bir kişinin vuruşduğu kimi döyüşür. Nəhayət əli yaralanır, barmaqları kəsilir və: “Ah” deyir. Peyğəmbər: “Əgər Bismilləh demiş olsaydın insanlar səni görür halda mələklər səni yuxarıya doğru yüksəldərdilər” deyə buyurdu(4)
Allahu Əkbər! Peyğəmbər – sallallahu aleyhi və səlləm – i sevən on bir kişi aləmlərin Rəbbinin də, özlərinin də Həbibi uğrunda canlarını fəda edirlər. On ikinci kişi olan Təlhə b. Ubeydullah – Allah ondan və digərlərindən də razı olsun - Peyğəmbər – sallallahu aleyhi və səlləm – i qoruması asant deyildi. On bir kişinin döyüşdüyü kimi döyüşür və bunun nəticəsində əli çolaq qalır. Çünki o, əli ilə Peyğəmbər – sallallahu aleyhi və səlləm – i qoruyurdu. İmam Buxari, rəvayət etdiyinə görə Qeys b. Əbu Hazm deyir ki: “Mən Təlhə – radıyallahu anhu – nu Uhud günü Peyğəmbər – sallallahu aleyhi və səlləm – i çolaq əli ilə qoruduğunu gördüm”(5)
Muhəmmədin Rəbbinə and olsun ki, Uca Allahın ən sevdiyi və yaradılmışların ən ucası uğrunda çolaq qalan bu əl nə qədər xoşbəxt və nə qədər gözəldir. Bu elm sahibi nə qədər xoşbəxtdir.
Peyğəmbər – sallallahu aleyhi və səlləm – i qoruyarkən çolaq qalan sadəcə əli deyildir. Vücudunun hər tərəfi yara almışdır. Çünki bədənində 70 yara vardı. İmam Əbu Davud Tayalisi, Aişə – radıyallahu anhə – dən, o da Əbu Bəkr – radıyallahu anhu – dan rəvayət edir ki: “Çuxurların birində Təlhə – radıyallahu anhu – nu tapdıq. Mizraq, ox və qılınc zərbələrindən 70 (az) və ya daha çox yara aldığını gördük”(6)
Əbu Bəkr – radıyallahu anhu – Uhud gününü xatırladığı zaman ağlayar və: “O, gün bütünlüklə Təlhənin günü idi” deyərdi . (7)
Allah ondan da, Əbu Bəkr – radıyallahu anhu – dan da, Peyğəmbər – sallallahu aleyhi və səlləm – i səmimi sevən hər kəsdən də razı olsun!

4) Əbu Təlhə – radıyallahu anhu – nun köksünü Peyğəmbər – sallallahu aleyhi və səlləm – in köksünə sipər etməsi:

Nəbi – sallallahu aleyhi və səlləm – i səmimiyyətlə sevən bir başqasının köksünü Allah Rəsulunun köksünə sipər etməsini görürük. Oxlar Peyğəmbər – sallallahu aleyhi və səlləm – in köksünə batacaq an (köksünü Peyğəmbər – sallallahu aleyhi və səlləm – in köksünə sipər edərək) oxlar ona batır. Bu da Uhud döyüşündə olmuşdur. Buxari və Muslim – Allah onlara rəhmət etsin - Ənəs b. Məlik – radıyallahu anhu – dan rəvayət edirlər ki: “Uhud günü bir qism insanlar Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanından uzaqlaşıb geri çəkildilər. Əbu Təlhə – radıyallahu anhu – öz qalxanı ilə Peyğəmbər – sallallahu aleyhi və səlləm – in qarşısında sipər kimi dayanaraq onun yanından uzaqlaşmadı. Əbu Təlhə – radıyallahu anhu – olduqca gözəl ox atan birisi idi. O, gün əlində iki ya da üç yay qırdı. Hər hansı bir kimsə yanında ox torbası olduğu halda onun yanından keçəndə Peyğəmbər: “Təlhə – radıyallahu anhu – nun yanına oxları səpələ” dedi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – isə yüksəkdən döyüşçülərə baxarkən Əbu Təlhə: “Ey Allahın Rəsulu! Anam-atam sənə fəda olsun. Sən baxma. Onların atdıqları oxlar sənə dəyməsindən qorxuram. Məni köksüm sənin köksünə sipərdir”(8)
Allahu Əkbər! Sevən nələr edər, nələri təmənna edər, nələr istər? Aynı – rahmətullahi aleyhi – deyi ki: “Köksüm sənin üçün sipərdir” sözünü açıqlayarkən deyir: “Mənin köksüm sənin köksünün önündədir. Yəni mən sənin önündə durmuşam ki, əgər ox gələrsə mənim köksümə batar, sənin köksünə deyil”(9)
Şeyx Muhəmməd Fuad AbdulBaqi – rahmətullahi aleyhi – deyir ki: “Cümlə bir duadır. Yəni oxlar sənə deyil mənə batsın deyə Allah mənim köksümü onlara daha yaxın etsin” deməkdir(10)

