Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şeytan kimin gözlərindən öpər?!

Bu gün mənim bir sualım olacaq hərkəsə.Və baxaq görək cavabını rahatca verəbiləcəksiniz, yoxsa başınızı aşağı salacaqsınız? Məncə hər ikisi də gözəl nəticədir. Başınızı aşagi salıb düşünsəniz də gözəldir. Çünki düşünmək qədər faydalı bir iş ola bilməz. Cavabı həmin an versənizdə gözəldir. O zaman sualın cavabına zehninizi yoracaq qədər mövzuyla məşğul olursunuz deməkdir ki, bu da həqiqətən gözəldir. Bəli, indi yazımıza başlıq olaraq verdiyimiz sualı bir daha təkrarlayaq: Şeytan kimin gözlərindən öpər? Bilirəm deyəcəksiniz ki, -Şeytan bir insanın gözlərindən öpərsə, o insan pis işlərlə məşğuldur deməktir.

Çünki şeytanın gözlərindən öptüyü insan şeytanı məmnun edəcək həyat yasayır, əməllər edir ki, buna görə də şeytan onun gözlərindən öpür. Yoxsa şeytan hansı xeyirli işdən məmnun olub da saleh əməllər işləyən şəxsin gözlərindən öpər, ona dəstək olar və ya onu təbrik edər. Bəli bu düşüncə doğrudur. Şeytan həqiqətən də bir insanin gözlərindən öpürsə, o şəxs həyatını və əməllərini düşünməli, yaşayışına göz gəzdirməlidir Çünki şeytanın gözlərindən öptüyü insana mələk yaxınlaşmır, mələk təbrik etmir, yəni o şəxs mələyin yaxınlaşacağı bir həyat tərzi yaşamır deməktir. Sözü çox uzatmadan şeytanın gözlərindən öptüyü kimsələrə baxaq. Ancaq bunu mən söyləməyim, çünki mənim dediklərim çox da inandırıcı olmaya bilər. Buyurun, Peyğəmbərimizin (sav) hədisindən bu mövzunu incələyək. Baxaq Peyğəmbərimiz nə buyurmuşdur: -Kimin yaşı irəlilədiyi halda əməli geriləyərsə şeytan o şəxsin gözlərindən öpər! Bəli, şeytanın gözlərindən öptüyü insan elə məhz bu insandır. -Yaşı irəlilədiyi halda əməli, ibadəti iləriləməyən insan! Şeytan belə insanlardan o qədər məmnun olur ki, əyilib gözlərindən öpmə dərəcəsində yaxınlıq duyar, sən mənimlə dostsan, yaşın irəlilədiyi halda əməlin irəliləmir, getdikcə ibadətsiz, əməlsiz hala gəlir, sanki mənim kimi olursan deyib mədh edər. Hədisin davamında bu da əlavə olunur: -Yaşı qırxı keçdiyi halda xeyri şərrini keçməyən, hələ də xeyr əməli az, şərri çox olan insanın da gözlərindən öpər şeytan! Demək ki,insanın xeyir əməlləri getdikcə çoxalmalı, şərri də azalmalı ki, gedişi xeyrə dogru olsun. Yaşı qırxı keçən zaman insanın xeyiri az, ancaq şərri davam edirsə, Allah (cc) kömək olsun o irəliləyən yaş sahibinə. Hesabını verəcəyi bir həyatın sonuna doğru irəlilədiyi halda hazırlıgında bir irəliləmə görünmür. Çünki hər keçən gün xeyirli işləri çoxalacağına yerində sayır, şərli işləri çoxalir,o biri tərəfə hazırlıqsız gedir demekdir.Belə bir gediş isə xeyirli əlamət deyildir. Buna görə də Peyğəmbərimiz bizlərə xatırladır ki, yaş irəlilədikcə əməl geriləməsin, xeyirlər azalmasın, şərlər davam etməsin. Yəni irəliləyən yaşla bərabər şəkildə əməl də, yaxşılıqlar da irəliləyərək davam etməli, hər keçən gün gözəlliklər çoxalmalıdır. Nə deyirsiniz, bəlkə iynəni başqasına, çuvalduzu özümüzə yönəldək .Və hansı vəziyyətdə olduğumuzu bir nəzərdən keçirək. Görəsən şeytan bizə də məhəbbət duyub, bizim də gözlərimizdən öpməyə niyətlənmiş olmasın!


Tarix: 13.04.2013 / 16:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 201 Bölmə: Maraqlı melumatlar
loading...