Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ÖLDÜRÜLƏN ÖLÜM

Sənin gözlərin önündə (bir qoç şəklinə gətirilən) axirətdə ölümü boğazlayarlar. Sən artıq ölümdən əmin olarsan və ondan heç bir zaman qorxmazsan. Sənə Rəbbinin yaxınlığı və Cənnəti ehsan edilmişdir. Rəbbin səndən razı olduqdan sonra bir daha əbədi olaraq Onun qəzəbindən qorxmazsan. Nemətlər içərisində üzərsən, lakin bir daha heç vaxt əzabın gələcəyindən qorxmazsan. Çünki sən dəqiq olaraq bilirsən ki, Əziz və Cəlil olan Allah səni sevir, səndən razıdır və içində qərq olduğun nemətlərdən məmnundur. Allahın səadət yurdu nə müəzzəmdir! Allahın yaxınlıq və himayəsi nə böyükdür!

Ərş səni kölgələndirməkdədir. Mələklər ölümlə sona ərməyən sonsuz bir həyatda, tükənəcək deyə qorxmadığın nemətlər içərisində Rəbbindən sənə daima lütf və ehsanlar gətirərlər. Rəbbinin əzabından əminsən. Səndən razı olduğuna qəti əminsən. Əfvinin sərinliyini ta qəlbinin dərinliyində hiss edirsən. Bu hisslər nə qədər gözəldir! Təsəvvür edə bilirsən?
-----------


Tarix: 13.04.2013 / 17:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 76 Bölmə: Maraqlı melumatlar
loading...