beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Duada İsrarlı olmaq

Duada israrlı olmaq - ən təsirli dərmanlardandır. İbn Maca “Sunanə” kitabında Əbu Hüreyradan Allahın Rəsulunun (sav) , belə dediyini rəvayət edir:
“Allah ondan istəməyənə qəzəblənir”.
Əl-Hakim Ənasın sözlərindən çatdırıb ki, Peyğəmbər(sav) , deyib:
“Duada zəiflik göstərməyin çünki, heç kəs dua ilə həlak olmaz”

Əl-Əuza əz-Zuhridən, o da Urvadan Aişənin hədisini rəvayət edirlər ki, Allahın Rəsulu (sav) , dedi:
“Həqiqətən Allah duada israr edəni sevir”

Imam Əhmədin “Kitab əz-Zuhd” kitabında Katadadan rəvayət olunur ki, Muvarrak deyib: “Mən mömini dənizdə tirdən yapışıb və Qadir və Uca Allahın onu xilas edəcəyinə ümid edərək “Ya Rəbb! Ya Rəbb!” çağıran kişidən başqa heç kəsə bənzədə bilmirəm”.

Duanın gözlənilən nəticəyə gətirməməsi səbəblərindən biri də səbirsizlikdir. Qul hesab edir ki, onun duasına cavab gecikir və o Allaha dua etməkdən bezir və dua etməyi saxlayır. O, çəmənlik salan və ya ağac əkib ona qulluq edib onu sulayan və sonra meyvələrin dəyməsini gözləməyərək bu məşğuliyyəti atana bənzəyir.

Əl-Buharinin “Səhih”ində Əbu Hüreyradan rəvayət olunur ki, Allahın Rəsulu(sav) , deyib:
“Siz dualarınıza tələsərək “Mən dua etdim, lakin cavab almadım” deməsəniz cavab alacaqsınız”.


Müslimin “Səhih”ində yenə də onun hədisi rəvayət olunur ki, Peyğəmbər(sav) , deyib: “Qulun duası o zamana kimi qəbul olacaq ki, o hansısa günah və ya qohumluq əlaqəsinin qırılması barədə dua etməsin və tələsməsin”. Ondan soruşdular: “Ey Allahın Rəsulu tələsmək nə deməkdir?” O cavab verdi: ”O “mən dua etdim, etdim, lakin cavab almadım” deməkdir.” O bundan bezir və duanı saxlayır”.

Əhmədin “Müsnəd”ində Ənasdan rəvayət edilir ki, Peyğəmbər(sav) , deyib: “Qul tələsməyənə qədər xeyir içindədir”. İnsanlar soruşdular: “Ey Allahın Rəsulu tələsmək nə demekdir?” O cavab verdi: “O “Mən Rəbbimə dua etdim lakin O mənə cavab vermədi” deməkdir”.

Duanı istədiyinə fikirini toplayaraq bütün qəlblə etmək lazımdır. Duanın qəbul olunduğu altı zaman kəsiyi mövcuddur. Gecənin sonuncu üçdə birində, azan vaxtı, azanla iqamə arasında, fərz namazlarından sonra, imamın cümə günü minbərə qalxdığı andan cümə namazını qılana kimi habelə əsr namazından sonra günün sonuncu saatlarında.
Duanı huşu ilə, Rəbbin qarşısında zəlil olaraq, istədiyini yalvararaq və yazıq bir şəkildə etmək lazımdır. Bunu şəri təmizliklə, üzü qibləyə və əllərini Allaha qaldıraraq etmək lazımdır. Öncə Allaha həmd və tərif etmək sonra onun qulu və elçisi olan Məhəmməd Peyğəmbərə , salavat etmək lazımdır. Bundan sonra Allaha təkidlə Ondan yalvararaq və qarşısında zəlil olaraq, arzulananı qorxu və ümidlə adları, sifətləri ilə Ona yaxınlaşmağa çalışaraq və Onun təkliyini təsdiqləmək vasitəsi ilə müraciət etmək olar.
Əgər dua edən bütün bu tələbləri yerinə yetirərsə və bundan öncə sədəqə verərsə onda onun duası çətin ki, rədd edilər, xüsusən əgər o Peyğəmbərin sözlərinə əsasən qəbul olunmasına ümid verən və ya tərkibində Allahın əzəmətli adlarından olan duaları istifadə edərsə.


Tarix: 12.04.2013 / 19:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 306 Bölmə: Maraqlı melumatlar