beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏSMƏUL HUSNƏ (ƏN GÖZƏL İSİMLƏR)əl-Adl

əl-Adl – Allah sözündə, felində, qəzasında, qədərində, əmrində, qadağan etməkdə, mükafatlandırmaqda və cəzalandırmaqda doğru bir yol üzərədir. Onun bildirmiş olduğu xəbərlərin hamısı doğrudur. Qəzasının hamısı ədalətdir. «Rəbbinin sözü doğruluq və ədalət baxımından tamamlandı. Onun sözlərini dəyişdirə biləcək yoxdur». (əl-Ənam 115). Allahın sözləri doğru və ədalətli olduğuna görə Özüdə mütləq ədalət sahibidir. Onun ədalət İsmi haqsızlıq və zülm etmə sifətlərini yox edər. Bu üzdən də O, haqsızlıq və zülm edən deyildir. Onun qərarı doğru, hökmü adildir. İbn Məsud (r.a) rəvayət edir ki, Rəsulullah (s.a.v) Huneyn günü qənimətləri bölürdü. Bu bölümdə İslamda yeni olanlara daha çox üstünlük verdi. Bu vaxt bir nəfər: «Vallahi bu iş ədalətli olmadı və Allah rizası bu işdə gözlənilmədi» dedi. Peyğəmbər: «Allah və Rəsulu ədalətli olmasa artıq kim ədalətli ola bilər» deyə buyurdu(Müslim 1062.)

Ubey İbn Kəbb (r.a) deyir ki: «Əgər Allah yerdəki və göydəki bütün varlıqlara əzab etmək istəsəydi onlara əzab edə bilir və buna görə də zülm etmiş sayılmaz. Eyni şəkildə əgər onlara mərhəmət etmək istəsəydi bunu da edə bilirdi və Onun bu rəhməti, qulların əməllərinə qarşılıq deyil onlara olan yaxşılığından sayılardı»
(Əbu Davud 4699. )


Tarix: 05.05.2013 / 13:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 57 Bölmə: Maraqlı melumatlar