Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Öz ərinin evindən başqa evdə qadın öz paltarlarını soyuna bilərmi?

Sual-Hədisdə sabit olmuşdur ki, qadına öz ərinin evindən başqa bir evdə paltarlarını soyunması qadağandır. Bu qadağandan məqsəd nədir? Yaxşı, bəs qadın öz ailəsinin və yaxud qohumlarının evində paltarlarını soyuna bilərmi?

Cavab: Həmd Allaha məxsusdur.
İmam Əhməd, İbn Macə və Hakimin (Allah onlara rəhmət etsin) Aişədən (radiyallahu anhə) rəvayət etdiyi hədisdə deyilir: “Hansı qadın öz ərinin evindən başqa bir evdə paltarlarını soyunarsa, qadın onunla Allah arasında olan pərdəni dağıtmışdır”. (yəni, Allah onu ifşa edər).
Əhməd, Təbarani, Hakim və Beyhəqinin (Allah onlara rəhmət etsin) başqa bir ləfzlə (mətinlə) Əbu Ümamədən radiyallahu anhu rəvayət etdikləri hədisdə deyilir: “Hansı qadın paltarlarını soyunarsa (ərinin evindən başqa bir yerdə) Allah ondan Öz örtüyünü dağıdar (yəni, onu ifşa edər)”.
Burada peyğəmbərin sallallahu aleyhi və səlləm bildirmək istədiyi (Allah daha yaxşı bilir) budur:
Öz ərlərinin evindən başqa bir evdə qadınların paltarlarını harada və necə gəldi, övrət yerlərinin görünə biləcəyi tərzdə soyunaraq məsələyə etinasız yanaşmaları və bunun nəticəsində (başqaları tərəfindən) onların əxlaqsız, fahiş əməllər etməklə ittiham olunması kimi şübhələrin və s. qarşısını almaqdır.
Ailəsinin və yaxud məhrəmlərinin evi kimi təhlükəsiz, əmin-aman yerdə paltarlarını soyunmaq, fitnədən uzaq olaraq dəyişmək, dincəlmək, bu kimi mübah məqsədlərə gəldikdə bunda bir qəbahət yoxdur.

Müvəffəqiyyət Allahdandır.
Əl-Ləcnə əd-Dəimə lil Buhus əl-İlmiyyə vəl-İftə 17/224


Tarix: 06.04.2013 / 15:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 59 Bölmə: Maraqlı melumatlar
loading...