beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təyəmmüm

1.Cabir ibn Abdullahdan rəvayət olunur ki, Peyğəmbər, 9sav), buyurmuşdur: «Mənə, məndən əvvəlki Peyğəmbərlərə bəxş edilməyən beş şey bəxş olunmuşdur ki, mən düşmənlərin qəlblərinə vəlvələ salmaqla onlara döyüşdən bir ay öncə qalib gəlirəm. Allah mənə bütün yer üzünü səcdəgah, təmiz və təmizləyən etdi və buna görə də istənilən şəxs namaz vaxtı harada olmasından asılı olmayaraq namazını qılsın».
Müslimin Hüzeyfədən rəvayət etdiyi hədisdə isə deyilir: «Su tapa bilmədiyimiz halda torpaq bizim üçün təmiz və təmizləyəndir».
Əhmədin Əlidən rəvayət etdiyi hədisdə isə deyilir: «Torpaq mənim üçün təmiz və təmizləyən edilmişdir».

2.Əmmar ibn Yasirdən rəvayət olunur ki, Peyğəmbər, (sav), məni iş dalınca göndərmişdir. Cünub oldum, lakin su tapmadım. Heyvan kimi torpaqda ağnadıqdan sonra Peyğəmbərin, , yanına gəldim və hadisəni ona danışdım. O isə: «Sənin üçün kifayət idi ki, əllərini belə edəsən»-deyib, əlini bircə dəfə yerə vurdu, sonra sol əli ilə sağ əlini sürtdü bundan sonra əllərinin içini ovub üzünü sildi.
Hədisi Buxari və Müslim rəvayət etmişdir. Hədisin mətni Müslimindir.
Buxarinin rəvayətində isə deyilir: «Əllərinin içini yerə vurdu, sonra onlara üfürdü və daha sonra onlarla üzünü və əllərini sildi»

3.Əbu Hüreyrədən rəvayət olunur ki, Allahın elçisi,(sav), buyurmuşdur: «Müsəlman on il su tapmasa belə torpaqla təmizlənə bilər. Su tapdıqda isə Allahdan qorxsun və onu dərisinə sürtsün». Hədisi Bəzzar rəvayət etmiş, İbn Qəttan onu səhih hesab etmiş, Dəraqutni isə onu mürsəl adlandırmışdır. Tirmizi buna bənzər hədisi Əbu Zərdən rəvayət etmiş və onu səhih hesab etmişdir.

4.Əbu Səid əl-Xudridən rəvayət olunur ki, iki kişi səfərə çıxır. Namaz vaxtı gəlir, lakin onlarda dəstəmaz almaq üçün su olmur, onlar təmiz qumla təyəmmüm alır, namazlarını qılırlar. Su tapdıqda isə onlardan biri dəstəmaz alaraq namazını yenidən qılır, digəri isə bir dəfə ilə kifayətlənib namazı təkrar qılmır. Sonra isə Allahın elçisinin yanına gəlib başlarına gələn əhvalatı ona danışırlar. O da namazı təkrar qılmayana: «Sən mənim sünnətimə riayət etdin, və sənin namazın tam idi»-deyə cavab verdi, o birisinə isə: «Sən ikiqat savab aldın»-dedi.
Hədisi Əbu Davud və Nəsai rəvayət etmişdir.

5.Cabirdən rəvayət olunur ki, bir kişi başından yara alır, sonra qüsl alıb vəfat edir. Peyğəmbər, (sav), onu barədə belə demişdir: «Onun üçün kifayət idi ki, təyəmmüm alsın, yarasını sarğı ilə bağlasın, sonra ona məsh çəkib bədənin digər üzvlərini yusun». Hədisi Əbu Davud zəif isnadla rəvayət etmişdir. Hədisin kim tərəfindən rəvayət olunması mübahisəlidir.


Tarix: 25.04.2013 / 19:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 184 Bölmə: Maraqlı melumatlar