5) Əbu Ducanə – radıyallahu anhu – Peyğəmbər – sallallahu aleyhi və səlləm – in önündə özünü qalxan etməsi:
İbn İshaq – rahmətullahi aleyhi – bizə bir başqa səmimi sevən ilə bağlı rəvayəti açıqlayır. Rəvayət edilir ki, Əbu Ducanə – radıyallahu anhu – bədənini Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə qalxan etmişdi. Oxlar onun belinə batır, o isə Peyğəmbər – sallallahu aleyhi və səlləm – in qarşısından çəkinmirdi. Nəhayət ona batan oxlar çoxaldı”(11)
Başqa rəvayətdə: “O, isə (Peyğəmbər – sallallahu aleyhi və səlləm – in qarşısından) çəkilmirdi”(12)
(Başqa rəvayətdə: Əbu Ducanə – radıyallahu anhu – Peyğəmbər – sallallahu aleyhi və səlləm – qorumağa başladı. Hətta atılan oxlara belini qalxan etdi. Belinə o, qədər oxlar batmışdı ki, sanki bir kirpi belinə bənzəyirdi beli”(13)
Allahu Əkbər! Əbu Ducanə – radıyallahu anhu – Peyğəmbər – sallallahu aleyhi və səlləm – in qarşısında özünü qalxan etməsi, onun qarşısında özünü sipər etməsi, belinə batan oxlara baxmayaraq qarşısından çəkilməməsinə səbəb nə idi? Şübhəsiz ki, bu səbəb Allahın Rəsulu Muhəmməd – sallallahu aleyhi və səlləm – ə hiss edilən səmimi bir sevgidir. Bu o, sevgiliyə görə canını belə fəda etməyə hiss edilən şiddətli bir sevgidir.


(1) Buxari 7/287, H. 3952.
(2) Fəthul Bəri 7/287.
(3) “Səhih Sunən Nəsəi” 2/661, H. 2951. əl-Albani Həsən.
(4) Buxari 4063, 7/359, Fəthul Bəri 7/365.
(5) “Minhatul Mabud Fi Tərtibi Musnədi Tayalisi Əbu Davud” H. 2346, 2/99, “Fəthul Bəri” 7/82-83.
(6) “Minhatul Məbud” 2/99.
(7) Buxari H. 4064, 7/361, Muslim H. 1811, 3/1443.
(8)“Umdətul Qari” 16/274.
(9)Muslim 3/1443-dəki sətir altı.
(10)İbn Hişam “Siyretun Nəbəvi” 3/30, Zəhəbi “Tarixul İslam” s.174-175.
(11)İbn Hazm “Cəvamius Sira” s. 162, Zadul Məad 3/197.
(12)İbn Hişam “Sıra” 2/82.

------------

"RƏSULULLAH SEVGİSİ VƏ ONUN ƏLAMƏTLƏRİ" kitabndan

Türk dilindən tərcümə edən: K.Hüseyn


Tarix: 13.04.2013 / 15:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 494 Bölmə: Maraqlı melumatlar